Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
37
2-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, təmiz su əldə edə bilməyən insanların və su
ilə əlaqəli xəstəliklərdən əziyyət çəkənlərin sayı yarıbayarı azalacaq və kənd təsərrüfatına
sərf edilən suyun faizi 5 il dalbadal azalacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: aşağı Sahara Afrikası 2015-ci ilədək su üzrə MİM-nə nail olmaq üçün təmiz suya
olan çıxışını 3 dəfə artırmalıdır, lakin çox az sayda Afrika hökumətləri ÜDM-nin 0.5%-
indən çoxunu suya və sanitar xidmətlərə sərf edirlər. İqlim
Dəyişiklikləri üzrə
Hökumətlərarası Komissiya xəbərdarlıq edir ki, orta temperaturun 1-2°C artması 250-600
milyon afrikalını su çatışmayan şəraitdə qoya bilər. Afrika dünyanın ən böyük beynəlxalq
su hövzələrinin 1/3-nə malik olsa da, öz bərpa olunan su mənbələrinin 6%-dən azını
istifadə edir. Afrikanın çox hissəsi yağış suyu ilə işləyən kənd-təsərrüfatından asılı olduğu
üçün, təkmiləşdirilmiş yağış-suyu ilə işləyən sistemlər və artan kənd təsərrüfatı
məhsuldarlığı bilavasitə milyonlarla afrikalının həyatını yaxşılaşdıracaq.
A
SIYA VƏ
O
KEANIYA
:
Yantszı, Mekonq, Saluin, Qanqa, və Hind çayları dünyanın 10 ən
çirklənmiş çayları arasındadır və onların bəziləri zaman keçdikcə quruya bilər. Hadisələrin
ən yaxşı gedişatına görə Çində suyun vəziyyətinin növbəti 8 il ərzində pisləşməsi
gözlənilir. Çin dünya əhalisinin 22%-inin ehtiyaclarını qarşılamaq üçün dünyanın təmiz
suyunun cəmi 8%-inə malikdir. 12 milyondan çox Çinli içməli su azlığından əziyyət çəkir
və içməli suyun 75%-i çirklidir. Çinin 2010-cu ilədək günbəgün 800 000-dən 1
milyon
kubmetrədək dəniz suyunu şirinləşdirməsi gözlənilir. Qeyd edək ki, bu göstərici 2005-ci
ildə gün ərzində 120 000 kub metr olub. Çin, həmçinin suyu Tibet dağlarından daha
inkişaf etmiş şimali-şərq hissəsinə köçürməyi planlaşdırır. Çində su çatışamamazlığı
səbəbindən məcburi köçmələr başlayıb, Hindistan isə bu vəziyyətlə üzləşəcək növbəti
ölkə olmalıdır. Hindistanda 2025-ci ilədək şəhərin suya olan tələbatının ikiqat artması və
sənayenin suya olan tələbatının üçqat artması gözlənilir. İshal Hindistanda il ərzində 450
000 insanın ölümünə səbəb olur.
A
VROPA
:
Kipr, Bolqarıstan, Belçika, İspaniya, Malta, Keçmiş Yuqoslaviya Respublikası
Makedoniya, İtaliya, Birləşmiş Krallıq və Almaniya da su çatışmayan ölkələrdən sayıla
bilər; AB əhalisinin 14%-i su çatışmamazlığının təsirinə məruz qalıb. Dunay çayı boyu
əsas subasar ərazilərin 80%-dən çoxu və onun əsas qolları su bəndləri, çirklənmə və
iqlim dəyişikliyi səbəbindən itib batıb. Belçika hökuməti suyu insan haqqı kimi tanıyır və
onun inkişaf məqsədilə göstərəcəyi yardım suyun üzərində cəmləşəcək. Almaniyada su
kəməri təsərrüfatı fermerlərə üzvi (orqanik) əməliyyatlara
keçmələri üçün pul ödəyir, çünki
bu, kənd təsərrüfatında istifadə olunan kimyəvi preparatların su resurslarından
ayrılmasından daha ucuz başa gəlir. Rusiya Çin və Mərkəzi Asiyanı suyla təchiz edə bilər.
L
ATIN
A
MERIKASI
: Regionun dünya su ehtiyatının 28%-nə malik olmasına baxmayaraq
demək olar ki, 80 milyon insanın təhlükəsiz içməli su mənbələrinə çıxışı yoxdur və 120
milyon insan çirkab suların təmizlənməsinə ehtiyac duyur. Yeni su ehtiyatları yaradılmasa,
suyun idarə edilməsi mədəniyyətinə nail olunmazsa, özəlləşdirməyə yönəlmiş həm
uğurlu, həm də uğursuz yanaşmalardan əldə olunmuş təcrübələr tətbiq olunmasa və
həmçinin qanunvericilik institutlar və ölkələr arasında su ehtiyatlarının daha etibarlı, şəffaf
və sabit idarə olunması siyasətlərinin tətbiqinə doğru təkmilləşdirilməsə, su böhranı yaxın
zamanda böyük şəhərlərdə də meydana gələcək. Su və sanitar
xidmətlərdə problemlər
regiona ildə təqribən 29 milyon dollara başa gəlir. Siyasət qurucuları özəlləşdirmə
prosesindən əldə olunmuş təcrübələrə və keçmişdə baş vermiş uğursuzluqlardan alınmış
dərslərə daha çox diqqət ayırmalıdırlar.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
38
Ş
IMALI
A
MERIKA
:
ABŞ-da elektrikin hər kilovatt/saatına soyudulma üçün 25 qallon su tələb
olunur, bu da elektrik stansiyasını kənd təsərrüfatından sonra
ölkədə ikinci ən böyük su
istehlakçısına çevirir. Son 5 il ərzində şəhərin suya olan tələbatı ABŞ-da orta hesabla
27% və Kanadada 58% artıb. Son 20 il ərzində adambaşına düşən su istehlakı aşağı
düşüb, amma hələ də 16 milyon amerikalıya su norma ilə verilir. Su ictimai problemə
çevrilə bilərdi; kasıb insanlar azad bazar paylaşdırmasının ilk qurbanları olacaqlar. Ekoloji
Mühafizə Agentliyi
aşkar edib ki, ABŞ-dakı çayların yarısı çirklənib. Hökumətin kənd-
təsərrüfatının su tələbatına ayırdığı subsidiyalar mühafizəni təşviq etmək üçün
dəyişdirilməlidir. Atmosferdən su ayrılmasından tutmuş nanofiltrasiya və suyun
saflaşdırılması üçün istifadə olunan paketlərəcən yeniliklər artır.
Qrafik 3. Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi)
Mənbə: Beynəlxalq Səhiyyə Təşkilatı və
YUNİSEF, MİM-in İçməli
Su və Sanitariya
Məqsədinə nail olunması və Minilliyin Layihəsi tərəfindən dəyərləndirmə
Baza
YK
AK
Ə
halinin Fa
izi