Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix08.10.2017
ölçüsü1,04 Mb.
#3655
1   2   3   4   5   6   7   8   9   ...   44

Akademik Akif Әlizadənin elmi nailiy ‐

yət ləri, uzunmüddətli elmi‐təşkilati fəaliy ‐

yəti  bir sıra mükafatlara layiq görülmüşdür.

O, «Şərəf» və «Şöhrət» ordenləri, «Fədakar

əmək uğrunda», Xalq Təsərrüfatı Nailiyyəti

Sərgisinin medalları ilə təltif olunmuşdur.

Görkəmli alim, istedadlı elm təşkilatçısı,

çoxsaylı alimlər kollektivinə rəhbərlik etmək

qabiliyyətinə, yüksək mədəniyyət və erudi ‐

si yaya malik insan Akif Әlizadə ölkəmizdə

və xaricdə çox yüksək qiymətləndirilir.

Kimliyindən asılı olmayaraq, Akif müəllimə

müraciət edənlər ondan yerindəcə cavab alır

və həmin məsələ yerindəcə həll olunur. O

bu xüsusiyyətlərinə görə nəinki həmkarları

arasında, onu əhatə edən insanlar arasında

da dərin hörmət qazanmışdır.

Təsadüfi deyil ki, akademik Akif Әlizadə

Yeni Azərbaycan Partiyasının sədrinin müavini

kimi çox nüfuzlu bir vəzifəyə seçilib.

Akademik Akif Әlizadənin elmdə keç ‐

diyi şərəfli yol nəinki gənc geoloq alimlər,

həmçinin digər elm mütəxəssisləri üçün

həyat etalonu ola bilər. Bu gün akademik

Akif Әlizadə 80 illik yubileyinin zirvəsindən

həyatına iftixarla baxa bilər. Bu, şərəflə yaşa ‐

mış, xalqa zəkası ilə xidmət etmiş gör kəmli

alimin gənc alimlərə örnək olan həyatıdır.

Akademik Akif Әlizadə 24 aprel 2013‐cü

il tarixindən etibarən AMEA‐nın preziden ti ‐

dir. Onun bir ilə yaxın prezidentliyi müddə ‐

tində AMEA‐nın sürətli inkişaf perspek tiv lərinin

başlanğıc mərhələsi, islahatlar dövrü hesab

oluna bilər. Bu gün AMEA çox böyük

nüfuza malikdir və artıq gənclərin elmə

marağında böyük sıçrayış var.

AMEA‐nın prezidenti akademik Akif

Әlizadə elm və təhsilin inteqrasiyasının yeni,

daha məqbul modelini təklif etmişdir.

Universitetlərin, digər ali təhsil müəssisə lə ‐

rinin AMEA‐nın uyğun elmi‐tədqiqat insti ‐

tut larında baza kafedralarının yaradılması,

istedadlı tələbələrin elmə cəlb olunması,

birgə elmi‐tədqiqat layihələrinin işlənib

hazır lanması və bu layihələr üzrə işin təşkili

bu modelin tərkib hissəsidir. 

Azərbaycan Milli Elmlər Akade miya sında

yeni elmi‐tədqiqat institutlarının yaradıl ‐

ması, mövcud elmi müəssisələrin yeni dən

qurulması, elm sahələri arasında əlaqələrin

formalaşdırılması, tədqiqat pro sesində və

idarəetmədə  informasiya  texno logiyala rın dan

geniş istifadə olunması, elm də gənclər hərə ‐

katına start verilməsi AMEA‐nın prezidenti,

akademik Akif Әlizadənin adı ilə bağlıdır. 

Akademik Akif Әlizadə 24 aprel 2013‐cü

il tarixindən etibarən AMEA‐nın preziden ‐

tidir. Onun bir ilə yaxın prezidentliyi müd ‐

dəti AMEA‐nın sürətli inkişaf pers pek  tivlərinin

başlanğıc mərhələsi, islahatlar dövrü hesab

oluna bilər. Bu gün AMEA çox böyük

nüfuza malikdir və artıq gənclərin elmə

marağında böyük sıçrayış var. 

AMEA‐nın prezidenti akademik Akif

Әlizadə Azərbaycan Respublikasının Prezi ‐

den tinin 25 fevral 2014‐cü il tarixli Sərən ‐

camı ilə Azərbaycan Respublikasında  elmin

inkişafı və təşkili sahəsində səmərəli fəaliy ‐

yətinə, yüksəkixtisaslı elmi kadrların hazır ‐

lanmasında xüsusi xidmətlərinə görə «İstiq lal»

ordeni ilə təltif edilmişdir. 

Adil ӘLİYEV,

AMEA‐nın Geologiya İnstitutunun şöbə

rəhbəri, geologiya‐mineralogiya elmləri doktoru,

əməkdar elm xadimi

11

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014



12

Әmiraslanov Әhliman Tapdıq oğlu 1947‐ci

ildə Qərbi Azərbaycanın Göyçə mahalının

Zod kəndində anadan olmuşdur. 1965‐ci

ildə orta məktəbi qızıl medalla, 1971‐ci ildə

N.Nəri 


manov adına Azərbaycan Dövlət

Tibb İnstitutunun müalicə‐profilaktika  fa ‐

kül təsini fərqlənmə diplomu ilə bitirmiş,

1971‐1974‐cü illərdə Bakı şəhəri klinik on ‐

koloji xəstəxanasında həkim‐onkoloq və

şöbə müdiri vəzifələrində işləmiş, 1974‐cü

ilin oktyabr ayında Moskva şəhərində SSRİ

TEA ÜOEM‐də aspiranturaya daxil olmuş

və burada 1992‐ci ilə qədər 20 ilə yaxın bir

dövrdə aspirantlıqdan professor və şöbə

müdiri vəzifələrinə qədər şərəfli yol keç miş ‐

dir. 1977‐ci ildə «Aşağı ətrafların bədxassəli

şişlərinə görə operasiya edilmiş xəstələrin

reabilitasiyası» mövzusunda vaxtından əvvəl

namizədlik, 1984‐cü ildə «Osteogen sarko ‐

malı xəstələrin kompleks müalicə üsulları»

mövzusunda doktorluq dissertasiyaları

müdafiə etmişdir. Onun «Sümük sarko ma ‐

ları» monoqrafiyası 1985‐ci ildə SSRİ TEA‐nın

beş ildən bir tibb sahəsində ən görkəmli

xidmətləri olanlara təqdim olunan məşhur

N.N.Petrov adına mükafatına layiq görül ‐

müşdür. 1986‐cı ildə «Onkoloji xəstələrdə

bərpa müalicəsi metodlarının işlənib hazır ‐

lanması və klinik praktikaya tətbiqi» möv ‐

zu 


 

sunda keçmiş SSRİ‐nin ən mötəbər

müka 

fatlarından sayılan elm və texnika



sahəsində SSRİ Dövlət mükafatına layiq

görülmüşdür. Әməkdar elm xadimi, profes ‐

sordur. 1992‐ci ildən Azərbaycan Tibb Uni ‐

versitetinin rektoru, 1993‐cü ildən həm də

onkologiya kafedrasının müdiridir. 400‐dən

artıq elmi əsərin, o cümlədən 18 monoq ra ‐

fiya, 29 dərslik, dərs vəsaitləri və metodik

ədəbiyyatın, 16 ixtira və səmərələşdirici

təklifin müəllifidir. Dəfələrlə Onkoloqların

keçmiş ittifaq respublikalarında və ABŞ,

Fransa, Yaponiya, Almaniya, Türkiyə, Polşa,

İsveç, İran, Sinqapur, Bolqarıstan, Macarıs ‐

tan, Avstriya, Yunanıstan, Çexiya, İsrail,

İtaliya, Pakistan, Kanada və digər ölkələrdə

keçirilən qurultay, simpozium və konfrans ‐

larında elmi məruzələrlə çıxışlar etmişdir.

70‐dən artıq elmi əsəri adıçəkilən xarici

ölkələrdə dərc edilmişdir. Ümumdünya

Onkoloqlar və Ortoped‐Travmatoloqlar Assosi ‐

asiya sının, Avropa Bərpa Cərrahlığı Assosi a ‐

siyasının, Avropa Dayaq‐Hərəkət Aparatı

Onkologiya Cəmiyyətinin, Yunanıstan Onko ‐

loqlar və Ortoped‐Travmatoloqlar, Macarıstan,

Azərbaycan Tibb Universitetinin rektoru, SSRİ Dövlət

mükafatı laureatı, Azərbaycan Milli Elmlər

Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının

həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru,

akademik Әmiraslanov Әhliman Tapdıq oğlu haqqında

BİOQRAFİK MӘLUMAT



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə