“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

23

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

mışdır. Dünya xalqları Qırğızıstanı vә Orta

Asiyanı Çingiz Aytmatovun әsәrlәri vasitәsilә

xәritәdәkindәn dә yaxından tanımaq imkanı

әldә etmişlәr. Bu mәnada ümumtürk tәfәkkü -

rü 

nün möhtәşәm daşıyıcısı olan Çin 



giz

Aytma tov, ilk növbәdә, qırğız ruhunun böyük

әdәbiyyat heykәlidir. O, mәnsub oldu ğu xalqı

vә ölkәni ana torpaq vә insan haqqın da bәşәri

düşüncә sәviyyәsindә tәqdim etmәk istedadı

ilә dünya әdәbiyyatı mәkanına daxil olmuş dur.

Çingiz Aytmatov "Manas" dastanından

doğulan, әsәrlәri ilә yeni tipli Manas fәlsәfәsi

vә müasir әdәbiyyat tәfәkkürü yaradan böyük

mütәfәkkirdir. Obrazlı şәkildә desәk, insan -

lığa xidmәt edәn ölmәz әsәrlәri ilә birlikdә

Çingiz Aytmatov dünyanın әn uca zirvәlә -

rindәn biri olan Tyan-Şan dağlarında bәdii

sözün qüdrәtinә, böyük әdәbiyyata ucaldılan

möhtәşәm abidәdir. Onun yüksәk vә tәkrarsız

istedadının mәhsulu olan bәdii әsәrlәri

qitәlәri, ölkәlәri, xalqları yaxınlaşdıran vә

doğmalaşdıran böyük sәnәt körpülәridir. Çin -

giz Aytmatovun "Əsrә bәrabәr gün" әsәri

ideyası vә bәdii-sәnәtkarlıq xüsusiyyәtlәri

etiba rilә XX әsrin әn möhtәşәm epopeyasıdır.

"Əsrә bәrabәr gün" romanının qәhrәmanı

Boranlı Yedigey dünya әdәbiyyatında bәnzәri

olmayan, bütöv bir epoxanı, nәhayәt, mәnsub

olduğu xalqın vә mәmlәkәtin taleyini ümu -

milәşmiş şәkildә әks etdirәn nadir bәdii

obrazdır. Nayman Ana milli kimliklәrin unut -

du rulması proseslәrinin yaşandığı dünyada

yenidәn oyanıb özünә "Mәn kimәm" sualını

verib, cavab axtaran insanlığın milli-mәnәvi

özünüdәrkinin tamam yeni bәdii tәcәssü mü -

dür. "Əsrә bәrabәr gün" romanı dünya әdәbiy -

ya tının son bir әsrlik dövrünün möhtәşәm

yekunu, yenidәn özünüdәrkә qayıtmağa can

atan müasir epoxanın әdәbiyyatının start

nöqtә sidir.

Çingiz Aytmatovun düşüncәsindә Avropa

meyli onun әsәrlәrindә siyasi vә mәnәvi

әsarәtin gәrginliklәrini, әzablarını, milli azad -

lığın çәtin vә әzablı yollarını böyük cәsarәtlә

ifadә etmәk bacarığında öz әksini tapmışdır.

O, milli-mәnәvi özünüdәrki hәr bir xalqın, o

cümlәdәn qırğız xalqının böyük borcu vә

amalı sәviyyәsindә tәqdim etmişdir. Sovet

imperiyasının sәrt rejimi çәrçivәsindә bütöv -

lükdә insan vә ya konkret bir millәt haqqında

taleyüklü böyük idealları әks etdirmәk Çingiz

Aytmatovun qәhrәmanlığı idi.

Asiya gerçәkliyi haqqındakı böyük әdәbiy -

yata örnәk olan, milli vә bәşәri mövqenin sin tezi

әsasında yazılmış әsәrlәri ilә Çingiz Aytma tov

geniş mәnada Avropanı vә ümumiyyәtlә, dün -

yanı tәәccüblәndirmәyi vә düşündürmәyi

bacar mışdır.  Çingiz  Aytmatov  postsovet

dövrü әdәbi-ictimai fikrinin axırıncı böyük

әdәbiyyat mogikanıdır.




Janrından asılı olmayaraq, Çingiz Aytma -

tovun bütün әsәrlәrindә roman ağırlığı var.

Çingiz Aytmatov dünyanı roman miq yasında

qavrayan vә ifadә edәn qüdrәtli yazı 

çıdır.

Görkәmli sәnәtkarın hәcminә görә povest kimi



görünәn әsәrlәri әhatә etdiyi problemlәrә vә

maraqlı, keşmәkeşli insan taleyini әks etdir -

mәsinә görә ciddi roman tәәssüratları yarada

bilir. "Cәmilә", "Əlvida, Gülsarı", "Ana tarla",

"İlk müәllim" kimi kiçik povestlәrin daşıdığı

böyük ideya-mәnәvi yük cild-cild romanlarla

müqayisәdә ağır gәlәr. Bu әsәr lәrlә dünya

әdәbiyyatı yeni süjetlәrlә vә obraz larla tәzә -

lәnmiş vә zәnginlәşmişdir. XX әsrin әllinci illә -

rindә otuz yaşlı Çingiz Aytmatovun yaratdığı

Cәmilә obrazı tәkcә sovet әdәbiyya tında deyil,

bütövlükdә dünya әdәbiyyatında yeni hadisә

sәviyyәsindә qarşılanmışdır. Tәsadüfi deyildir

ki, mәşhur fransız yazıçısı Lui Araqon "Cә -

milә" povestini "dünyanın әn gözәl eşq

hekayәsi" kimi dәyәrlәndirmişdir.

