4
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
Arif Mir Cəlal oğlu Paşayev 1934‐cü il fev ‐
ralın 15‐də Bakıda anadan olmuşdur. 1957‐ci
ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu
«Radiofizika» ixtisası üzrə bitirmişdir.
1959‐cu ildə Azərbaycan MEA Fizika
İnstitutunda elmi fəaliyyətə başlamışdır. Onun
elmi fəaliyyətinin əsas istiqaməti yarımkeçirici
cihazlar və yarımkeçiricilər fizikası olmuşdur.
O, ilk sovet alimlərinin sırasında material və
məmulatların elektromaqnit nəzarət üsulla rı ‐
nın yaradılmasına başlamış və öz həyatının 40
ildən artıq bir dövrünü elektromaqnit nəzarət
fizikasının və yarımkeçiricilərin parametrlə ‐
rinin ölçülməsi metodlarının elmi əsaslarının
inkişafına və tədqiqinə həsr etmişdir.
Akademik A.Paşayev, haqlı olaraq, yüksək
və ifratyüksək tezliklər sahəsində materialların
kontaktsız üsullarla tədqiqatlarının fiziki əsas ‐
larının yaradıcısı hesab edilir.
Arif Paşayev 1960‐cı ildə keçmiş SSRİ‐nin
aparıcı elmi mərkəzlərindən sayılan Dövlət
Nadir Metallar İnstitutunun aspiranturasına
qəbul olmuş, 1965‐ci ildə «Yüksək və ifraty ük ‐
sək tezliklərdə yarımkeçiricilərin parametr
‐
lərini ölçmək üçün kontaktsız üsul və cihaz ların
işlənməsi» mövzusunda namizədlik dissertasi ‐
yasını müdafiə edərək texnika elmləri namizə di
elmi dərəcəsi almışdır.
A.Paşayevin tətbiqi tədqiqatlarının əsas
hissəsi yeni cihazların yaradılmasına, mövcud
cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki
kəmiyyətlərin ölçülməsinin yeni metodlarının
işlənilməsinə yönəlmişdir. Bununla yanaşı, o,
istehsalatın qarşısında duran nəzarət problem ‐
lərini və çətinliklərini çox gözəl bilirdi və onun
elmi tədqiqatları məhz bu problemlərin həllinə
yönəlmişdi.
1969‐cu ildən, Azərbaycanda mikroelektron
sənayesi inkişaf etməyə başladığı dövrdən
A.Paşayevin, xüsusilə mikroelektron vericilərin
yaradılması üzrə mikroelektronika sahəsində
elmi fəaliyyəti başlamışdır. Bu sahədə aparılan
elmi tədqiqatlar və işləmələr mikroelektro
‐
nikada yeni istiqamətin – qeyri‐elektrik kəmiy ‐
yət lərin mikroelektron çeviriciləri sahəsinin
əsasını qoydu.
A.Paşayevin yarımkeçiricilər elektronikası
və mikroelektronika sahəsində nəzəri və təc ‐
rübi tədqiqatlarının nəticələri 1978‐ci ildə «Ya ‐
rımkeçiricilərin tədqiqində elektromaqnit üsul ların
fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi
Akademik Arif Mir
Cяlal oьlu Paшayev - 80
perspektivləri» mövzusunda müvəf fəqiy yətlə
müdafiə etdiyi doktorluq dissertasi yasında öz
əksini tapmış və o fizika‐riyaziyyat elmləri
doktoru elmi dərəcəsinə layiq görül müşdür.
Mikroelektron vericilər sahəsində işlərini
davam etdirərkən A.Paşayev tərəfindən yeni
növ inteqral temperatur, təzyiq, rütubət, güc,
təcil və vibrasiya vericiləri yaradılmışdır. Bu
vericilər gəmiqayırmada, neft maşınqayır ma ‐
sında, tibdə, müdafiə sənayesində və digər sahə ‐
lərdə geniş tətbiq olunan yüksək cəldliyə malik
nəzarət sistemlərinin yaradılmasında istifadə
olunur.
Onların əsasında sualtı obyektlərə nəzarət
və tədqiq üçün nəzərdə tutulmuş telemetrik,
çoxfunksiyalı, hidroakustik kompleks apara ‐
tura yaradıldı. 1991‐ci ildə A.Paşayev «Avto ‐
nom hidroakustik informasiya sisteminin
yara dılması sahəsində kompleks işlərə görə»
Azərbaycan Dövlət mükafatı laureatı adına
layiq görülmüşdür.
Mikroelektron vericiləri sahəsindəki elmi
tədqiqatların nəticələri iki monoqrafiya şək ‐
lində çap edilmişdir: «Qeyri‐elektrik kəmiy ‐
yətlərin bərk cisimli mikroelektron çeviriciləri»
(1998) və «Bərk cisimli mikroelektron maqni ‐
toelektrik və rütubətli elektrik çeviriciləri»
(1999).
A.Paşayev tərəfindən işlənmiş bir çox cihaz
və qurğular ixtira səviyyəsində yerinə yetiri ‐
lərək keçmiş SSRİ‐nin müxtəlif sənaye müəs ‐
sisələrində tətbiq edilmiş, müxtəlif beynəlxalq
sərgi və müsabiqələrdə qızıl, gümüş, bürünc
medal və diplomlara layiq görülmüşdür.
A.Paşayev uzun müddət – 1971‐ci ildən
1996‐cı ilə qədər Azərbaycan Milli Elmlər
Akademiyası Fizika İnstitutunun «Zədəsiz
ölçmə və nəzarətin fiziki üsulları» laborato ‐
riyasına rəhbərlik etmişdir və İnstitutun elmi
istiqamətlərinin müəyyən edilməsində fəal
iştirak etmişdir. Məhz bu müddət ərzində onun
alim və elmi təşkilatçı kimi görkəmli qabi ‐
liyyətə malik olması bütövlükdə özünü büruzə
vermişdir.
1996‐cı ildən hazırkı dövrə kimi akademik
A.Paşayev «Azərbaycan Hava Yolları» Qapalı
Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akade ‐
miyasının rektorudur.
Rektor təyin olunduğu 1996‐cı ildən Milli
Aviasiya Akademiyası yeni bir inkişaf pilləsinə
qədəm qoymuşdur. Akademik A.Paşayev fəaliy ‐
yətində tədris prosesinin, elmi‐tədqiqat işləri ‐
nin ən müasir tələblər səviyyəsində təşkilinə
nail olmuşdur.
5
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
6
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014
Milli Aviasiya Akademiyasının nəzdində
Elmi‐tədqiqat İnstitutu, Konstruktor bürosu və
Təcrübə‐sınaq istehsalatından ibarət Elmi‐təd ‐
qiqat Nəqliyyat və Aviakosmik Problemləri
İnstitutu yaradılmışdır.
Akademik A.Paşayevin rəhbərliyi altında
MAA‐da aviasiya sahəsində aparılan tədqiqat ‐
ların vacibliyinin və faydalılığının təyin edil ‐
məsi üçün ənənəvi olaraq elmi seminarlar və
konfranslar keçirilir.
A.Paşayev Azərbaycanda ilk dəfə olaraq
müasir dünya standartlarına uyğun, təhsil, elm
və istehsalatın vəhdətini nəzərdə tutan ali
təhsil ocağı yaratmağa nail olmuşdur.
A.Paşayevin rəhbərliyi ilə MAA‐nın əldə
etdiyi nailiyyətlər müxtəlif tanınmış xarici ölkə
təşkilatları tərəfindən də bəyənilmişdir. Təhsil
sistemində Avropa standartlarına uyğun ola ‐
raq, göstərdiyi yüksək xidmətlərə görə MAA‐ya
verilmiş «Avropa keyfiyyəti» və «Avropanın ən
yaxşı müəssisəsi» Beynəlxalq mükafatları buna
parlaq sübutdur.
Bundan əlavə, Milli Aviasiya Akademiyası
Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə
mülki aviasiya ali təhsil müəssisəsi Sertifika tına
layiq görülmüş, Beynəlxalq Mülki Aviasiya
Təşkilatının mülki aviasiya ali təhsil
müəssisələrinin Siyahısına daxil edilmiş, eləcə
də Avropa Universitetləri Assosiasiyasına tam
hüquqlu üzv kimi qəbul olmuşdur. Milli
Aviasiya Akademiyası «Təhlükəli yüklərin
hava nəqliyyatı ilə daşınması» üzrə Beynəlxalq
Hava Nəqliyyatı Assosiasiyasının (IATA) regio ‐
nal tədris mərkəzi statusunu almışdır.
MAA‐nın kollektivi akademik A.Paşayevin
rəhbərliyi altında «2003–2010‐cu illər ərzində
Milli Aviasiya Akademiyasında elm və təhsilin
inkişafı üzrə Proqramı» həyata keçirmişdir.
Buraya Akademiya şəhərciyinin qurulması
işlərinin başa çatdırılması, tədris binalarının
müasir avadanlıq və inventarla təchiz edilməsi,
yeni ixtisasların açılması, aviasiya sahəsində
yüksəkixtisaslı kadrların hazırlanmasının
intensivləşdirilməsi, mülki aviasiya sahəsində
elmi işlərin və tədqiqatların gələcək inkişafı və s.
daxil idi.
Azərbaycan Milli Elmlər Akademiyasının
və bir sıra beynəlxalq akademiyaların həqiqi
üzvü Arif Mir Cəlal oğlu Paşayev fizika sahə ‐
sindəki yüksək nailiyyətlərinə görə Y.Məm ‐
mədəliyev adına medala, İngiltərə Beynəlxalq
Bioqrafiya Mərkəzinin Qızıl medalına və «SSRİ
ixtiraçısı» adına layiq görülmüşdür.
Milli Aviasiya Akademiyasının nəzdində
fəaliyyət göstərən ixtisaslaşdırılmış disser ta ‐
siya şurasının sədri, Dövlətlərarası Aviasiya
Komitəsi nəzdində olan aviasiya mütəxəs sis lə ‐
rinin hazırlanması üzrə koordinasiya şura sının
üzvüdür.
Arif Paşayev Ukrayna Milli Aviasiya
Universitetinin, Gürcüstan Aviasiya Universi ‐
tetinin, A.S.Popov adına Odessa Milli Rabitə
Akademiyasının Fəxri doktoru, Vyana Beynəl ‐
xalq Universitetinin Fəxri professoru, Ukrayna
Azərbaycanlıları Konqresinin Fəxri üzvüdür.
O, həmçinin 2005‐ci ildə təsis edilmiş Azərbay ‐
can Mühəndislik Akademiyasının prezidenti,
Beynəlxalq Mühəndislik Akademiyasının və
2009‐cu ilin iyul ayında təsis edilmiş «Elmi
Təminatlı İnnovasiya Assosiasiyası» İctimai
Birliyinin prezidentidir.
Rusiya və Gürcüstandan olan alimlərlə
birgə yarımkeçiricilər fizikası sahəsində elmi
kəşfin müəllifidir. Kəşflə əlaqədar ona 340 saylı
xüsusi diplom verilmiş, fizika sahəsində Nobel
mükafatı laureatı P.L.Kapitsa adına Qızıl
medal təqdim olunmuşdur. O, həmçinin
Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri
akademiki seçilmiş və bununla əlaqədar ona
Vernadski adına Qızıl döş nişanı verilmişdir.
Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi
işindəki xidmətlərinə görə akademik Arif
Paşayevə İnsan Hüquqlarının Müdafiəsi Bey ‐
nəlxalq Komitəsinin «Şərəf və Ləyaqət» Qızıl
Ulduzu təqdim olunmuşdur.