“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

Тибб сащясиндя

Tibb sahәsindә mötәbәr elmi mükafatın

laureatları Tomas Züdhov, Ceyms Rotman vә

Rendi Şekman oldular. Onlar vezuklyar apa -

ratın canlı orqanizmin hüceyrәsindә özünә -

mәxsus nәqliyyat sistemin kömәyi ilә mad dәlәrin

nәqlini tәnzimlәyәn mexanizmi kәşf etmişlәr.

Hәr bir canlı hüceyrә molekullar istehsal edir,

onu özünü әhatә edәn mühitә çıxarır vә bu

molekullar çoxlu sayda maddәlәrin molekul -

larıdır ki, onların arasında hormon ların hamısı,

hәmçinin neyromediatrlar vә digәr bioloji

aktiv maddәlәr var. Bu maddәlәrin molekul -

ları xüsusi konteynerlәrdә – vezukallarda daşı -

nır. Nәqliyyat vezukallarının kömәyi ilә canlı

hüceyrәlәrin bütün komponentlәri arasında

mole kul mübadilәsi hәyata keçirilir ki, bu da

tәkcә hüceyrәnin yox, bütövlükdә orqanizmin

mövcudluğunu tәmin edir. 

Alimlәr nәqliyyatın idarә olunmasının

mexanizmini molekulyar sәviyyәdә izah edә

bilmişlәr. Onlar, hәmçinin maddәlәrin hücey -

rәnin konkret komponentinә vә lazımi vaxtda

çat 


dırılması sәbәbini müәyyәnlәşdir 

mişlәr.


Mole   kulların çatdırılma yeri vә vaxtı haqqında

vezukallara dәqiq «әmrin» verilmә üsulunu

Tomas Züdhov kәşf etmişdir. Vezukallarda mad -

 dәlәrin nәqlinә cavabdeh olan genlәr toplu -

sunu Rendi Şekman kәşf etmişdir. Ceyms

Rotman vezukalların hormonların vә digәr

bio loji aktiv maddәlәrin çatdırılma yeri ilә bir -

lәşmәsini tәmin edәn zülal «maşının» möv cud -

luğunu sübut edә bildi, hәm dә onun iş prin sipini

izah etdi.

Tomas Züdhov Stenford Universitetinin

professorudur. O, 2013-cü ildә hәm dә Lasker

mükafatına layiq görülüb. Əvvәllәr Kavli

mükafatına da layiq görülüb. Rendi Şekman

planetdә әn kütlәvi vә nüfuzlu elmi jurnal -

lardan biri olan «Proceedings of the National

Academi of  Scieces» jurnalının baş redaktoru

olub. Hazırda o, Kaliforniya Universitetinin

professorudur. Ceyms Rotman Nyu-Heyvendә

mәşhur Yell Universitetinin professorudur.

Fizika sahяsindя

Fizika üzrә Nobel mükafatı 2013-cü ildә

Böyük Britaniyalı 84 yaşlı nәzәri fizik Piter

Xiqsә vә Belçikalı fizik Fransua  Enqlerә ve -

rilmişdir. Onların nailiyyәtlәri alimlәrin görü -

şündә dünyanın yaranması tәsәvvür 

lәrini

18

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



Tomas Züdhov, Ceyms Rotman, Rendi Şekman


kökündәn dәyişә bilәr vә bәşәriyyәtin inkişa -

fına böyük tәkan verә bilәr. 

Hәr şey uzaq 1964-cü ildә başladı. O vaxt

iki belçika alimi Fransua Engler vә Robert

Brautin elmi mәqalәsi çap olundu. Bu mәqa -

lәdә elementar hissәciklәrin kütlә nәzәriyyәsi

şәrh olunmuşdu. Elә hәmin ildә Piter Xiqqs öz

şәxsi mәqalәsini çap etdirdi vә bu mәqalәdә

belә bir fikir irәli sürdü ki, standart modelә

sıfır tipinә malik әlavә skalyar hissәcik daxil

olmalıdır vә onun olması bütün elementar

hissәciklәrin kütlәlәrinin olmasını izah edә

bilәrdi.

Bu ideya aktiv olaraq bir neçә başqa fiziklәr

tәrәfindәn götürüldü vә yeni, ehtimal olunan

hissәcik 1975-ci ildә Xiqqs bozonu adını aldı.

Bu hissәciyin әhәmiyyәti o qә -

dәr böyükdür ki, Nobel mü   -

kafatı laureatı Leon Len derman

onu «Allah hissә ciyi» adlandır -

mış dır: әmin liklә demәk olar ki,

mәhz Xiqqsin kvant sahәsi

kainat da  mate ri ya nın  әsa sıdır.

Bir neçә on illik lәr Xiqqs bo -

zonunun  möv  cud luğu  tәmiz

nәzәri mәsәlә he sab olu nurdu. 

Çünki lazımi avadanlıqları yaratmaq üçün

texniki tәrәqqi kifayәt qәdәr deyildi, hәmçinin

tәdqiqatın vә hissәciklәrin reallığının müәyyәn

edilmәsi üsul ları kifayәt qәdәr inkişaf etmә -

mişdi. Böyük adron kollayderinin yaranması

ilә hәr şey dәyişdi. Bu kollayder 2012-ci il

iyulun 4-dә sınaq sensasiyalı nәticәlәr verdi vә

bu haqda sonra nüvә tәdqiqatları üzrә Avropa

tәşkilatı – CERN mәlumat dәrc etdi. Açıqlanan

mәlumatlara görә, iki protonun toqquşması

zamanı kollayderin CMS detektorları kütlәsi

125–126Qev/S2 olan yeni hissәciyin әmәlә

gәlmәsini qeyd etmişdir. Tәxminәn yarım illik

tәdqiqatlardan sonra 2013-cü ilin yazında

rәsmi mәlumat verildi ki, tapılan hissәcik Xiqqs

bozonudur. Onun kәşfi standart modeldә

dәyi  şiklik etmәyә imkan verir.

19

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



Piter Xiqqs

Fransua Engler


K

Kimya sahяsindя

2013-cü ildә kimya üzrә Nobel mükafatı

Maykl Levit, Arie Uorşell vә Martin Karp lusa

verildi. Onların elmi tәdqiqat ları nın nәti cәsindә

kompleks kimyәvi sistemlәrin öyrәnilmәsi üçün

çox ölçülü modellәr yaradıldı.

Bu alimlәrin işlәri hәlә keçәn әsrin 70-ci

illәrindә bәşәriyyәtә әn mürәkkәb kimyәvi

proseslәri başa düşmәyә kömәk edәn güclü

müasir kompyuter proqramları işlәyib hazır -

lamaq üçün әsas yaratmağa imkan verdi. Onla -

rın kimyәvi reaksiyaları öyrәnmә prinsipi

kvant vә Nyuton fizikasını birlәşdirmәyә әsaslanır.

Kvant fizikası böyük kompyuter sistem lә -

ri vasitәsilә bizә kimyәvi reaksiyalara tәfsilatı

ilә  baxmağa imkan yaradır. Bu metod hәm dә

çox mürәk kәbdir. Nyuton fizikası isә nisbәtәn

sadәdir. Bu sistemlәri bir-biri ilә qovuş durmaq

çox çәtindir. Lakin bu alimlәr bun ların bir-birinin

“әlini sıxmasını”  tәmin etdilәr vә fiziki-kimyәvi

nәzәriyyәnin vahidliyini kәşf etdilәr. 

Kimyәvi reaksiyalar yüksәk sürәtlә getdiyi

üçün klassik kimya bu cür sürәtlә bacarmır.

Laureatların metodu әsasında alimlәr komp yu -

 terdә katalizatorun kömәyi ilә işlәnmiş qaz la  rın

tәmizlәnmәsini,  yaxud  bitkilәrin  yar paq  la rın da

fotosintezi müşahidә edә bilәrlәr. Onla rın işlәt -

di yi metod imkan verir ki, komputerә verilәn

proq 


ram әsasında zülalların struktu 

ru 


nun

necә işlәmәsini görmәk mümkün olsun. Mәsә -

lәn, zülal yemәyi necә parçalayır vә s. Bu metod -

lar vasitәsilә az atomların iştirak etdiyi tәkcә

sadә kimyәvi reaksiyalar deyil, hәm dә bioloji

molekul (zülallar, karbohidratlar, DNT, RNT)

reaksiyaları modellәşdirilir.

Materiallar nobel.ru saytından götürülüb.

20

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



Maykl Levit, Arie Uorşell, Martin Karplus


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə