90
İkisi iki gövhərdən ki ari,
Dayələr əmzirdi bir yil bunları.
Çünki bunlar bir yaşına irdilər
Ayü günəş, tanrı sünin ökdülər.
Dedilər, ey verən bizə sübhü şam,
Nitqindən qıldın günəş, bədri təmam.
Sününə əhsən deyər nəqqaşi-xoş,
Qətrə sudan qıldın ayilə günəş.
Ata, ana bunlarınla oldu şad,
Qıldılar bir-birinə namizad (1, 149).
Göründüyü kimi, Yusif Məddah ailə məişətində rast gəlinən bir
sıra adətlərimizin mövcudluğunu təsdiq etmişdir. Yəni, təzə doğu-
lan uşaqların bir-birinə valideynləri tərəfindən deyikli edilməsi mə-
sələsi nəzərdə tutulur. Müəllifin yaradıcılığında ailə və nikah barədə
verilən məlumatlar öz növbəsində bir sıra el adətlərinin daha qədim
tarixə malik olduğunu söyləməyə əsas verir. Bununla yanaşı, şair
elə buradaca fikrinə aydınlıq gətirərək əmi qızı ilə əmi oğlu arasında
bağlanan nikah növu haqqında belə deyir:
Bən qızımı namizəd eyləmişəm
Kim, qardaşım oğliçün söyləmişəm. (1, 178)
Buradan aydın olur ki, orta əsrlərdə əmiuşağı arasında nikahın
bağlanması faktı mövcud olmuşdur. Belə ki, xalq arasında da hətta
bu cür ifadə də geniş yayılmışdır ki, əmi qızı ilə əmi oğlu arasındakı
nikahı göydə mələklər bağlayar. Əmi oğlu ilə əmi qızı arasında kə-
bin əlaqəsi müasir dövrümüzdə də rast gəlinən hal olduğunu nəzərə
alsaq, onun orta əsrlərdən indiyədək davam edən nikah növü oldu-
ğunu təsdiqləyə bilərik. Bu nikah növü elmi ədəbiyyatda həmçinin
ortokuzen nikah adlanır və hətta xala oğlu ilə xala qızı arasındakı
nikaha da şamil edilir. Qeyd edək ki, «keçmişdə azərbaycanlılarda
endoqamiya üstünlük təşkil edirdi. Adətən kəndlər bir neçə toxum,
nəsil adlanan ailə qohum qrupları yaşayan kvartaldan (məhəllədən,
91
oymaqdan) ibarət idi. Məhəllə daxili nikahlar geniş yayılmışdı,
xüsusən qohumlar arası-krosskuzen və ortokuzen kəbinə üstünlük
verilirdi.» (33, 73) Yuxarıda deyilənlər XX əsrin etnoqrafik müşahi-
dələrilə də təsdiq olunur. Lakin bu o qədər də geniş kütləyə şamil
edilə bilməz. Ailələrin baxış dairəsindən asılı olaraq indi də kəndlə-
rimizdə elələri vardır ki, yalnız öz yaxın qohumları ilə övladlarının
evlənməsini müvafiq hesab edirlər.
XVII əsr şairi Məsihi deyikli məsələsinə əsərində yer vermişdir.
Şərt eylədi ol iki bəradər,
Gər eyləsə ömr o ləlü gövhər.
Həm bəxt ola o liki mükərrəm,
Təzvic ilə bir-birinə məhrəm.
Əvvəl gün olar bulub məzadi,
Bir-birin olundu namzadi (59, 50-51).
Azərbaycanda «qız-qıza», «əvəz-əvəz» və ya «al dəyişik» adı
altında nikah forması da mövcud olmuşdur. Bu o deməkdir ki,
qızını o biri ailəyə verən valideyn həmin ailədən də öz oğluna qız
alır və ikitərəfli qohuma çevrilirlər. Hətta yüksək zümrələrdə haki-
miyyətin parçalanmaması üçün orta əsrlərdə bu nikah növünün
mövcud olduğu da tarixi faktlarla öz təsdiqini tapır. Misal üçün orta
əsr müəllifi Yaqut Həməvi göstərir ki, «Hakimiyyət Ənuşirvanın
əlinə keçərkən o, onların (xəzərlər nəzərdə tutulur. – Ş.B.) şahlarına,
əvəzində öz qızını vermək şərtilə, onun qızını almaq üçün elçi
göndərdi.» (26, 139) S.Hacıyeva göstərir ki, dəyişik nikah tabasa-
ranlılarda «başa baş», kumıklarda «birge bir» və ya «başqa baş»
adlanırdı (51, 182). Bu adət indi də qalmaqdadır və görünür, ailələr
arasında münasibətlərin müsbət olması ilə əlaqədardır.
Yeri gəlmişkən qeyd edək ki, bu nikah növü ilə bağlı xalq
arasında məzəli rəvayət mövcuddur. Kənddə bir evə qonaq gəlir və
ev yiyəsi olan kişi qapıdan girən kimi arvadını təhqir edir və qonağı
evə buraxdığına görə onu döyür. Qonaq səhəri bir başqa evə gedən-
də burada isə əksinə acıdil bir qadın onu qarşılayır, lakin onun əri
92
çox mehriban adam olur və qonağı mehribancasına dindirir. Qonaq
dünənki evdə gördükləri münasibət ilə bu evdə gördüklərinin səbə-
bini ev yiyəsindən soruşanda o cavab verir ki, burada təəccüblü bir
şey yoxdur «o evdə gördüyün qadın mənim bacımdır, bu evdə
gördüyün qadın isə həmin kişinin bacısıdır.» (49, 148)
Orta əsr müəllifləri qarşılıqlı məhəbbət əsasında qurulan ailəyə
üstünlük verirdilər və bunu əsərlərində təbliğ edirdilər. Qətran
Təbrizinin aşağıdakı fikri maraq doğurur:
Kimin sevgilisi mehriban, məhəbbətli olsa,
Onun bütün günləri novruz və mehriqan bayramları
kimi olar. (39, 283)
Burada müəllif insani münasibətlərin özülündə məhəbbətin
dayandığını və mehriban qadının böyük qüvvə olduğunu təsdiqləyir.
El arasında belə bir məsəl var deyirlər ki, «arvadı yaxşı olan gec
qocalar». Lakin bildiyimiz kimi, kəbin heç də hər zaman qarşılıqlı
istəklə həyata keçirilmirdi. Ümumiyyətlə, orta əsrlər dövrünün
qayda-qanunlarına boyun əyən qadınlar öz talelərinin ağası deyildi-
lər. Onlar ailə böyüklərinin rəyinə tabe olmaq məcburiyyətində
qalırdılar. Bu «Leyli və Məcnun» hekayətinə müraciət edən bütün
orta əsr müəlliflərinin əsərlərindən də açıq-aydın görünür.
Toy mərasimi zamanı xalqımızın əsrlər boyu yaşatdığı qonaq-
pərvərlik adətinə riayət olunur. Belə ki, «Hələ qədim dövrlərdən
başlayaraq indiyədək davam edən qonaqpərvərlik adətinin, xüsusilə
elçilik, nişan və toy mərasimləri zamanı icrası daha diqqətəlayiqdir.
Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra olunur.
Qız evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn
qonaqları lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etmə-
yə çalışır.» (13, 94) Bu onu göstərir ki, toy mərasimi özündə həm-
çinin qonaqpərvərliyi də ehtiva edir.
Toyla bağlı demək olar ki, əksər adətlər indi də xüsusən kənd
yerlərində mövcuddur. (12, 180–220) Azərbaycan xalqının toyları
Dostları ilə paylaş: |