131
İraqın Kərkük vilayətində gəlin hamamına gedərkən əvvəlcə
yaxalanar, gətirilən meyvə, şirniyyat və s. yeyildikdən sonra qızlar
yarışırmış kimi mahnılar oxuyardı. Məsələn,
«Bu gəlin mayalıdı,
Yük-yükə dayalıdı.
Böylə dur, böylə otu.
Desinlər hayalıdı» (35, 37).
Toy adətlərindən biri də bəyin hamama aparılmasıdır. Azərbay-
canın orta əsr şairi Mustafa Zərir də bu məsələyə toxunmuşdur. Şair
kəbinin kəsildiyini qeyd edir və əlavə edir ki, bəylər gəlib Yusif
üçün qapıda dururlar və toyun səhəri günü onu hamama götürürlər.
O, sonra isə bəyin yenidən saraya gətirildiyini vurğulayır (5, 300–
302). Adətən bəy hamamı toy günü olur. Burada isə toyun səhəri
hamama gedildiyi təsvir olunmuşdur. Ola bilsin ki, burada qız
evindəki toy nəzərdə tutulur.
Orta əsrlərdə bəy hamamı haqqında Suli Fəqih yazır:
Çünki dügün axəri oldi təmam,
Buların eşigü buldiy hamam (22, 64).
Orta əsrlərdə bəy hamamının barəsində XIII əsr dastanı «Dasta-
ni-Əhməd Hərami»də verilən məlumat da nəzəri cəlb edir. Burada
deyilir:
Divan bağlandı və cümlə cəm oldi.
Güləfrux şah süvar oldı atına,
Bilə sağdışı həmmam niyyətinə.
Gəlib həmmam içində yundılar xoş,
Çün işlər hasil oldu döndilər xoş (6, 137).
Göründüyü kimi, burada bəy hamamının təsviri verilmişdir.
Yuyunub pak olduqdan və bəy paltarını geyinib hazır olandan sonra
132
onu müşayiət edənlərlə bərabər yenidən evə dönürlər. Evdə onu
xüsusi çal-çağırla qəbul edərlər. Hamama gələnlərin pulunu bəy
ödəyirdi. Qədim dövrlərdən gələn belə bir adət var idi ki, bəy üçün
geyim dəsti hazırlanırdı. Bəy paltarı mütləq təzə və ilk dəfə məhz
bu mərasim zamanı istifadə olunan geyim dəstindən ibarət olur.
Qubada da qız evində tikilmiş bəylik libası hamama göndərilirdi və
bəy onu geyinib sağdışı və soldışı ilə bərabər evinə dönürdü (18,
57). Bəy hamamı xüsusi təmtəraqla keçirilən mərasimə çevrilir.
Sağdış, soldış və yaxın adamlarla birlikdə bəy hamama gedir. Ha-
mam xərcini bəzən bəyin sağdışı ödəməli idi. Evdə bəyi xüsusi çal-
çağırla qəbul edərlər. Azərbaycanın toy mərasimində bəy hamamıy-
la bağlı nəğmələr də vardır. Məsələn,
Ay bu evlər, uzun evlər,
Göndərin hamama, göndərin,
Oğlanı hamama göndərin.
Ay içində olsun toylar,
Göndərin hamama, göndərin,
Oğlanı hamama göndərin.
Ay yığılsın qız-gəlinlər,
Göndərin hamama, göndərin,
Oğlanı hamama göndərin.
Ay oynasın bəstəboylar.
Göndərin hamama, göndərin,
Oğlanı hamama göndərin. (32, 119)
Orta əsrlərdə hamamlar xüsusi əhəmiyyət kəsb etmişdir. Hətta
hamam səhnəsi miniatür sənəti nümunəsində də öz əksini tapmışdır.
Məsələn, Əmir Xosrov Dəhləvinin «Beş xəzinə» əlyazmasından
hamam miniatürü (1540-cı il) buna misal ola bilər.
133
Bayramlar zamanı və qonaq gələndə hamamdan istifadə xüsusi
şərt sayılırdı. Hamamın əhəmiyyəti qadın dünyaya uşaq gətirdikdən
sonra da özünü göstərirdi. Belə ki, «uşağın doğulmasından 10 gün
sonra zahı çimirdi. Buna «on hamamı» deyilirdi.» (16, 283) Doğu-
lan uşağı da məhz on günlüyündə çimizdirirdilər və bu xalq ara-
sında körpənin «onunu tökmək» adlanır. Şərt deyildi ki, bunun üçün
qadın xüsusi hamama gedə, o öz evində də təmizlənə bilərdi. Lakin
bu təmizliyin adının da hamamla bağlanması xalqın ümumiyyətlə
hamama verdiyi əhəmiyyətlə əlaqədardır.
Hamamda bəzən çillə kəsmək ayini də icra olunurdu. Belə ki,
«gəlin hamamda çimib pak olandan sonra onun üstünə bir qab qırx
açar suyu olan camdan su, bu baş tutmazdısa, başqa bir cama qırx
xörək qaşığı xəzinə suyu yığıb çilləlinin üstünə tökülərdi. Beləliklə,
də o, çillədən azad olardı. Çox vaxt çillə islamın müqəddəs şəhərlə-
134
rindən (Məkkə, Kərbəla, Xorasan) gətirilmiş, üstünə Quran ayələri
yazılmış qırx açar camı ilə kəsilərdi» (20, 20).
Hamam bir sıra xəstəliklər üçün də yardımçı vasitə sayılmışdır.
Adicə soyuqdəymə zamanı hamama gedib yaxşılaşmaq olar. Rev-
matizmli xəstəyə hamamın xeyri dəydiyi məlumdur. Bundan əlavə
təzyiqi olan adama onu aşağı salmaq üçün hamamın müəyyən qədər
köməyi olur. Əsəb sakitliyi və rahatlanmaq üçün hamam tibbi
əhəmiyyət kəsb edir. Tərləmə vasitəsilə bədəndən toksinlərin atıl-
ması hamamın isti guşəsində mümkün olurdu. Hamamdan profilak-
tik məqsədlə istifadənin də orqanizm üçün yararlı olduğu bəllidir.
İnsanlar daha çox evlərinə qapanıq şəkildə yaşamağı üstün tut-
mağa başlamışlar. Azərbaycanın müxtəlif ərazilərində indi də möv-
cud olub, fəqət istifadə olunmayan hamamlar tarixi keçmişimizin
yadigarları kimi qalmışdır. Lakin buna baxmayaraq az da olsa, yal-
nız kişilər üçün müasir tipli hamam məkanı mövcuddur. Bunlardan
biri «Bəy hamamı» adlanan hamamdır. Bu gün ekzotik Şərq inter-
yerilə fərqlənən, ən yüksək zövqlə bəzədilən və müasir tələblərə
cavab verən «Tazəbəy» hamamı şəhərimizin qonaqlarının ən sevim-
li istirahət və sağlamlıq ocaqlarından biri sayılır. «Tazəbəy» hama-
mında hətta Şərq və Avropa mətbəxi ilə bərabər bar da fəaliyyət
göstərir.
İnsanların qədim tarixini öyrənərkən məlum olur ki, aşkar olu-
nan qədim tikililər yəni ənənəvi hamamlar bədənə və onun təmiz-
liyinə, şəxsi gigiyenaya, yorğunluğun çıxmasına, dini ayinlərin hə-
yata keçirilməsinə xidmət edirdi. Müxtəlif xalqlarda hamamlar
müxtəlif formaya malik olurdu. Belə ki, tikinti materialı, binanın
quruluşu, adət-ənənələr və həyat tərzi burada öz sözünü deyirdi. Bu
növ hamam sistemi demək olar ki, bütün Bakı və Abşeron üçün
tipik səciyyə daşımışdır. Yeri gəlmişkən onu da əlavə edək ki, Bakı-
da hamama gedə bilməyəndə evlərin ictimai tikililərində adamın
boy səviyyəsində oyuqlar düzəldirdilər ki, bu da «suaxan» adlanırdı.
Suaxanın üzərini içəri görünməsin deyə pərdə ilə örtürdülər. Kənar
hissədə üzərinə isti su üçün nəzərdə tutulan hamam tası qoyulan
balaca rəf olurdu. Burada uşaqları da çimizdirirdilər (30, 93). Belə
Dostları ilə paylaş: |