Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
yardım  edirdi.  Bir  sıra  şəhərlərdə  Teymurilərə  qarşı  üsyanlar 
qalxan zaman,  İbrahim  Kür çayını keçərək Gəncə şəhərini və 
Qaraba
ğın böyük bir hissəsini Şirvanla birləşdirdi. Gürcüstanda 
da Teymuril
ər hakimiyyətinə  qarşı  üsyan  qalxmışdı.  Bununla 
əlaqədar  olaraq  Gürcüstan  padşahı  Konstantin  İbrahim  ilə 
ittifaq  bağladı.  Tarixçi  Mir  Axundun  məlumatına  görə 
Konstantin, h
ətta öz səfirləri vasitəsilə İbrahimə tabe olduğunu 
bildirmişdi.  Şəki  hakimi  Seyid  Əhməd də  İbrahimə  qoşuldu. 
Qaramanlı  tayfasından  əmir Yarəhməd, cəgirli  tayfasından 
Bistam v
ə başqaları açıqcasına İbrahim tərəfə keçdilər. 
Bu zaman Teymuril
ər Təbriz  şəhərinin  əhalisi üzərinə 
ağır  vergilər  qoymuşdular. Bununla əlaqədar olaraq Təbrizdə 
böyük  bir  üsyan  baş  verdi.  Üsyançılar  Teymur  qoşunlarını 
qovaraq  şəhəri tamamilə  öz  əllərinə  aldılar.  1906-cı  ilin 
əvvəllərində üsyan etmiş Təbriz əhlinə şəhərin ağsaqqalarından 
Şeyx  Əxi  Qəsab və  Qazi  İmadəddin rəhbərlik etməyə 
başladılar.  
1906-
cı ilin yazında Təbriz əhalisi başda Şeyx Əxi Qəsab 
olmaq üzr
ə  Şirvanşah  İbrahimə  müraciət edərək, onu Təbrizə 
d
əvət etdi. 
İbrahim öz qoşununu Cənubi Azərbaycan torpağına yerit-
di v
ə 1906-cı ilin may ayında Təbriz şəhərinə daxil oldu. Be-
l
əliklə  Azərbaycanın  əsas  ərazisi  (Şirvan,  Qarabağ,  Cənubi 
Az
ərbaycan) Şirvanşah İbrahim tərəfindən birləşdirildi. İbrahi-
min qarşısında duran böyük tarixi vəzifə yerinə yetirilmiş oldu. 
Bu birlik bütün xalq kütl
ələrinin köməyi ilə  əldə  edil-
mi
şdir. 
Lakin  İbrahimin başladğı bu böyük istiqlaliyyət mübari-
z
əsi  tamamlanmamış  qaldı.  Birləşmiş  Azərbaycanı  iqtisadi  və 
h
ərbi cəhətdən möhkəmlətmək  üçün  vaxt  lazım  idi.  Belə  bir 
vaxt  İbrahimin  ixtiyarında  yox  idi.  Çünki  xarici  ölkələrdən 
Az
ərbaycana qarşı  təzə  yürüşlər  İbrahimə, birləşmiş 
Az
ərbaycanı  möhkəmlətmək  imkanını  verməmişdi.  Vaxtilə 
 
 
76 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
Teymurl
əng tərəfindən  qovulmuş  Cəlair  Sultan  Əhməd və 
Qaraqoyunlu Qara Yusif t
əzədən  qoşun  toplayaraq  Cənubi 
Az
ərbaycana qarşı hücuma keçmişdi. 
Şirvanşah İbrahim özünün yaxın adamları və Təbriz əha-
lisinin  ağsaqqalları  ilə  məşvərətdən  sonra  qoşununu  götürüb 
T
əbrizdən çıxmalı oldu. Çünki onun ordusunun ən yaxşı silah-
lan
mış  hissələri Azərbaycanın  ayrı-ayrı  feodallarının  qoşun 
d
əstələrindən ibarət idi. Eyni zamanda Cənubi Azərbaycandakı 
əmirlər mənşə  etibarı  ilə  əksərən  xarici  olduqları  üçün  Azər-
bay
canın  birləşməsi ilə  maraqlanmadılar  və  onlar  yalnız 
t
əsadüfi  olaraq  İbrahim  ilə  birləşmişdilər.  Çünki  geniş  xalq 
kütl
ələrinin əhval-ruhiyyəsi ilə hesablaşmalı idilər. İndi isə bu 
əmirlər  Sultan  Əhmədin və  Qara Yusifin tərəfinə  keçməyə 
başladılar. 
1410-cu ild
ə  bütün Cənubi Azərbaycan Qaraqoyunlu 
feodal
larının  əlinə  keçdi və  burada Qaraqoyunlu Azərbaycan 
dövl
əti yarandı. Qaraqoyunlu Qara Yusifin hakimiyyəti zamanı 
Şirvan ilə Qaraqoyunlu dövləti arasındakı münasibət nə qədər 
g
ərgin idisə, Qara Yusif öləndən sonra bu münasibət Şirvanla 
C
ənubi Azərbaycan hakimləri arasında dostluqla əvəz edilmiş 
oldu.  İbrahim  oğlu  Şirvanşah  Xəlilullahın  padşahlığı  zamanı 
Şirvanşahlar dövləti ilə Qaraqoyunlu dövləti sıx bir əlaqədə idi. 
Bel
əliklə, 
Şirvanşah 
İbrahimin 
Azərbaycanın 
istiqlaliyy
əti  uğrunda  apardığı  böyük  mübarizə  nəticəsiz 
qalmadı.  İstər  Şirvan və  Qarabağ,  istərsə  Cənubi Azərbaycan 
başda  Təbriz olmaqla öz istiqlaliyyətini  əldə  edə  bilmişdi. 
Bundan sonra C
ənubi Azərbaycanda  bir  sıra  dövlət 
d
əyişiklikləri  olduğuna  baxmayaraq, Azərbaycan nəinki öz 
istiqlaliyy
ətini  saxlaya  bilmişdi,  hətta XVI əsrdə  böyük 
Az
ərbaycan Səfəvi dövləti yaradılmışdı. 
 
İsmayıl Hüseynov 
(1946-
cı il, № 3, səhifə 14,15, 37)   
 
 
77 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
  
MƏHƏBBƏTİN VAR OLSUN 
 
May ayının 5-də Təbriz xüsusi bir həyəcan keçirirdi.... O, 
şəbnəm çilənmiş bir qönçə kimi kədərli və gözəl idi. O, hicran 
qabağı  aşiqi  ilə  görüşə  hazırlanmış  bir  gəlin kimi bəzəkli və 
d
ərdli idi... O, bahar kimi al-əlvan  geyinmişdi.  Çünki  ürək 
dostu v
ə  məhbubinin  əlini  bir  daha  sıxmayacaqdı.  Onun 
gözl
ərində  dəruni bir qüssənin  buludları  da  görünürdü.  Çünki 
o, 
ədəbi azadlıq və səadətin müjdəsini gətirmiş bir dostdan, bir 
sirdaşdan  ayrılacaq  idi.  Hələ  may  ayının  4-də  Təbriz 
küç
ələrində  rəngarəng  xalılar  asılmışdı.  Təbriz  xanımlarının 
inc
ə  əlləri ilə  toxunmuş  bu  xalılar  onların  ehsasatla  dolu 
ür
əklərinin bir mücəssəməsidir. Siz bu xalıların əbədi təravətlə 
gülüms
əyən naxışlarında böyük bir xalqın faciə və sevinclərini 
oxuya bil
ərsiniz.... Onun hər rəngi və hər sapı min eşq və min 
h
əsrətin şahididir... 
Cami
ədə də, məişətdə də müstəsna bir nəzakət və sədaqə-
t
ə  adət  etmiş  təbrizlilər  ən gözəl  xalılarını  küçələrdə, 
dükanların  və  evlərin  qapılarında  asmamışlar.  Onlar sadə  və 
t
əmiz bir qəlb ilə  nəcabət və  məhəbbət dolu bir ürəklə 
dostlarını  yola  salmağa  hazırlaşmışlar.  Mayın  4-ü gecəsi 
yüzl
ərlə  təbriz  cavanları  və  qızları  yatmayıb  ürəklərinin 
döyüntüsün
ə qulaq asırdılar... 
Gec
ə saat ikidə biz Səttar xan xiyabanında faytonçulara, 
açıq dükanlara və küçədə gəzişən insanlara rast gəldik. 
Dem
ək olar ki, bütün Təbriz evlərini bürümüş ağacların 
arasından  otaqlardakı  elektirik  lampalarının  işıqları  görünür, 
şəhər yata bilməyir. Minlərlə  insanlar təəssüf və  həyəcanla 
sabahkı  günə  hazırlaşırlar.  Sabah  Qızıl  ordu  hissələri Təbrizi 
t
ərk edəcəkdir. Təbrizli  dostlarımız  doğrudanmı  gedirsiniz?- 
dey
ə gülümsəyir və gözlərinin yaşlarını silirlər. 
 
 
78 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə