122
və içərinin havasını dəyişmək üçün ventilyasiya sistemi mövcud
olub. Bundan əlavə, hamamın içərisində tikildiyi andan etibarən in-
şa edilən ayrıca kiçik istixana otağı da mövcuddur ki, o da müasir
sauna effekti almaq üçün təbii isti buxarlı yerdir. O iki tərəfdə də
yerləşdirilib. Bununla bərabər iki pəncərə kimi böyük oyuqlar nəzə-
ri cəlb edir. Bu oyuğun içərisi su anbarıdır və təxminən 10
ton su tu-
tumu vardır. Hamamın iç tərəfində daha bir başqa otaq var ki, bu da
qazanxanadır. Əvvəllər hamamın dəhlizində şkaflar yox idi, sonrakı
dövrlərdən etibarən əlavə olunub. Həftənin beş günü qadınlar, iki
gününü isə kişilər gəlirdilər. (7) Bu onu deməyə əsas verir ki, çox
güman ki, hamama kişilər də qadınlar kimi dəyişdirəcəkləri
paltarlarını saxlamaq üçün öz boğçaları ilə gəlirdilər.
Hacı Bani hama-
mı XV əsrin sonla-
rında tikilmişdir. Ha-
mamın sifarişçisi Ha-
cı Qaib, memarı isə
Hacı Bani olmuşdur.
Ona görə də hamam
həm Hacı Qaib, həm
də Hacı Bani hamamı
adlanır. Uzun müddət
torpaq altında qalmış
hamam 1964-cü ildə
burada
arxeoloji
qazıntılar
zamanı
aşkar edilmişdir.