177
Anaların hörmətin tutun ki, müdam
Qabili-rəhməti-ilah olasız.
İstək onlar əyağı altında,
Gər dilərsiz ki, cənnəti bulasız (39, 298).
Burada şairin analar haqqında Məhəmməd peyğəmbərin «cən-
nət anaların ayaqları altındadır» kəlamını əsas götürdüyü aydın
sezilir.
Cəmiyyətin təməlini təşkil edən ailədə bu müqəddəs yuvanın
üzvləri olan ana ilə bərabər həmçinin atanın da rolu böyükdür. Ailə-
ni və onun şərəfini hər şeydən yüksək tutan ata evin arxası və daya-
ğıdır. Ana ilə bərabər o da haqqı ödənilməyəcək varlıqdır. Onların
zəhmətinin əvəzini heç vaxt vermək mümkün deyildir. Ata ailənin
şərəf, ləyaqət və heysiyyətinin keşikçisi olmaqla bərabər, həmçinin
ailədaxili intizamın tənzimləyicisidir. Övladına olan sonsuz məhəb-
bət, qayğı, şəfqət və mərhəmət onun ailənin bir muhafizəçisi olma-
sını da şərtləndirmişdir. Atanın ailədəki mövqeyi anadan bir az fərq-
lidir. O da ailənin xeyri üçün çalışır. Lakin ondakı zəhm, nüfuz və
zabitə uşaqlarla onun arasında müəyyən məsafənin olmasını gərəkli
edir. Əslində ailə daxilində böyüklər tərəfindən yaradılan mühit bu-
nu tələb edir. Atanın simasında uşaqlar həlledici fikrin sahibini, hör-
mətli adamı və eyni zamanda, evin maddi təminatçısını görürlər.
Ata-oğul münasibətləri aşağıdakılarda aydın görünür: «Ata malın-
dan mal olmaz, özün qazanmaq gərək», «Ata olarsan, ata qədrini bi-
lərsən!», «Ata olmaq asandır, atalıq eyləmək çətin!», «Ata haqqı
övlada mirasdır», «Atadan qalan mal yanan şama bənzər, əriyib qur-
tarar», «Atalar nə əkiblər, oğullar onu biçiblər», «Ata gözdür, oğul
onun işığı», «Atana hörmət elə, oğlun da sənə hörmət edər», «oğul
bəd övlad olsa, öldürər dərd atanı» və s. (71, 72-74).
Valideynlərin tərbiyədəki rolu barədə Marağalı Əvhədi deyir:
Şiruyə haram süd əmmişdi ey vah,
Atası qan oldu xəncərinə, ah.
178
Belə bir oğuldan olan cinayət
Atanın boynunda qalacaq, əlbət (50, 28-29).
Ata və ana incə tellərlə övladlarına bağlıdırlar. Valideyn mə-
həbbətini heç nə ilə əvəz etmək mümkün deyildir. Ailə tərbiyəsinin
üstünlüyü də özünü bunda göstərir. Nəzərə almaq lazımdır ki, dar
günün köməkçisi də məhz ailə üzvləri olur. Həyatının axırınadək
övladın ata nəvazişinə ehtiyacı olur. Ata və ananın övlad üzərindəki
haqqı çoxdur. Valideynlər övladın ehtiyaclarını fədakarcasına ödə-
məyi özlərinə borc bilirlər. Atanın övladına verdiyi yaxşı tərbiyə
onun özünün də baş ucalığıdır. Əməli-saleh övlad böyütmək üçün
atanın davranış və hərəkətləri bir örnək sayılır. Ata böyüklərə necə
davranarsa, uşaq da ondan görüb götürər. Bunun üçün isə bir-birinə
qayğı, nəvaziş göstərmək və sağlam ailə mühitini təmin etmək əsas
şərtdir. Xaqani Şirvani ailənin başçısının ata olduğunu, həmişə ata-
sının qulluğunda durduğunu və atasının da o hər nə istəsə tapdığını,
canını belə övladı yolunda qurban verməyə hazır olduğunu söyləyir
(16, 27). Valideyn məhəbbətini heç nə ilə əvəz etmək mümkün
deyildir. Ona görə də ailə tərbiyəsinin üstünlüyü də özünü bunda
göstərir. Uşaq ata və anasını daim öz əhatəsində görür. Lakin atanın
müəyyən qədər var-dövlət qoyması da zəruri şərtdir. Məsələn,
«Kitabi-Dədə Qorqud» dastanında deyildiyi kimi:
Oğul daha neyləsin, ata ölüb mal qalmasa,
Ata malından nə fayda, başda ağıl olmasa (45, 129).
Məhəmməd Füzuli qızın tərbiyəsində ananın əhəmiyyətli rolu
haqqında yazır:
Key şux! Nədir bu göftgulər?
Qılmaq sənə tənə eybculər.
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tənə edə bədgu?
Namusuna layiq işmidir bu?
179
Nazik bədən ilə bərgi-gülsən.
Əmma nə deyim, ikən yünülsən.
Lalə kimi səndə lütf çoxdur,
Əmma nə deyim, üzün açıqdur.
Təmkini cünunə qılma tədbil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma!
Hər gördüyünə su kimi axma! (36, 156 – 157)
Füzuli ananın dili ilə qızına deyir ki, elə et ki, sənə rəng veril-
məsin və aləm içində yaxşı adımız var, seçilmiş adlı-sanlı adam-
larıq, namusumuzu itirmə. Bunları biz deməməliyik, sən özün insaf
etməlisən. Əsərdə ananın əxlaq dərsi verməsi onun övladın həyatın-
da əsas yer tutmasına dəlalət edir. Dünyanın ən şirin payı olan
övladın yetişdirilməsində (xüsusən qızın) ananın misilsiz rolu var-
dır. Lakin burada ana qızına müraciətlə «atan eşitsə neylərsən?» -
deyir (36, 157–158). Burada atanın zəhmi ortaya qoyulur. Müəllif
ananın diliylə qızları həmişə gizli saxlamağın gərəkli olduğunu da
söyləyir. Nəticədə Leyli evdə oturmağa məcbur qalır.
Orta əsrlərdə «hər bir xalqın mədəniyyətində kişi və qadın rolla-
rını tənzim edən özünəməxsus ənənəvi qaydalar olmuşdur. Lakin
onların hamısında kişinin başçılığına üstünlük verilir.» (26, 184)
Doğrudan da, ailədə kişinin üstünlüyü hər şeydə özünü göstərirdi.
Ailə ənənəsinə cəmiyyət tərəfindən qəbul edilmiş qayda qanuna
görə onun başçısı kişi hesab olunurdu. Bu «Kitabi-Dədə Qorqud»
dastanında da öz əksini tapıb. Hətta kişiyə belə müraciət edilir:
Bəri gəlgil!
Başım baxtı!
Evim taxtı!
Xan babamın göyküsi!
Qadın anamın sevgisi!
Atam, anam verdiyi,
180
Göz açıban gördüyüm,
Könül verib sevdiyim (45, 22).
Bununla yanaşı, dastanın boylarında qadına xoş xitab tərzi də
yer almışdır:
Bəri gəlgil, başım baxtı, evim taxtı.
Evdən sıxıb yürüyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlım!
Qurulu yaya bənzər çatma qaşlım!
Qoşa badam sığmayan dar ağızlım!
Küz almasına bənzər al yanaqlım!
Qadınım, dirəyim, döləyim! (45, 17)
Bu cür səmimi və xoş münasibət övlad tərbiyəsində mühüm
şərtdir. Çünki uşaq ata və anasının daim əhatəsində olduğundan gör-
düyünü götürür. Ata ilə ana arasında pis münasibət yaransa, övladın
tərbiyəsinə təsir edir və uzun zaman da keçsə, yaddan çıxmır.
Uzun əsrlər boyu süfrə başına yığışmaq Azərbaycan xalqının
ənənəsi olmuşdur. Minilliklərdən bəri insanlar fəaliyyətlərinə görə,
xasiyyətlərinə görə qiymət «süzgəcindən keçiriləndə» əxlaq tərbi-
yələrinə görə və mənəvi keyfiyyətlərinə görə dəyərləndirilmişlər.
Xalqımız daim bərabərlik, sülh, ədalət, sədaqət, dostluq, qardaşlıq,
qonaqpərvərlik və s. kimi ümumbəşəri əxlaqi dəyərləri əsas meyar
götürmüşdur.
Tərbiyədə valideyn məhəbbəti və nüfuzu böyük rol oynayır.
Orta əsr ailəsində qohum-əqrəba ilə əlaqələr daha sıx olurdu. Gediş-
gəliş zəruriləşirdi. Xüsusən qarşılıqlı yardım etmək (həyatın hər
sahəsində) əhəmiyyət kəsb edirdi. Ana şəfqətinin tərbiyədə xüsusi
yeri danılmazdır. Bütövlükdə hərtərəfli tərbiyə prosesində ailənin
misilsiz rolu vardır. Tərbiyədəki ahəngin pozulmaması şərtilə övla-
dın güclü nəzarət (lakin onu da o qədər də hiss etdirməməklə)
altında saxlanmasına nail olmaq olar.
Dostları ilə paylaş: |