111
Xaqani, Füzuli, Nəsimi və başqa klassiklərin qəzəl və qəsidələri
söylənilir, toya gələnlərin həyat və səmiyyət barədəki sualları
cavablandırılır. Tamaşaçılar dərvişlərə istədiyi
mövzunun bəhsini və
ya hansısa əsəri
pulla sifariş edir, sonda isə bəy tərifi olur.
Digər toylarda olduğu kimi dərviş toylarında da bəyin sağdışı
və soldışı olur. Bəy məclisə onların iştirakı ilə daxil olur, toya uy-
ğun şəkildə «bəy tərifi» səslənir. Bəy də öz növbəsində baş əyməklə
iştirakçılara öz razılığını bildirir. Xalq arasında bəzən belə toylara
«kasıb toyu» və yaxud «islam toyu» da deyirlər. Oğlan toyu ilə qız
toyu ayrılıqda keçirilir. Oğlan toyunda kişilər iştirak etdiyi kimi qız
toyunda da yalnız qadınlar olurlar. Dərviş kəlməsi sadəcə dini məna
kəsb edir.
Toy mərasimi barədə məlumatlandığımız atalar sözləri tarixi
keçmişimizin və bugünümüzün etnoqrafik baxımdan əhəmiyyətli
canlı səhifələrini göz özündə əks etdirir, real həqiqətləri, ailə məişə-
tində uzun əsrlərdən bəri kök salan müxtəlif adət və ənənələri işıq-
landırır. Məsələn, «çalğı toy yerinin yaraşığıdır», «çalğısız toy ol-
maz», «toy bəzəyi xonçadır», «toyunda xəlbir ilə su daşıyım», «de-
sələr ki, göydə toy var, arvadlar nərdivan axtarar», «kasıbın toyunda
gecə qısa olar» «xeyir iş yerdə qalmaz», «xeyir işi saxlamazlar»
(64, 117-118; 251; 247). Belə bir deyim də var ki, bəy toyunda
oynasa ucuzluq olar. Qazan dibi qaşıyanın toyunda qar yağar.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbay-
can xalqının ailə münasibətlərində ən mühüm yeri toy vasitəsilə hə-
yata keçirilən nikah tutur. Bəllidir ki, «insanların həyatında mühum
hadisə olan toy yeni ailə həyatının başlanğıcını qoyur. Ayrı-ayrı
ailələrin üzvləri bir ailədə birləşərək yeni həyat qururlar. Əsrlər bo-
yu yaşayıb, müasir dövrümüzdə də icra olunan toy xalqın minillik-
lərdən gələn arzu və istəklərini özündə əks etdirən, zəngin adət və
ənənələri qoruyub saxlayan el şənliyidir. Hər bir xalqın tarixi inki-
şafından asılı olaraq müxtəlif toy adətləri mövcuddur ki, onlar da
zəngin və rəngarəngdir. Müxtəlif xalqlar arasında mövcud olan toy
adətlərinin özündə bir sıra oxşar və fərqli cəhətlər vardır.» (5, 79)
114
HAMAM MƏDƏNİYYƏTİ
Xalqımızın etnoqrafik irsinin hərtərəfli öyrənilməsi müasir el-
min inkişafının təminatçısıdır. Etnoqrafik cəhətdən bir sıra məsələ-
lərin kompleks şəkildə hələ də işıqlandırılmaması isə bu cəhətdən
böyük marağa səbəb olur. Belə məsələlərdən biri də cəmiyyətin
özəyi sayılan ailə və onun məişəti ilə bağlı olub, əhalinin həyatında
özünəməxsus yer tutan Azərbaycanda hamamlar və onların əhəmiy-
yətidir. Sosial mənsubiyyətinə, daxili plan quruluşuna görə kənd
məskənlərindən əsaslı surətdə fərqlənən orta əsr Azərbaycan şəhər-
ləri bir çox tikililərə – məscid, karvansara, bazar, o cümlədən ha-
mamlara malik idi. Tarixi-etnoqrafik obyekt kimi hamamlar bütün
dünya xalqlarında mövcud olmuş və tarixin müxtəlif mərhələlərində
eyni dərəcədə əhəmiyyət kəsb etmişdir.
Hələ qədim vaxtlardan hamamlar insanların həyatında mühüm
yer tutmuş, qədim Misir və Roma həmişə öz hamam və termləri ilə
tanınmışdır. Qeyd edək ki, bu termlər daxilində çoxlu yerləşgəyə
malik olan müəyyən kompleks idi. Onun içərisində idman hərəkət-
ləri üçün zal da var idi. Simmetrik planlı əsas binada frigidari, tepi-
dari və kaldari (soyuq, ilıq və isti hamamlar) və onların ətrafında 2
qrup eynitipli yerləşgələr (vestibül, soyunub-geyinmə otaqları, yu-
yunmaq, massaj və buxarda tərləmək üçün zallar) vardı (11, 206-
207).
İctimai hamamlar özünəməxsus funksiya daşımaqla yanaşı (gi-
giyena, müalicə, mərasim keçirilməsi), həmçinin informasiya müba-
diləsinin gerçəkləşdiyi görüş yeri kimi də mahiyyət kəsb edirdi.
Hamamın tarixi inkişaf mərhələləri barədə danışarkən ilk əvvəl
ibtidai insanların yaşam tərzinə ötəri bir nəzər salaq. Məlum olduğu
kimi, insanlar onları daim əhatə edən təbiətdən asılı olaraq öz gün-
dəlik həyatlarını sürməyə çalışmışlar. Təbiətdə mövcud olan təbii su
mənbələrinin yaxınlığında məskən salmağa üstünlük verən ibtidai
insanlar məhz burada təmizlənə biliblər.
Zaman keçdikdən sonra daha böyük ərazilərə səpələnən
insanlar
yurd saldıqları geniş məskənlərin yaxınlığında arxlar qazaraq böyük