“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

56

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Ervin Şredingerin “Fizika nöqteyi-nәzә -

rindәn hәyat nәdir?” adlı kitabı ilk dәfә

1944-cü ildә İngiltә rәdә müharibә zamanı

nәşr edilmişdir, daha sonra isә dәyişikliklәr

olmadan bir neçә  tәkrar nәşri dә işıq üzü gördü

vә xarici elmi vә kütlәvi mәtbuatda canlı

mü zakirәlәrә sәbәb oldu.  Heyrәtә gәlmiş

bir resenzent, hә a belә bir fikir söylәdi ki,

o, elmdә bütöv bir tarix yazmışdır vә

bununla әlaqәli onu statistik termo dina mi -

kanın tәşәb büs karı Villard Hibbsin vә elmi

geneti ka nın  banisi  Qre qor  Mendelin  işlә ri  ilә

müqa yisә  etmişdir. 

Kitaba belә yüksәk qiymәt verilmәsi ilә

razılaşmamaq çәtindir vә әlbә ә, bu, kitabın

sensasiyalı başlığı, hәmçinin müәllifin geniş

tanınması – dövrümüzün böyük alimi olması

ilә әlaqәdardır.  Müasir fizika sahәsindә peşә -

 kar olmayan oxuculara bu kitabın müәl -

lifinin kim olduğunu aydınlaşdırmaq üçün

S.V.Vavilov İsaak Nyutonun “Başlan ğıc”ına

ekvivalent olan işlәri sadalayaraq atom vә

elek tron lar  nәzәriyyәsi  vә  A.Eynş tey nin  nis-

bilik nәzәriy yәsi ilә yanaşı, hәm çinin Şredin -

gerin yaratdığı kvant (dalğa) mexanikasını

da göstәrir. 1934-cü ildә Şredinger görkәmli

işlәrinә min nәtdarlıq әlamәti olaraq SSRİ

Elmlәr Akademiyasının fәxri üzvü seçilir. 

Başlıqda qoyulan “Hәyat nәdir?”, hәm -

çinin  “determinizm vә iradә azadlığı” fәl -

sәfi epiloqu da elmin vә ümumiyyәtlә, geniş

oxu cu dairәsinin diqqәtini cәlb etmәyә bil mәzdi. 

Lakin Şredingerin kitabı mahiyyәtinә

görә dә böyük әhәmiyyәt kәsb edir. Bәs

onun dәyәri nәdәn ibarәtdir? 

Şredinger öz kitabında oxucuya hәm

fizik, hәm dә bioloq üçün әylәncәli olan fizi -

ka vә biologiyanın metodlarını әhәmiy yәtli

dә rә  cә dә birlәşdirәn, lakin o zamana qәdәr

yalnız xüsusi әdәbiyyatdan faydala nan çox

az sayda insanlara әlverәn vә elmdә sürәtlә

inkişaf edәn yeni istiqamәt açır.  

Canlı hüceyrә quruluşunun dәrin şә -

kildә qavrayışı bizim dövrdә müasir fizi -

kaya bir sıra metod vә anlayışların cәlb

olunmasını tәlәb edirdi. Bu, biokimyadan

әvvәl meydana gәlmiş, bizim hәyat haqda

biliklә rimizә artıq zәnginlik vermiş “әsl”

biofizikanı әmәlә gәtirdi. Əksinә, fiziki

metodların (ilk növbәdә, optik, rentgen vә s.)

tәtbiqi indi yәcәn ancaq ikinci dәrәcәli rol

oynamış, müvafiq fiziki vә ümumbioloji

izahlar olmadan yalnız bәzi bioloji faktları

aşkar etmәyә yardım etmişdir. Bu, biologiyada

fizika deyil, biologiya üçün fizika idi.  

Dәyәrli kitablar






57

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Bu baxımdan biofizika әksәrәn

biokim ya dan çox fәrqli idi, belә

ki, o, yeni metod ların daxil edil -

mәsi ilә mәhdud laşmırdı, lakin

çoxdan bәri orqanizm daxilindә

baş verәn gizli kimyәvi dәyişiklik -

lә rin  (reaksiya ların)  tәhli linә  keç -

mişdi. 


Hәyat hadisәlәrinin mahiyyә -

tinin bu cür dәrinlәşmәsinә biofi -

zika yalnız qismәn nail oldu

(mә sә lәn,  elektrofizioloji  proses lә -

rin, mitogenetik şüalanmanın öyrә -

nilmәsindә vә s.), daha çox bu vә

ya digәr qanunların açıl 

masına


imkan verәn, lakin hәyat fenome -

ni nin  tanın ma sı  işindә  tam  müs tә -

qil rol oynamayan kömәkçi elmin mövqeyini

qoruyub saxladı.  

Vә yalnız bizim günlәrdә fizi ka biologiya

sahәsinә canlı materi yanın tәşkilindә o, aşağı

sәviy yәlәrin aşkar olunması mәqsәdilә daxil

olmuşdur ki, onların anlayışı gәlә 

cәkdә

hәyat haqda daha dolğun vә dәrin tәsәvvür



yaran ması üçün zәruri ilkin şәrtdir.  

Şredingerin kitabı, ciddi desәk, bu isti -

qamәtin ilk әlaqәlәndirici nәticәlәrini ifadә

edir vә sözsüz ki, buraya hәlә çox düzәlişlәr

edilәcәk. Lakin bu nәticәlәr,  әsasәn, “әsl”

bio fizikanın yeni elm binasının müәyyәn

cizgilәrini әks etdirir. 

Əgәr Şredingerin kitabı qeyd olunanla

mәhdudlaşsaydı belә, bu da onun әhәmiy -

yәti nin tanınmasına kifayәt edәrdi. Lakin

Şre din ger hәyat haqda elmin bu yeni isti -

qamәtinә şәxsәn böyük zәnginlik bәxş edir

ki, bu da kitabına görә әcnәbi elmi mәtbu -

atda qazandığı şövqlü dәyәrlәndirmәni әhә -

miyyәtli dәrәcәdә doğruldur. 

Bir çox, daha şәxsi mülahizәlәrlә yana -

şı, Şredinger olduqca geniş vә әhәmiyyәtli

fikir irәli sürür. O, iki bioloji “sirr”in әla -

qәsini qeyd edir: irsi strukturların xarak-

teri mәsә lәsini vә ondan daha uzaq olan

termo di nami kanın  ikinci  qanununa  orqa -

nizm lәrin münasibәtini. Sonuncu canlı mәx -

luqlar üçün “tәxirә salınmasa” belә, әhәmiy  yәtli

dәrәcәdә onlar tәrәfindәn “ötüb keçi 

lir”.

Şredinger göstәrir ki, bunun vacib şәrti



(sәbәb  deyilsә)  hüceyrәnin  mәrkәzi  apa ra tı -

nın – xromosomun xüsusi spesifik strukturudur.

Xromosomlar öz quruluşlarına görә qey -

ri-adi (fövqәladә) mürәkkәb “mexaniki” sistem

(“termodinamik”ә әks olaraq) kimi, hü  cey -

 

rә 



nin “tәnzimlәyici” aparatının minimal

ölçülә rini tәmin edәrәk bir çox bioloji pro -

ses lәrin bilavasitә müntәzәm (nizamlı, qanu -

nauyğun) axınını dәstәklәmәyә imkan verir. 

Marks Delbryuk Şredingerin kitabı haq -

qında yazırdı: «Onun kitabı sual verir, fizika

vә kimya canlı orqanizmlәrdә gedәn proses -

lәri necә izah edә bilir. Bu kitab fizik vә

bioloq ların maraqlarının birlәşdiyi fokusu

ehtiva edir».

Kitab fiziklәr, kimyaçılar, bioloqlar vә

geniş oxucu kütlәsi üçün nәzәrdә tutulub.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə