125
əsas verir. Əsərdə deyilir: «qışda və yayda hamama getdikdə əv-
vəlcə soyuq otaqda bir az otur ki, təbiətin oranın havasına öyrənsin,
sonra orta otağa keçib bir qədər də burada otur ki, o otaqdan da
fayda götürmüş olasan, sonra isti otağa get, orada da bir az otur ki,
bədənin istiyə alışsın. Hamamın istisi sənə təsir edəndə xəlvət-
xanaya gedib, orada başını yu. Gərək hamamda çox qalmayasan, öz
üstünə çox isti və çox soyuq su tökməyəsən, ilıq yaxşıdır. Hamam
xəlvət olsa böyük xoşbəxtlikdir» (19,83-84).
Yuyunmağın bir mədəniyyət olduğunu dastanlardan da görmək
olur. Kitabi-Dədə Qorqud dastanında qısaca olaraq oğuz bəylərinin
təmiz suda yuyunduqları qeyd olunur (9, 148). Əl Kufinin Bərdədə
hamam haqqında verdiyi məlumatda qeyd edilir ki, gələn elçini
hamamda yuyundurub fəxri libas geyindirirlər, sonra qaliyə ilə
doldurulmuş bir qab gətirib bədəni onunla ovxalayırlar (26, 49).
Orta əsr şairi Suli Fəqih «İlətdilər hamamə yudilər ani» - deməklə
hamamların olduğunu təsdiq etmişdir (22, 158). F.Rəşidəddin yazır
ki, Qazan xan bütün vilayətlərin kəndlərində hamam və məscid
tikilməsi barədə fərman vermişdi (14, 294). İsgəndər Münşi şah
Abbasın zamanında bir çox şəhərlərdə hamamlar salındığını qeyd
etmişdir (21, 718). Müxtəlif mənbələrə əsaslanan S.Onullahi təkcə
Təbriz şəhərində xeyli hamam olduğunu qeyd edərək onların
adlarını çəkir: «Ən məşhur hamamlardan «Leyli və Məcnun»,
Gəcilbaşı, Pəsə Kuşək, Boz, Cahanşah, Mir-Mir darvazası hamam-
larını, Dəvəçilər məhəlləsi, Rey darvazası, Xiyaban məhəlləsi,
Surxab məhəlləsi, Öküz bazarı hamamlarını və çoxlu saray hamamı-
nı göstərmək olar» (25, 166).
Orta əsr Avropa müəllifləri Tomas Benister və Cefri Deketin
məlumatlarında qeyd olunur ki, həftənin iki gününü şah (Təhmasib
nəzərdə tutulur-Ş.B.) hamamda keçirir (17, 156). Bel isə Şamaxı şə-
hərində hamamlar olduğunu qeyd etmişdir (17, 396). Adam
Olearinin də Şamaxı şəhəri haqqında verdiyi məlumatlarda hamam
haqqında xatırlatmalar vardır. O yazır ki, burada üç hamam var, hər
gün oraya adamlar axışır, onların ikisinə günorta qadınlar, axşamlar
isə kişilər gəlirlər, lakin qəsrin yaxınlığında yerləşən sıx hamamına
126
yalnız kişilər gedə bilər. Sıx hamamının yaxınlığında Sıx Müridin
dəfn olunduğu məscid yerləşir. Hamamdan əldə olunan gəlir də bu-
raya və bir də kasıblara sərf olunur (17, 270). Bu maraqlı məlumat-
dan aydın olur ki, hamama gələnlər yalnız dini təriqət nümayən-
dələrindən ibarət olmuşlar. Klavixo isə Təbriz şəhərində «dünyada
ola biləcək ən gözəl hamam» olduğunu qeyd edir. (17, 54)
Hamamlar sadəcə təmizlənmək məqsədi daşımırdı, o, eyni za-
manda ictimai tikili olduğundan insanların bir yerə yığışıb ünsiyyət
saxlayacağı məkan hesab olunurdu. Qadınlar və kişilər bütöv bir gü-
nün demək olar ki, əsaslı hissəsini burada keçirirdilər. Ümumən ha-
mamlar həftənin müəyyən günləri qadınlar üçün, başqa günlər isə
kişilər üçün açıq olurdu. Yəni istənilən vaxt hamama gəlmək müm-
kün deyildi. H.Sarabski yazır: «hamam zənənə olanda külxançını və
ya cumadarı dama çıxardıb əlində bir dəmir şeypurla çaldırmağa
başlardılar. Əhali başa düşərdi ki, bu gün hamam zənənədir. Hama-
mın qapısında qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şey-
pur səsi eşitməyən kişilər hamam zənənə olduğunu bilsinlər» (12,
64-65). Adəti üzrə bir gün hamama həsr olunurdu. Belə ki, əvvəlcə-
dən hamam üçün tədarük görüb yığışmaq lazım gəlirdi. Yolu gedib
qayıtmağa da müəyyən vaxt sərf olunurdu.
Hələ XX əsrdə hamama getməzdən əvvəl evdəki hazırlıq barədə
verilən məlumatda qeyd olunur ki, hər kəsin öz şəxsi kisəsi, daban-
daşı, qətfə və geyimi olurdu. Bundan əlavə, «sərqətfə» adlanan üzə-
rində iri dəhrəburnu naxışları olan pambıq parça da götürülürdü.
Ondan həm boğça kimi, həm də baş bağlamaq üçün istifadə edilirdi.
Evdən eyni zamanda içməli su, yüngülvari yemək (məsələn şirin çö-
rək və s.) də götürülürdü. (8) Hamamda qadınlar arasında bir kol-
lektivçilik ruhu hiss olunurdu. Bununla əlaqədar hamamda müəyyən
qaydalar və ənənələr formalaşırdı. Belə ki, ümumi hamamlarda ye-
niyetmə qızlar yaşlı qadınlara su gətirir, onların xahişləri əsasında
kömək etməyi özlərinə borc bilirdilər. Hamamda görüləsi işlər
ardıcıllıqla icra olunurdu. Belə vaxtlarda oğul anaları qızlara göz
qoyurdular. Qızları oğlan anaları məhz hamamda bəyənirdilər.
127
Hamama gedəndə qadınlar bəzək əşyalarını, qızıllarını taxıb ge-
dirdilər. Boyunlarına «sərsəpuşka» adlandırdıqları (rusların sepoçka
sözündən götürülüb – Ş.B.) uzun sepləri bir neçə dəfə dolayardılar.
(4) Bu onu deməyə əsas verir ki, hamam həm də sosial vəziyyətin
nümayiş olunduğu yer idi. Hamamın içində qadınlar qızıllarını çıxa-
rıb xüsusi mücrünün içərisində mühafizə edərdilər. Qeyd edək ki,
«hamam sandığı» adlanan xüsusi qablarda qadınlar xına, basma,
kosmetik vasitələr gətirirdilər. Bəziləri isə bunu boğça ilə əvəz edir-
di. Bundan əlavə satıl adlanan su qabından istifadə olunurdu ki, bu
da su yığıb tökmək üçün idi. İsti su üçün hamam tası olurdu. Aftafa-
ləyən də hamam ləvazimatları içərisində idi. Bundan əlavə sabun və
ya onu əvəz edən gilabidən yuyunmaq üçün istifadə edirdilər.
N.Gəncəvi sarı gildən bəhs edir. (34, 166) Sarı gil sonralar gilabi
adlanan sabunu əvəz edən və hamamda yuyunmaq üçün istifadə
olunan gildir. Tük tökmək üçün də «vacibəd» adlanan gil olurdu.
Bir qayda olaraq hamamın içində hamı bədənini qırmızı rəngli parça
– fitə ilə örtürdü. Hamamda istifadə olunan qablardan biri də satıl
idi. Qəribədir ki, satıllar da forması ilə digər qablardan fərqlənsə də,
üzərindəki naxışlar və mövcud yazıları ilə diqqəti cəlb etmişdir.
Məsələn, satılın üzərindəki yazıları oxumuş M.Nemətin yazdıqla-
rından məlum olduğu kimi, satıl hamam qablarından biri olmuşdur:
Ya Rəbb! Hər şeydən əvvəl satılı gətir.
Ya Rəbb! Bu cəzb edici satılı gətir.
Təmizlik uğrunda Cəm camı ilə yarışa girə bilsin.
Ölüm dəf olunub, arzu əlindədir.
Əbədi zülmü dərk etməyin nəticəsi böyükdür.
Hamama qədər tam taleyi yerinə yetirildi.
Razılıqlı tas dolusu su çiçəyi çatdı.
Süfrə şadlıqdan boş deyildi.
Davamlı su ilə satıl ağzına qədər su ilə dolu idi. (33, 15)
Hamamda çimib qurtarandan sonra qusul vermək lazımdır. Bu-
nun üçün axırıncı dəfə başdan aşağı su tökəndə əvvəlcə dabanları
Dostları ilə paylaş: |