Qazax әdәbiyyatının klassiki Muxtar Auezo -

vun "Literaturnaya qazeta"nın 23 oktyabr

1958-ci il tarixli nömrәsindә çap etdirdiyi,

"Cәmilә" povesti haqqında tәәssüratlarını әks

etdirәn "Yolun açıq olsun" adlı mәqalәsi

Çingiz Aytmatovun böyük әdәbiyyata tәqdi -

matı kimi mühüm әhәmiyyәt kәsb etmişdir.

Mәqalәdә deyilirdi: "Cәmilә" Çingiz Aytma -

tovun ilk әsәri deyildir... Mәncә, "Cәmilә" ilә

özünәmәxsus parlaq istedadını nümayiş etdi -

rәn bu әsәrindә Aytmatovun tәsvir etmәk gü -

cü nün yüksәk bir nöqtәyә çatdığı qәti şәkil dә

görünür... Doğrusu, Çingiz Aytmatovun qır -

ğız әdәbiyyatına bir yenilik kimi daxil olan әn

mühüm özünәmәxsusluğu insanın duyğu 

-

larını vә münasibәtlәrini yad bir şәxs kimi



deyil, onları tam mәnası ilә anlayan bir gözlә,

son dәrәcә tәbii bir şәkildә canlandırmasıdır".

Çingiz Aytmatovun digәr әsәrlәri vә

qәhrәmanları da dünyada yeni әdәbiyyatın

bәnzәrsiz tәzahürlәri olaraq qәbul edilmişdir.

Cәmilә, Daniyar, Sadıq, Tolunay, Aysel, Altı -

nay, Baytemir, Toğulan, Altın vә başqaları

Çingiz Aytmatovun nadir istedadından vә

dәrin müşahidәlәrindәn doğulan yeni tipli

obrazlardır. Çingiz Aytmatovun yaratdığı

obraz 

lar sovet әdәbiyyatında model kimi



qәbul edilmiş müsbәt qәhrәman vә mәnfi

obraz qәlibini aşıb keçәn, bu ideoloji formatın

fәlsәfәsini dağıdan hadisәdir. Çingiz Aytma -

tov әdәbiyyatda sovet adamını yox, sadәcә

olaraq tәbiiliyi vә gәrginliyi ilә insanı tәsvir

etmişdir. Tanrı dağlarının әtәklәrindә, yov -

şanlı çöllәrdә yaşayıb çalışan bu adi insanların

taleyindә bütövlükdә insanlığın taleyi vә

düşüncәlәri öz әksini tapmışdır. Belәliklә,

Çingiz Aytmatovun әsәrlәri, ideyaları vә

obrazları ilә dünya da, dünya әdәbiyyatı da

irәliyә doğru dәyişikliklәr prosesi yaşamalı

olmuşdur. Dәyişilmәkdә olan dünyanın yeni -

lәşmә proseslәrinin çox mükәmmәl әdәbiy -

yatını Çingiz Aytmatov yaratmışdır.

Geniş mәnada bütöv bir sistem halında

Çingiz Aytmatovun әsәrlәrinin hamısı bir

yerdә son yüzilliyin әn möhtәşәm epope ya -

sıdır. Bütövlükdә bәşәriyyәt, xüsusәn dә

qırğız xalqı hәmin çoxcildlik vә dәrin mәna -

lara malik Çingiznamәdә özünün dünәnini

tapdığı kimi, bu gününü dә güzgüdә olduğu

kimi görә, sabahına gedәn yolları da müәyyәn

edә bilir. Yer kürәsinә Qırğızıstanla әrazi eti -

barilә Qazaxıstanı qovuşduran vә Orta Asiya

ilә әlaqәlәndirәn Talas vadisindәn baxan

Çingiz Aytmatovun XX әsrә gәtirdiyi süjetlәr,

ideyalar vә obrazlarla dünyada yeni әdәbiyyat

tәfәkkürü formalaşmışdır. Dünya әdәbiyya tı -

nın fonunda möhtәşәm әdibin әsәrlәri әzә -

mәt li bir abidәnin pyedestalı, bu әsәrlәrin

müәl lifi olan qüdrәtli yazıçı Çingiz Aytmatov

isә onun heykәlidir. Bu möhtәşәm әdәbiyyat

abidәsinin baş memarı da Çingiz Aytma tovdur.

Manasın böyük oğlu Çingiz Aytmatovun

adı vә әsәrlәri Azәrbaycanda da mәşhurdur.



24

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə