“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

31

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



İlham Əliyev: “Biz neft vә qaz gәlirlәrini

insan kapitalı vә tәhsil üçün istifadә edirik”.

İnsan kapitalı nәzәriyyәsi 1950–1960-cı

illәr dә, әsasәn, Çikaqo Universitetindәn olan

ameri kan iqtisadçıların – H.Bekker, T.Şultsun

cәhdlәri sayәsindә formalaşmışdır. Onlar bu

anlayışı gәlir gәtirәn insan qabiliyyәtinin

iqtisadi  qiy mәt lәn dirilmәsi  kimi  tәyin  etdilәr.

Bu qabiliy yәtlәr sırasına anadangәlmә qabiliy -

yәt vә iste dad, tәhsil vә tәkmillәşmә daxildir.

Şults hesab edirdi ki, bütün insani qabiliy yәt -

lәr ya anadangәlmә, ya da qazanılan olur.

İnsanın әldә etdiyi dәyәrli keyfiyyәtlәri lazımi

şәkildә uyğun işlәrә yatır ma sını o, insan kapi -

talı adlandırdı. Buna görә dә insan kapitalı

tәkcә anadangәlmә qabiliyyәtlәri deyil, hәm

dә insanda toplanmış kompeten siya ları özün -

dә ehtiva edir. İnsan hazır kapi talı olan varlıq

kimi dünyaya gәlmir. O vaxtdan etibarәn insan

kapitalı anlayışı ümumistifadә olunmağa

başladı vә nәinki iqtisadçıların, hәmçinin siya -

sәt çilәrin söz ehtiyatına daxil oldu. İqtisadi

nәzә riyyәdә "insan kapitalı” ifadәsi altında

hәr bir insanın malik olduğu, istәr istehsal,

istәrsә dә istehlak mәqsәdlәri üçün istifadә

edә bilәcәyi bilik, bacarıq, qabiliyyәtlәr

ehtiyatı başa düşülür. Bu dәyәr insana xasdır,

çünki insan şәxsiyyә tindә tәcәssüm etdirilir, o

hәm dә kapitaldır, çünki gәlәcәk gәlirlәrin,

yaxud gәlәcәyi tәmin etmәyin mәnbәyi hesab

edilir. “İnsan kapitalı” söz birlәşmәsi metafora

deyil, iqtisadi nәzәriyyә çәrçivәsindә işlәnmiş

kapitalın standart tәrifini tam әhatә edәn ciddi

elmi anlayışdır. Onun “ictimai”, yaxud “mә -

dәni kapital” kimi meta forik anlayışlar dan

fәrqi dә bundadır. İnsan ka pi talına qoyulan

investisiyalar digәr istәnilәn investisiyalar

kimi güman edir ki, insan sabah  daha böyük

bir şey әldә etmәsi üçün bu gün nәyisә qurban

verir. Lakin insan, xәrclәrinin әvәzinin veri -

lәcәyini düşündüyü halda bu hәrәkәti edә cәk.

Bu mәnada insan kapitalı mövcud nemәt lәrin

gәlәcәk nemәtlәrә bu vә ya digәr nisbәtdә

“mübadilә edilmәsi” zamanı resursların ayrıl -

masının bir formasını özündә әks edir. 

İnsan kapitalının fәrqli cәhәti – onu daşı -

yan şәxsiyyәtdәn ayrılmazlığıdır. Onun bu

xüsusiy yәti bir çox vacib nәzәri vә praktiki

nәticәlәrә malikdir. Belә ki, “adi” kapital üçün

bazarda ikiseriyalı qiymәt müşahidә olunur –

birincisi, onun aktivlәrinә, ikinci, onlara göstә -

rilәn xidmәt axınına (maşın vә ev almaq olar,

yaxud icarәyә götürmәk olar). Bundan fәrqli

olaraq,  insan kapitalını yalnız “icarә etmәk”

olar (işçi götü 

rәrәk), çünki müasir (qeyri-

Инсан капиталы вя

“Азярбайъан 2020:

эяляъяйя бахыш”

инкишаф консепсийасы



quldar) cәmiyyәt lәr dә insan özü alqı-satqı

obyekti ola bilmәz. Digәr cәhәtdәn insan ka -

pi talı fiziki kapital kimidir: o uzunmüddәtli

istifadәnin faydasını özündә әks etdirir, lakin

mәhdud xidmәt müddәti ilә; digәr istәnilәn

tükәnmiş resurs kimi o, “tәmir” vә saxlan ma -

ya görә xәrclәr tәlәb edir; o fiziki dağılma dan

әvvәl mәnәvi olaraq qocala bilәr; onun dәyәri

komplementar (bir-birini tamam layan) isteh -

sal amillәrinә vә onların müştәrәk mәh sul -

larına vә s. olan tәlәblәrdәki dәyişiklik lәr dәn

ası lı olaraq qalxa vә enә bilәr. 

İnsan kapitalının әsas növlәrinә tәhsil, is -

teh sal sahәsi üzrә hazırlıq, sağlamlığın qorun -

ması, miqrasiya, әmәk bazarında mәlumat

axta rışı, uşaq dünyaya gәtirmәk vә tәrbiyә

etmәk daxildir. Tәhsil vә istehsal sahәsi üzrә

hazırlıq insan kapitalı hәcmini artırır, sağ lam -

lığın  qorun ması  onun  “xidmәti”nin  müddә ti ni

artırır, miq ra siya vә әmәk bazarında mәlumat

axtarışı xid mә tinә görә qiymәtin artmasına im -

kan verir, uşaq dünyaya gәtirmәk vә tәrbiyә

etmәk gәlәcәk nәsildә onu tәkrar edir. Lakin

daha dar, praktik anlamda insan kapitalına

qoyulan investisiyalar adı altında daha çox tәh -

silә, istehsal sahәsi üzrә hazırlığa olan xәrclәr

başa düşülür. Çünki mәhz onlar bilik, bacarıq

vә qabiliyyәtin formalaşması üzrә ixtisas 

-

laşmış fәaliyyәt növünü özündә әks etdirir. 



Ümumi vә spesifik insan kapitalını fәrq -

lәn  dirirlәr. Ümumi bilik vә bacarıqlar harada

әldә olunmalarından asılı olmayaraq, bir çox

müx tәlif yerlәrdә tәtbiq oluna bilmәlәrinә görә

dә yәr li hesab olunurlar (mәsәlәn, personal

komp yu terdә  işlәmәk  bacarığı).  Spesifik  bilik

vә bacarıq lar yalnız әldә olunduqları yerdә

istifadә oluna bilәrlәr. Belәliklә, iş yerini dәyi -

şәn zaman onlar hәr hansı dәyәri itirmiş olur -

lar (mәsәlәn, yalnız bәlli firmada mövcud nadir

dәzgahda işlәmәk bacarığı). Tәbii ki, insan -

larda olan әksәr bilik vә bacarıqlar nә tam ümumi,

nә dә tam spesifik hesab olunur; bu, hәr za -

man dәrәcә mәsәlәsidir. Yenә dә razılaşmaq

çәtin olmaz ki, formal tәhsil sistemi çәrçivә sin -

dә hazırlıq, әsasәn, ümumi, birbaşa iş yerlә rin dә

hazırlıq isә әsasәn, spesifik insan kapitalının

icrasına yönәlmişdir. 

Statistik nöqteyi-nәzәrdәn insan kapitalı

әhәmiyyәtli bir üstünlüyә malikdir: onun üçün

ölkәlәrarası tәhlilin imkanlarını xeyli genişlәn -

dirәn  “tәbii” göstәricilәr vardır (“adi” kapital

üçün belә tәbii göstәricilәr, demәk olar ki,

әlçat mazdır). Bu, ilk növbәdә, tәhsil illәrinin

sayı, ikincisi isә müәyyәn dәrәcәli tәhsilә malik

işçilә rin payıdır. Tәbii ki, müxtәlif ölkәlәrdә milli

tәd ris proqramları xeyli fәrqlәnir ki, buradan

da tәhsil sәviyyәsinin (dәrәcәsinin) müәyyәn -

lәş di rilmәsi  üçün  beynәlxalq  müqa yi  sәli  kate -

qo  riyalar  toplusunun  olması  zәru ri liyi  yaranır. 

Azәrbaycan Respublikasının Prezidentinin

29 dekabr 2012-ci il  tarixli Fәrmanı ilә  “Azәr -

baycan 2020: gәlәcәyә baxış” inkişaf konsep -

siyası tәsdiq edilmişdir. Bu mühüm sәnәdin

İnsan kapitalının inkişafı vә sәmәrәli sosial

müdafiә sisteminin qurulması bәndindә әha -

linin sağlam lığı vә sәhiyyә sahәsindә qarşıda

duran başlıca vәzifәlәr, müasir tәhsil sistemi nin

formalaşdı rılması, sosial müdafiә sisteminin

tәkmillәşdi ril mәsi,  gender  bәrabәrliyinin  tәmin

olunması vә ailәnin inkişafı, gәnclәrin potensi -

alı nın vә idma nın inkişafı kimi mühüm priori -

tetlәr nәzәrdә tutulmuşdur. 

2013–2020-ci illәrdә tәhsil sahәsinә ayrılan

vәsaitlәrin ümumi hәcminin ÜDM-dәki payı

ilbәil artırılaraq, inkişaf etmiş ölkәlәrin müva fiq

göstәricisi sәviyyәsinә çatdırılacaq dır. Tәh -

sildә keyfiyyәtin yüksәldilmәsi üçün stimul -

laşdırıcı mexanizmlәr yaradılacaq, xüsu 

sәn


adambaşına  maliyyәlәşdirmә  prinsi pi nin,  hәm -

çinin tәhsil sahәsindә tәtbiqi tәdqi qat ları, elәcә

dә innovativ fәaliyyәti tә ş viqlәn dirәn qrant maliy -

yәlәş dir mәsinin  tәtbiqi  genişlәn dirilә cәk dir.

Tәhsildә  idarәetmәnin  tәkmillәş di rilmәsi  davam

etdiri lәcәk, bütün maraqlı tәrәf lәrin cәlb olun -

masını tәmin edәn idarә etmә mode linә üstün -

lük verilә 

cәk 

dir. Bu, bütün növ tәhsil



müәs sisә lәrinin  müs tәqilli yi nin  artırıl ması,

ictimaiyyәtin (vali deyn, şagird, tәlәbә, yerli

icma vә s.) geniş cәlb olunması vasitәsilә tәhsil

ocaqlarının dövlәt-ictimai xarakterdә idarә



32

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə