93
milli koloriti ilə daha çox fərqlənir. Toy və toydan sonra icra olunan
adətlər xalq arasında qanuniləşmiş qaydalar şəklini almışdır.
İndiyədək yaşayan toy adətlərindən biri də ata evindən köçən
qıza verilən xeyir-duadır. Bu məsələ orta əsr şairlərimizin də yaradı-
cılığında yer almışdır. Məsələn, Məhsəti gəlinə valideynləri tərəfin-
dən verilən xeyir-dua məsələsini qeyd etmişdir. Toyda atasının
qızına xeyir-duasından bəhs edən Xaqani deyir:
Ulduz tək bir qızım var idi, onu
Qabil bir oğlana verdim bir sabah.
Qızımı damədə verərək, dedim:
Qızılı torpağa tapşırıram ah! (15, 220)
Qızılı torpağa tapşırıram deməklə – şair burada nəyi nəzərdə
tutur? Məlumdur ki, qız toy mərasimindən sonra ömürlük olaraq ata
evini tərk edir, ərinin ixtiyarına verilir, bir daha qayıtmamaq, boşan-
mamaq şərtilə. Şair burada həm də onu göstərməyə çalışır ki, qız
ölüncəyə qədər ər evini tərk edə bilməz. Bu xeyir-dua qız atasının
övladına arzusu kimi təqdim olunur. Çünki qadının yeri ərinin yanı-
dır, qızılın da yeri külçə şəklində torpaqda olduğu kimi. Torpaq özü
də bir xəzinədir və o qızılı saxladığı kimi, ər də ömrünün axırınadək
öz həyat yoldaşını qoruyub saxlamalıdır. Atalarda da belə bir məsəl
vardır ki, pendiri dəri saxlar, arvadı əri.
Toy adətlərindən biri də gəlinin bəzədilməsidir ki, bu xüsusda
Xaqani hətta «gəlini bəzəyən məşşatə» ifadəsini işlətmişdir (16,
158). Gəlinlərdən və gözəl qızlardan bəhs etdikdə ənlik, kirşan, sür-
mə kimi kosmetik vasitələrdən istifadə olunduğunu başqa müəlliflər
kimi onlar da qeyd etmişlər. Bu ifadədən digər orta əsr müəllifləri-
nin də əsərlərində istifadə olunur. Həmdullah Qəzvini «Zeyl-e tarix-
e qozide» («Seçilmiş tarixə əlavə») əsərində «məşşatə» kəlməsini
işlətmişdir. Yeri gəlmişkən qeyd edək ki, A.Ərdəbili də məşşatənin
adını çəkmişdir (19, 118). O, hətta toylarda oynayan mütribün də
adını əsərində çəkmişdir (19, 96). Bu da onu göstərir ki, müəllif
hansı məişət tərzini təsvir etməyə çalışmasından asılı olmayaraq
94
yenə də öz doğma Azərbaycan mühitindən qidalanmışdır və ona xas
olan adət-ənənələri və keyfiyyətləri qələmə almışdır. Qazi Bürha-
nəddin əsərində məşşatə kəlməsini işlətmişdir ki, bu da əsasən toy
zamanı gəlin köçürülən qızları bəzəndirib geyindirən qadınlara
verilən addır.
Məşşatə niçün qaliyə sürtər bu yüzinə,
Heyf olmayamı keysuyi – miskini əsirgə. (1, 34)
Mahmud Şəbüstəri saça qoxu vurulmasından yazır (30, 141).
Bu da qadınların özlərinə necə diqqət yetirmələrindən söz açır. Xü-
susən toy zamanı kosmetik vasitələrdən istifadə edilməsi toyun xü-
susi bir mərhələsini təşkil edir. Keçmişdə qadınların saçının bağ
şəklində qalması üçün başa vurulan sancaq saçayıran adlanırdı. Saç-
bağı isə hörüyə bağlanan bağ idi. Orta əsr şairlərimizin əsərlərində
saça möhrə taxıldığı qeyd edilir. Bundan əlavə saça ətir vurulduğu
da göstərilir. Məsələn, XII əsr şairi Qivami Mütərrizi Gəncəvi yazır:
Mənim gündüzümdür ayın çöhrəsi,
Qara saç altında ay kimi parlar.
Saçının ətridir səhərin yeli,
Yanlış dedim məgər yel ənbər saçar? (52, 87)
Buradan da aydın olduğu kimi, toy qadınlar üçün xüsusi əhə-
miyyət kəsb etmişdir. Belə ki, insanların daha çox görüşüb ünsiy-
yətdə olduğu bir mərasim olduğundan özlərini təqdim etmə və daha
gözəl görünmə məqsədilə qadınlar bər-bəzəkdən və kosmetik vasi-
tələrdən istifadə edirdilər. Bunun üçün də məşşatələrə müraciət olu-
nurdu. Yeri gəlmişkən qeyd edək ki, bəzi ailələrdə hətta XX əsrdə
gəlin gedən qızların saçlarını bəzəyənə oğlan evi tərəfindən «baş bə-
zəyi» adlanan haqq da verilirdi.
Gəlinin paltarı haqqında da müəyyən məlumatlar mövcuddur.
Belə ki, «Kitabi–Dədə Qorqud» dastanında deyilir: «ala gözlü
oğluna al örtüklü gəlin aldı» (40, 207) Deməli, gəlin qızların başına
95
qırmızı rəngdə örpək salınırdı. Bu cür al rəngli örpəklərin gəlinlərin
başına salınması indi də müasir Türkiyə ərazisindəki bir sıra kənd-
lərdə qalmaqda olan adətlər sırasındadır. Nizami Gəncəvinin «Xəm-
sə»sinə daxil olan əsərlərinin əksəriyyətində şair gəlinlərdən bəhs
edərkən onların ipək parçadan paltar geyindiyini söyləyir.
El adətincə gəlin oğlan evinə ilk dəfə qədəm basarkən üz örtü-
yünü açmır, bəzən isə oturmur. Orta əsrlərdə bu adətin olmasını təs-
diqləyən Xaqaninin «Gəlin pərdə açır üzündən, ona xoş töhfə gös-
tərsən», – deməsini etnoqraf alim Q.Qeybullayev belə açıqlayır:
«Azərbaycanın hər yerində keçmişdə qayınata gəlinə bir hədiyyə
verdikdən, yaxud vəd etdikdən sonra yaşmağını qaldırır və bununla
da onlar «barışırdılar»» (10, 31). Bəzi ailələrdə indi də belə bir adət
mövcuddur ki, gəlin ər evinə qədəm basarkən ayaq ustə durub
oturmur, ona yalnız müəyyən hədiyyə verildikdən sonra əyləşir.
Hədiyyə də hər ailənin imkanı daxilində müxtəlif ola bilər.
Füzuli yaradıcılığının zirvəsi sayılan «Leyli və Məcnun» əsərin-
də ailə həyatında mühüm əhəmiyyət kəsb edən nikah münasibətləri
və onun rəsmiləşdirilməsini gerçəkləşdirən toy mərasimi barədə
belə yazmışdır:
Göndərdi nikah üçün bəsi mal,
Şərt etdigin etdi cümlə irsal.
Min zərrin nəl, əsbi-tazi
Misrivü İraqiyü Hicazi.
Min cariyəvü qulami-ziba,
Pirayələri hərirü diba.
Min naqə nəbatü qənd yüklü,
Nəsrin dərili, bənövşə tüklü.
Min təblə əbirü ənbərü müşk.
Əsbabi – nigah olub rəvanə,
Kəbini kəsildi nəqdi-canə (25, 145–146).
Bu təsvirdə toyla əlaqədar olaraq gəlin evinə müxtəlif şirniyyat,
geyim və bəzək əşyaları göndərildiyi də qeyd olunmuşdur. Şair
Dostları ilə paylaş: |