105
Ağdamda yalnız qadınların iştirak etdiyi üçgünlük mərasimindən
sonra gəlin bayıra çıxa bilər. Bundan sonra evə gələn qohum-
əqrəba, gəlinə «boy görüncəyi» adı ilə pul verirlər. Qırx gün ərzində
gəlin həmzatlı qadınlardan uzaq tutularaq gözlənilir. Bu müddətdən
sonra gəlinin ata-anası onları qonaq çağırır.
Toyda qadınlar cavanlarla birgə «haxışta», «Ay lalə bəndim
olum» və «Ustaye Səlman» oyunlarında iştirak edirlər (32, 162).
Eyni gündə oğlan evində də mərasim keçirilir, toyxana qurulur, bə-
yin yanında sağdışı və soldışı əyləşirlər, qarşılarında şirniyyat dolu
sini qoyulur, musiqiçilər oxuyur. El arasında «bəy tərifi» adlanan bu
mərasim zamanı da əyləncə davam edir. Gəlin gedərkən anasının
ona çörək verməsi də bir adət olmuşdur. Evə ilk olaraq yanar çıraq
daxil edilirdi (32, 182;187).
Azərbaycanda qardaşlıq adlanan dostluq münasibətləri mövcud
olmuşdur. Bir-birilə möhkəm dostluq əlaqəsi yaradan gənclər qar-
daşlıq sayılırdı. Bu təqdirdə onlar bir-birinin bacıları ilə nikaha girə
bilməzdilər. Bir də kirvəlik əlaqəsi olan ailələr arasında kəbin
münasibəti ola bilməzdi. Deməli, nikah əlaqələrinin qurulmasında
da müəyyən qadağalar mövcud olmuşdur. Kişi və qadının evlənmə-
si qadağan olunmuş kimsələr soya görə, süd qohumluğu və evlilik
əqrəbalığı olmaqla üç yerə ayrılır.
Nəsəbə (soya) görə
Кişilər
Qadınlar
1. ata
1. ana
2.
babalar
2. nənələr
3. oğlu,
oğlunun oğlu
3. qızı, qızının qızı
4. qardaşı
4. bacısı
5. qardaşının oğlu
5. bacısının qızı
6. bacısıoğlu
6. qardaşının qızı
7. əmi və dayı
7. xala və bibi
106
Süd qohumluğu
8. süd ata
8. süd ana
9. Süd atasının və anasının
ataları
9. Süd anasının və
süd atasının anaları
10. süd oğlu
10. süd qızı
11. süd qardaşı
11. süd bacısı
12. süd qardaşının oğlu
12. süd bacısının qızı
13. süd bacısıoğlu
13. süd qardaşının qızı
14. süd əmi və dayı
14.
süd xala və bibi
Evlilik əqrəb alığı
15. qayınata
15. qaynana
16. ögey oğul
16. ögey qız
17.
ögey ata
17. ögey ana
18. kürəkən
18. gəlin (56, 347)
Şəriətlə müəyyən olunan kəbin haqqının orta əsrlərdə nə qədər
olması əlimizdə olan mənbələrdən bəlli olmur. Lakin aydın məsələ-
dir ki, bu haqq ailənin maddi vəziyyətindən, hansı zümrəyə aid
olmasından asılı olaraq dəyişə bilərdi.
Məlumdur ki, «nikahın həqiqi əsasını tərəflərin razılığı, onların
bir-birinə birləşmək istəyinin müvafiqliyi təşkil edir. Razılıq və is-
tək insanın daxili aləmi ilə bağlı və bilavasitə gözə görünməyən
şeylər olduğu üçün kişi ilə arvadın birləşmək əzminə dəlalət edən,
bu əzmi ifadə edən aşkar bir aktın olması labüddür. Həmin akt öz
ifadəsini kəbin kəsilməsində, yəni nikah əqdi siğəsində (siğət əqd
ən-nikah) tapır. Nikah əqdi siğəsi iki hissədən – təklif (əl-icab) və
qəbuldan (əl-qəbul) ibarətdir» (38, 92-93). Kəbinin kəsilməsi hər iki
tərəfin şahidləri hüzurunda icra olunurdu. Təbriz şəhərinin material-
ları əsasında ailə məsələləri barədə tədqiqat aparan M.Muradi orta
əsrlərdən indiyədək davam edən kəbinkəsmə haqqında maraqlı
məlumatlar vermişdir: «kəbinkəsmə qızla oğlan arasında bilavasitə
icra oluna bilər, bu şərtlə ki, danışıb razılığa gəldikdən və mehriy-