128
qaldırıb su tökən qabdan iki əllə yapışıb qusul verib bu sözləri de-
yirlər: «Allahun məssəlli əla Məhəmmədin və Ali Məhəmməd»- de-
dikdən sonra əvvəlcə suyu başa, sonra sağ, sonra isə sol çiyinlərinə
tökürlər. Aybaşısı qurtaran qadın hiss qusulu verməlidir: «vacibə-
tən, qürbətən illallah»-dedikdən sonra o pak sayılır. Verilən bü qu-
sullarda adamın üzü qibləyə doğru yönəlməlidir. Həftənin 5 günləri
cümə qusulu verilir. Bundan əlavə mərhumun son nəfəsində onunla
yaxın təmasda olan (yuyulmadan əvvəl ona toxunan) adam da ölü
qusulu verir. Ölü qusulu «cənabət qusulu» adlanır və çimən şəxs bu
sözləri deyir:
cənabət qusulu verirəm, vacibətən, qürbətən illallah.
Azərbaycanın müxtəlif bölgələrində hamamlar olmuşdur. Orta
əsrlərdən bu günümüzə qədər gəlib çatan belə hamamların əksəriy-
yəti təmirsiz vəziyyətdə də olsa, hələ də qalmaqdadır. Yalnız sənət-
karlıq mərkəzi olan Lahıcda kanalizasiya sisteminin hələ orta əsrlər-
dən mövcud olması bu bölgədə fərdi evlərin içərisində də hamam
qoyulmasına imkan vermişdir. Xalq yaşayış evlərinin sahəsinə görə
kiçik, lakin işləkliyinə görə mühüm hissəsi olan hamamlar mənzil-
lərin içərisində inşa edilirdi. Çox da böyük olmayan həcmcə kiçik
bu cür hamamlar evlərin yataq otağına yaxın hissəsində tikilirdi.
Burada yuyunmaq və yaxalanmaq mümkün idi. Məlumata görə us-
talar hər səhər işə başlamazdan əvvəl bu hamamlarda mütləq qusul,
hər namazdan öncə isə dəstəmaz almalı idilər. (23) Sonralar müasir
ev tikililərinin formalaşmağa başlaması zamanı belə daxili hamam-
ların yerində yenilərini nisbətən geniş şəkildə tikərək istifadə etmə-
yə başladılar. Lahıcda bəzi evlərdə hamam olmasına baxmayaraq ic-
timai tikili olan «Dərə hamam» adlı qədim hamam da var idi. (27,
103)
Arxeoloji tədqiqatlar nəticəsində Zəngilanın Şərifan kəndi əra-
zisində mövcud olan şəhər xarabalığı ərazisindən
orta əsrlərə aid ha-
mam aşkar olunmuşdur. Qeyd edək ki, «onun divarları bişmiş kər-
picdən tikilmiş və içəridən kəclə suvanmışdır. Qazıntı zamanı aşkar
olunmuş tikinti qalığının hovuz olduğu müəyyən edilmişdir. Hər üç
hovuz yan-yana tikilmişdir. Hovuzların tikinti materialları eynidir.
Divarları daxildən və xaricdən kəclə suvanmışdır. Hər üç hovuzun
130
və s. sonralar dillərə düşüb xalq yaradıcılığına çevrilirdi. Burada
insanlar ağıl sahiblərindən nələri isə öyrənir, müəyyən məlumatlar
toplayırdılar. Yeri gəlmişkən qeyd edək ki, hamamda müxtəlif
işçilər – dəllək, güzgü tutan, su tökən, kisəçi, paltar saxlayan və s.
fəaliyyət göstərirdilər. Hətta orta əsrlərdə onlardan vergi alındığı da
mənbələrin məlumatlarıyla təsdiq olunur. Belə vergilər 1629-cu ildə
avqust ayında I Şah Abbasın fərmanı ilə ləğv olundu. (25, 177)
Hamamın məişətdəki yeri özünü toy ilə bağlı mərasimlərdə də
göstərir. Belə ki, xınayaxdı mərasimi zamanı da hamama gedirdilər.
Bununla yanaşı, toy zamanı bəy də öz yaxınları ilə bərabər bəy
hamamına gedirdi.
Xınayaxdı mərasimi zamanı oğlan evi gəlinə hamam ləvazimatı
gətirir. Hamam ləvazimatı içərisinə qətfə, alt və üst paltarı, xalat,
fitə, kisə, bəzək əşyaları qoyulurdu. Oğlan evinin qadın nüma-
yəndələri gəlin köçəcək qızı onun qohum-əqrəbası
ilə birgə hamama
aparırdılar. Bu zaman oraya özləri ilə müxtəlif şirniyyat şeyləri də
aparırdılar və bu şirniyyatdan hamamda olanların hamısı dada
bilərdilər. (2) Gəlin hamamına getmək müəyyən adətlərlə müşayiət
olunurdu. Qızı oğlan evinin qadınları hamama aparanda qızın saçını
bəzəyən, qaşını alan, üzünə bəzək vuran məşşatəyə pulu oğlan tərəfi
ödəyirdi. Gəlin hamamı zamanı da təxminən bir-iki saat vaxt sərf
olunurdu. (3) H.Sarabski İçərişəhərdə xınayaxdı mərasiminin ertəsi
günü hamama gedildiyini söyləyir. (12, 109)
Azərbaycan xalqının zəngin folklor nümunələrində gəlin
hamamı ilə bağlı nəğmələr də yer almaqdadır. Əsrlərdən bəri qoru-
nan bu nəğmələrdən birində deyilir:
Nazbalışı
üzül qoy,
Üstə bir cüt qızıl qoy
Yarım
hamama gedir,
Hamam pulun hazır qoy (24, 293).