165
antroponimiyanın özünəməxsusluğunu göstərir. Adlar hər bir xalqın
mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini
öyrənməkdə yardım etməklə bərabər, qədim dini təsəvvürlərin
müəyyən olunmasında da antroponimiya mənbə rolu oynaya bilər.
AİLƏ TƏRBİYƏSİ
Ailənin bir sıra funksiyaları vardır. Onlardan biri də dünyaya
gətirilən övladın tərbiyə olunması məsələsidir. Ailə tərbiyəsi məsə-
ləsinin öyrənilməsi öz aktuallığını hər zaman qoruyub saxlayır. Ailə
əvəzsiz, təkrarolunmaz bir dünyadır. Tərbiyə probleminə cavab tap-
maq üçün araşdırdığımız orta əsrlər dövründə onun hansı səviyyədə
olduğunu öyrənmək zəruridir. Bu baxımdan da ailənin orta əsrlərdə-
ki vəziyyətini təhlil etmək və bu barədə verilən məlumatlara nəzər
yetirmək vacibdir. Çünki insan mədəniyyətinin ilk nailiyyətləri
bəlkə də uşaq tərbiyəsi ilə bağlı olmuşdur.
Nəsillərin varisliyi təcrübənin uşaqlara çatdırılmasından asılıdır.
Bu sahədə ailə mühüm rol oynamışdır. Nəzərə almaq vacibdir ki,
«müxtəlif xalqların etnopedaqogikasındakı milli və ümumbəşəri
mənəvi normaların qarşılıqlı əlaqəsi baxımından dini dəyərlərin,
xalq əxlaqının, mənəviyyatın milli formalarının bir-birinə göstərdiyi
qarşılıqlı təsirinin mexanizmini öyrənmək böyük əhəmiyyət kəsb
edir» (43, 8). Belə məsələlərin rüşeymlərinin məhz ailə daxilində
yarandığını nəzərə alsaq, tərbiyə probleminin tədqiqinin zəruriliyi
bir daha ortaya çıxır. Bu mühüm məsələ barədə Z.Qaralov belə
yazır: «Tərbiyə – dinamik proses olmaqla bərabər, eyni zamanda
idarə edilən mürəkkəb sistemdir. Bu sistemdə daimi təsir göstərən
və dəyişən elementlər var. Hər elementin təsir gücünü tənzimləyən
müvafiq amillər qrupu mövcuddur. Bunları
nəzərə almadan sistemin
hərəkətini düzgün idarə etmək mümkün deyil» (3, 27–28).
Ailə tərbiyəsinin tarixi qədim zamanlara gedib çıxır və bu bir
gerçəkdir ki, hər bir dövrdə də diqqət mərkəzində duran bir məsələ
kimi mühüm əhəmiyyət kəsb etmişdir. Hər bir dövrdə məhz həmin
166
zamana xas özünəməxsus səciyyə daşıyan cəhətlər və tarixi mühit
mövcud olmuşdur. Bəşəriyyətin tarixi inkişafının müxtəlif dövrlə-
rində ictimai, siyasi və mənəvi abı-hava eyni olmamışdır. Ona görə
də orta əsr Azərbaycan ailəsinin vəziyyəti barədə məlumat alarkən
bütövlükdə tədqiq olunan tarixi dövrün gerçəkliklərini və özünə-
məxsus xüsusiyyətlərə malik olduğunu nəzərə almaq vacibdir.
Məlumdur ki, evlilikdən sonra ailə həyatının yeni səhifəsi açılır.
Toy mərasimi tamamilə qurtarandan sonra ilk istək övlad dünyaya
gətirə bilməkdir. Təsadüfi deyildir ki, bəy evinə qədəm qoyan gə-
linin qucağına uşaq qoyulması əsrlər boyu bir adət halını almışdır.
Bu da ona ana olmaq arzusu ilə edilən davranışdır. Toydan sonra tə-
zə gəlin bəy evinə qədəm basanda yeni həyatın gündəlik qayğıları,
əmək fəaliyyəti artıq başqa bir mühitdə davam edir. Yaşamı davam
etdirmək üçün gəlin yeni ailə həyatının daxili qaydalarına uyğun-
laşmalı olur. Məişət, təsərrüfat problemləri və bununla bağlı
qayğılar günün reallığı kimi ortaya çıxır.
Azərbaycan xalqının ailə həyatında övladın böyük rolu vardır.
Bu məsələ ilə bağlı Füzulinin xalqdan gələn təfəkkür tərzinə uyğun
şəkildə söylədikləri yerinə düşür:
Fərzəndsiz adəmi tələfdir,
Baqi edən adəmi xələfdir.
Nəsl
ilə olur bəqayi-insan,
Nəzmi-bəşərü nizami-dövran.
Can
cövhərinə bədəldir övlad;
Övlad qoyan, qoyar həm ad.
Xoş ol ki,
xələfdən ola xoşdil,
Dünyada bir oğlu ola qabil (39, 50).
Hətta bu yolda müxtəlif əməllərə baş vurulmuş, ayinlər icra
olunmuş, uşağı olmayanlar nəzir-niyaz verərək Allahdan övladın
olmasını arzulamışlar. Füzuli bu xüsusda yazır:
Çox nəzirlər etdi hər məzarə,
Çox qıldı niyaz kirdigarə (39, 50).