174
gücə malik ola bilər. Bir şərtlə ki, valideyn özü də buna hazır olsun.
Çünki burada təcrübə danışır. Güclü tərbiyə üsulu kimi ünsiyyət or-
taya çıxır və ömür boyu uşaqla ailə arasında bir bələdçiyə çevrilir.
Ailə eyni zamanda rahatçılığın təminatı olmaqla yanaşı, həm də bir
sığınacaqdır. Bu isə öz növbəsində evə diqqət yetirmək və qayğı
göstərmək kimi məsuliyyətli vəzifəni gərəkli edir. Bu məsuliyyətli
işin öhdəsindən səbir və ləyaqətlə gəlmək üçün ailə bağları möhkəm
olmalıdır.
Uşağa körpəlikdən verilən tərbiyə onun bütün həyatı boyu mü-
hüm izlər buraxır. Uşaqlara sadəcə körpə bir varlıq və ya ehtiyacı
olan uşaq kimi deyil, xalqın gələcəyinin qurucuları və şəxsiyyəti ki-
mi baxılmalı və diqqət yetirilməlidir. Bu baxımdan da yaxşı yetişdi-
rilən övlad ailənin xoşbəxt gələcəyi və rahat qocalığı, əksinə pis öv-
lad isə onun faciəsi və bədbəxtliyi deməkdir. Körpələrin özlərindən
böyüklərin etdiklərini kor-koranə təqlid etmək kimi xüsusiyyətləri
olur. Övladın erkən yaşlardan bütün hərəkətlərini izləmək lazımdır.
Ailə daxilində hər hansı məsələyə münasibətdə işlə sözün arasında
müəyyən bir uçurum varsa, o, uşağa da mütləq təsir göstərəcəkdir.
Ümumi məsələlər haqqında ibrətamiz söhbətlər vasitəsilə dünya və
həyat haqqında bilgilərə sahib olmaqla tərbiyəyə nail olmaq olar.
Körpəlik vaxtından uşağın ailədən götürdüyü keyfiyyətlər gələ-
cək inkişafı dövründə də qorunub saxlanılır. «Kitabi-Dədə Qorqud»
dastanında haqlı olaraq belə deyilir:
Qız anadan görməyincə öyüd almaz.
Oğul atadan görməyincə süfrə çəkməz.
Oğul atanın yetirməsi, iki gözünün biridir.
Ağıllı oğul olsa, ocağının gözüdür (45, 129-130).
Şeyx Mahmud Şəbüstəri oğulun ataya yoldaş olmasını belə
qeyd edir:
Ancaq oğulda atasının əlamətləri varsa,
Ona nə demək olar: nur üstünə nur.
Xoşniyyətli və xoşbəxt oğul
175
Meyvə kimidir, təzə ağacın barına bənzər.
Südəmər uşaq anasının yanında,
Beşikdə məhbəsdə olar.
O böyüyüb həddi-büluğa çatanda
Əgər kişidirsə, atasına yoldaş olar (62, 152;154).
Bəzən xalq arasında yaxşı övlada «anasının südü ona halal ol-
sun» - deyirlər. Yəni ona anasının haqqı və çəkdiyi əziyyət haram
edilmir. Yaxşı övlad yetişdirmək yalnız ailə üçün deyil, yetişdiyi el-
oba üçün də böyük fəxrdir. Bu ailəyə başucalığı gətirir. Ana və ata
yaxşı övladına sevinc və qürur hissi ilə baxır, onların başını aşağı
etmədiyi üçün fərəhlənir. Yaxşı övlad böyütmək hər valideynin ar-
zusudur. Övladlarının gələcəyi ilə bağlı xəyallar qurmaq, özlərində
olmayan və ya görmədikləri ən yaxşı şeylərin uşaqları üçün mütləq
həyata keçirməyi istəmək arzusu da onları özlərindən də çox sevdik-
lərindən doğur. Bu «Kitabi-Dədə Qorqud» dastanında da qeyd olu-
nur:
Ata adını ucaltmayan fərsiz oğul
Ata belindən enincə, enməsə yaxşıdır.
Ana bətninə düşüncə doğulmasa yaxşıdır.
Ata adını yaşatmaqçın ağıllı oğul yaxşıdır (45, 130).
Ananın ailədaxili vəhdətdə mühüm rolu danılmazdır. H.Quliyev
ailə münasibətlərini tədqiq edərkən tərbiyə məsələsinə ötəri yanaşa-
raq bunun ailədə tamamilə ananın öhdəsinə düşdüyünü qeyd edir (2,
33). Ailənin birliyinin qorunub saxlanılmasında ana bağlayıcı qüv-
vədir. Bütün dövrlərdə ananın təmkini, dözümü və əməksevərliyi
hesabına ailədaxili birlik uzun müddət qorunub saxlanıla bilmişdir.
Bu baxımdan da ailənin bütün məsuliyyəti demək olar ki, ananın
üzərinə düşür, o, həmişə ailə bağlarının mənbəyi və mərkəzi qüvvə-
si olmaqla mənəvi tellərlə ailəyə daha sıx və dərindən bağlı olan bir
varlıqdır. Çünki ana bətnində övlad dünyaya gətirir, öz həyatı ilə
bərabər yeni bir insan həyatına da cavabdeh olur. O, övladının do-
176
ğulduqdan sonra gələcəyi üçün də daim narahatlıq keçirir və bu yol-
da xeyli əziyyət çəkir. Məsuliyyəti bütün aydınlığı ilə dərk edən ana
ülvi bir varlıqdır.
Orta əsr şairlərinin əsərlərində mükəmməl qadın obrazları yara-
dılmışdır. Nizami yaradıcılığında Məhin banu, Nüşabə, Leyli, Şirin
kimi obrazlar ağlı, vəfası, böyüklüyü, müdrikliyi və insanpərvər-
liyilə yüksəkdə duran obrazlardır. Nizami qəhrəman qadın obraz-
larını heç də kişidən aşağı səviyyədə görmür, əksinə onları bərabər-
ləşdirir və müstəqil, hazırcavab, gözəl, mətin, kişinin həmdəmi kimi
təqdim edir. Əfzələddin Xaqani isə ana əməyini yüksək qiymət-
ləndirərək yazır:
Əgər olmasaydı ana zəhməti,
Qazana bilməzdim heç bu şöhrəti.
Onun ruzisilə xoş olar halım,
Onun duasıyla gülər iqbalım (16, 30-31).
Şair burada ailə tərbiyəsində ananın rolunu yüksək qiymətləndi-
rir. Şöhrətini anasına borclu olduğunu qeyd edir. Ailədə ananın rolu
həqiqətən də böyükdür. O, daim evdə uşaqlarının və ailənin digər
üzvlərinin qayğısına qalmaqla məşğuldur. Evə bağlılıq onun həyat
tərzinin mühüm bir parçasıdır. Bu baxımdan da ailədə hər an ün-
siyyət saxlanılan, fikri əhəmiyyətli olan, dərdə şərik bir varlıq ana-
dır. Ümumiyyətlə, ana zəhmətinə yüksək qiymət verən Xaqani bir
daha nəsihətamiz şəkildə hamıya xitabən deyir:
Hər nə etsən, ana haqqın unutma
Ki, anadır sənə edən can qurban (16, 276).
Burada şair uca varlıq kimi ananın öz övladı yolunda canını
belə əsirgəmədiyini göstərir. Məhəmməd peyğəmbərin ana haqqın-
da dedikləri belədir: «Ən yaxşı dost kimdir?- sualına Məhəmməd
peyğəmbər ana cavabını verir (23, 33). M.Füzulinin yaradıcılığında
anaya hörmət təbliğ olunan keyfiyyətlər sırasındadır. Ana ülvi bir
varlıq kimi şairin «Hədisi–ərbəin» əsərində daha təsirli verilir:
Dostları ilə paylaş: |