Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
35
Torpaqların ələ keçirilməsi və fermaların kiçik hissələrə bölünməsi bir çox ölkələrə bərpası 
mümkün olmayan ekoloji ziyanlar vurur. Transmilli şirkətlər ekologiyaya ziyan vuran 
qısamüddətli gəlirlərin axtarışında olduqları üçün, təkcə xarici sərmayəyə deyil, həm də 
ədalətlilik prinsipinə əsaslanan yeni model axtarılır.  
 
Ş
IMALI 
A
MERIKA
:
 
Al-Qoranın “Narahatedici Həqiqət” filminin uğuru iqlim dəyişikliyini BMT-
nin gündəliyinin  əsas məsələsinə çevirməyə kömək etdi. ABŞ Ali Məhkəməsi CO
2-
nin 
çirkləndirici maddə oludğunu təsbit etdi. Yerli hökumətlər və korporasiyalar istixana  
qazlarının emissiyasını dayandırmaq üçün öz strategiyalarını  işləyib hazırlayırlar; 
Kaliforniya  ştatı 2020-ci ilədək emissiyaları 25% azaltmağı  vəd edib. Kanadanın CO

emissiyaları indi 1990-cı ildəkindən 30% artıqdır. Bu regionda nanotexnologiyanın və 
günəşin tədqiqində  əldə olunan texnoloji nəticələr dünyada davamlı inkişafa kömək 
göstərməlidir. 
 
Qrafik 2. Qlobal Səthi Temperatur Anomaliyaları (0C) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: NOAA Milli İqlim Məlumaları Mərkəzi Minilliyin Layihəsi dəyərləndirmələri ilə 
 
Baza
YK
AK
D
ər
əc
ə C 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
36
2. 
Hər kəs üçün kifayət qədər təmiz suyu münaqişəsiz necə əldə etməli?
 
 
2025-ci ilədək 1.8 milyard insan su az olan ərazilərdə yaşaya bilər, bu da kütləvi köçlərin 
başlaması üçün kifayətdir. Digər 3 milyard insan isə su çatışmayan  ərazilərdə yaşaya 
bilər. Bu gün 750 milyon insan il ərzində adambaşına düşən 1 700 kub metr su payından 
çox aşağı miqdarda su əldə edir və 1 milyard insanın təhlükəsiz içməli su mənbələrinə 
çıxışı yoxdur. Hər qitədə suyun səviyyəsinin aşağı enməsi qeydə alınıb: bəşəriyyətin 
40%-i beynəlxalq su qovşaqlarından asılıdır; kənd təsərrüfatı torpaqları  şorlaşır; yeraltı 
suların su saxlayan təbəqələri çirklənir; və urbanizasiya suya olan tələbatı bir çox 
sistemlərin təchiz edə biləcəyindən daha sürətlə artırır. Göllərdən və çaylardan suyun 
arıdılması son 40 ildə ikiqat artıb. İnsanın təmiz sudan istifadəsinin 70 %-i artmaqda olan 
əhalini qidalandırmaq üçün bundan da daha çoxuna ehtiyac duyan kənd təsərrüfatının 
payına düşür. Təbiətə  də  həyat üçün kifayət qədər su lazımdır. Nəticə etibarilə  təkcə 
paylaşdırma müqavilələrinə yox, daha çox təmiz suya ehtiyac var. Çirklənmənin daha 
ucuz  şəkildə aradan qaldırılması ilə yanaşı buxar şırnaqları istehsal etmək üçün dəniz 
suyunun daxili təzyiqinin artırılması, karbon nanoboruları vasitəsilə suyun filtrasiyası  və 
suyun əks-sızması kimi suyun şirinləşdirilməsi prosesində irəliləyişərə də ehtiyac duyulur. 
Səhra sahil xətləri boyu dəniz suyu ilə  işləyən kənd təsərrüfatı proqramlarının həyata 
keçirilməsi kənd təsərrüfatının təmiz suya olan tələbatını azalda bilər. 
 
Bizə müştərək qlobal su strategiyası, planı və bu çağırışa cavab vermək üçün biliklərimizi
maliyyəmizi və siyasi iradəmizi cəmləşdirmək üçün idarəetmə sistemi lazımdır.  Ərimiş 
sularla suvarma və müəyyən kənd-təsərrüfatı vasitəsilə az suyla çox qida istehsalı, yağış 
suyunun toplanılması  və süni suvarma,  su qovşağının idarəolunması, su qiymətlərinin 
seçim  əsaslı müəyyən edilməsi və dünyada uğurlu ictimai miqyaslı layihələrin 
çoxaldılmasından  əldə olunmuş  təcrübələr tətbiq olunmalıdır. Plan, həmçinin, korlanmış 
və baxımsız vəziyyətə düşmüş  əkin torpaqlarının meşələrə  və otlaqlara çevrilməsinə; 
məişət sanitariyasına, meşə salınmasına, su anbarlarına və çoxməqsədli su sxemlərində 
sənaye çirkab sularının emalına (təmizlənməsinə); suyun, su bol olan ərazilərdən su 
çatışmayan ərazilərə köçürülməsini təmin etmək üçün ətraf mühitə ziyan vurmayan torpaq 
bəndlərinin, boru kəmərlərinin və su kəmərlərinin inşasına kömək etməlidir. Təmiz suyun 
və elementar sanitariyanın  əldə olunması insan haqlarına çevrilməlidir. Həmçinin, 
heyvanların gövdə hüceyrələrindən istifadə etməklə  ət toxumalarının istehsal edilməsi 
(heyvanın yaradılması  zərurəti olmadan) və dünyada vegeterianlığın artırılması yolu ilə 
suya qənaət edilə bilər.    
 
İnkişaf edən dünyada mövcud olan xəstəliklərin 80%-i su ilə əlaqəlidir. Onların çoxu insan 
ifrazatının aşağı  səviyyədə idarə olunmasından qaynaqlanır. Təqribən 2.6 milyard insan 
sanitar xidmətlərin çatışmamazlığından  əziyyət çəkir. Bir çox böyük çaylar okeana 
çatmamışdan  əvvəl ilin bir hissəsi  ərzində quru axırlar. YUNİCEF və ÜST-nin 
dəyərləndirmələrinə görə, inkişaf edən ölkələrə 2015-ci ilədək həm ən ucuz içməli su və 
həm də  ən ucuz elementar sanitar xidmətləri qarşılamaq üçün il ərzində  ən azı 11.3 
milyard dollar lazım olacaq. Halbuki, inkişaf məqsədilə göstərilən yardımdan cəmi 5%-i su 
sahəsinin payına düşür. Əgər dünya MİM-in su üzrə məqsədinə nail olsa, ümumi iqtisadi 
mənfəət çəkilən xərcləri ötərək ildə 38 milyard dollar olacaq. Böyük siyasi və texnoloji 
dəyişikliklər baş verməyincə, suyun kənd təsərrüfatı, şəhər üçün və ekololoji məqsədlərlə 
istifadəsində güzəştlər  ətrafında münaqişələr qaçılmazdır. Su bölüşdürücü müqavilələr 
hətta münaqişədə olan insanlar arasında meydana gəlib və digər sahələrdə əməkdaşlığa 
gətirib çıxarıb.   
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə