Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
37
2-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, təmiz su əldə edə bilməyən insanların və su 
ilə əlaqəli xəstəliklərdən əziyyət çəkənlərin sayı yarıbayarı azalacaq və kənd təsərrüfatına 
sərf edilən suyun faizi 5 il dalbadal azalacaq. 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: aşağı Sahara Afrikası 2015-ci ilədək su üzrə MİM-nə nail olmaq üçün təmiz suya 
olan çıxışını 3 dəfə artırmalıdır, lakin çox az sayda Afrika hökumətləri ÜDM-nin 0.5%-
indən çoxunu suya və sanitar xidmətlərə  sərf edirlər.  İqlim Dəyişiklikləri üzrə 
Hökumətlərarası Komissiya xəbərdarlıq edir ki, orta temperaturun 1-2°C artması 250-600 
milyon afrikalını su çatışmayan şəraitdə qoya bilər. Afrika dünyanın ən böyük beynəlxalq 
su hövzələrinin 1/3-nə malik olsa da, öz bərpa olunan su mənbələrinin 6%-dən azını 
istifadə edir. Afrikanın çox hissəsi yağış suyu ilə işləyən kənd-təsərrüfatından asılı olduğu 
üçün, təkmiləşdirilmiş yağış-suyu ilə  işləyən sistemlər və artan kənd təsərrüfatı 
məhsuldarlığı bilavasitə milyonlarla afrikalının həyatını yaxşılaşdıracaq. 
 
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Yantszı, Mekonq, Saluin, Qanqa, və Hind çayları dünyanın 10 ən 
çirklənmiş çayları arasındadır və onların bəziləri zaman keçdikcə quruya bilər. Hadisələrin 
ən yaxşı gedişatına görə Çində suyun vəziyyətinin növbəti 8 il ərzində pisləşməsi 
gözlənilir. Çin dünya əhalisinin 22%-inin ehtiyaclarını qarşılamaq üçün dünyanın təmiz 
suyunun cəmi 8%-inə malikdir. 12 milyondan çox Çinli içməli su azlığından əziyyət çəkir 
və içməli suyun 75%-i çirklidir. Çinin 2010-cu ilədək günbəgün 800 000-dən 1 milyon 
kubmetrədək dəniz suyunu şirinləşdirməsi gözlənilir. Qeyd edək ki, bu göstərici 2005-ci 
ildə gün ərzində 120 000 kub metr olub. Çin, həmçinin suyu Tibet dağlarından daha 
inkişaf etmiş  şimali-şərq hissəsinə köçürməyi planlaşdırır. Çində su çatışamamazlığı 
səbəbindən məcburi köçmələr başlayıb, Hindistan isə bu vəziyyətlə üzləşəcək növbəti 
ölkə olmalıdır. Hindistanda 2025-ci ilədək şəhərin suya olan tələbatının ikiqat artması və 
sənayenin suya olan tələbatının üçqat artması gözlənilir. İshal Hindistanda il ərzində 450 
000 insanın ölümünə səbəb olur.  
 
A
VROPA
:
 
Kipr, Bolqarıstan, Belçika, İspaniya, Malta, Keçmiş Yuqoslaviya Respublikası 
Makedoniya,  İtaliya, Birləşmiş Krallıq və Almaniya da su çatışmayan ölkələrdən sayıla 
bilər; AB əhalisinin 14%-i su çatışmamazlığının təsirinə  məruz qalıb. Dunay çayı boyu 
əsas subasar ərazilərin 80%-dən çoxu və onun əsas qolları su bəndləri, çirklənmə  və 
iqlim dəyişikliyi səbəbindən itib batıb. Belçika hökuməti suyu insan haqqı kimi tanıyır və 
onun inkişaf məqsədilə göstərəcəyi yardım suyun üzərində  cəmləşəcək. Almaniyada su 
kəməri təsərrüfatı fermerlərə üzvi (orqanik) əməliyyatlara keçmələri üçün pul ödəyir, çünki 
bu, kənd təsərrüfatında istifadə olunan kimyəvi preparatların su resurslarından 
ayrılmasından daha ucuz başa gəlir. Rusiya Çin və Mərkəzi Asiyanı suyla təchiz edə bilər.   
 
L
ATIN 
A
MERIKASI
: Regionun dünya su ehtiyatının 28%-nə malik olmasına baxmayaraq 
demək olar ki, 80 milyon insanın təhlükəsiz içməli su mənbələrinə  çıxışı yoxdur və 120 
milyon insan çirkab suların təmizlənməsinə ehtiyac duyur. Yeni su ehtiyatları yaradılmasa, 
suyun idarə edilməsi mədəniyyətinə nail olunmazsa, özəlləşdirməyə yönəlmiş  həm 
uğurlu, həm də  uğursuz yanaşmalardan  əldə olunmuş  təcrübələr tətbiq olunmasa və 
həmçinin qanunvericilik institutlar və ölkələr arasında su ehtiyatlarının daha etibarlı, şəffaf 
və sabit idarə olunması siyasətlərinin tətbiqinə doğru təkmilləşdirilməsə, su böhranı yaxın 
zamanda böyük şəhərlərdə  də meydana gələcək. Su və sanitar xidmətlərdə problemlər 
regiona ildə  təqribən 29 milyon dollara başa gəlir. Siyasət qurucuları özəlləşdirmə 
prosesindən əldə olunmuş təcrübələrə və keçmişdə baş vermiş uğursuzluqlardan alınmış 
dərslərə daha çox diqqət ayırmalıdırlar. 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
38
 
Ş
IMALI 
A
MERIKA
:
 
ABŞ-da elektrikin hər kilovatt/saatına soyudulma üçün 25 qallon su tələb 
olunur, bu da elektrik stansiyasını  kənd təsərrüfatından sonra ölkədə ikinci ən böyük su 
istehlakçısına çevirir. Son 5 il ərzində  şəhərin suya olan tələbatı ABŞ-da orta hesabla 
27% və Kanadada 58% artıb. Son 20 il ərzində adambaşına düşən su istehlakı  aşağı 
düşüb, amma hələ  də 16 milyon amerikalıya su norma ilə verilir. Su ictimai problemə 
çevrilə bilərdi; kasıb insanlar azad bazar paylaşdırmasının ilk qurbanları olacaqlar. Ekoloji 
Mühafizə Agentliyi aşkar edib ki, ABŞ-dakı çayların yarısı çirklənib. Hökumətin kənd-
təsərrüfatının su tələbatına ayırdığı subsidiyalar mühafizəni təşviq etmək üçün 
dəyişdirilməlidir. Atmosferdən su ayrılmasından tutmuş nanofiltrasiya və suyun 
saflaşdırılması üçün istifadə olunan paketlərəcən yeniliklər artır.  
 
Qrafik 3. Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Beynəlxalq Səhiyyə  Təşkilatı  və  YUNİSEF,  MİM-in  İçməli Su və Sanitariya 
Məqsədinə nail olunması və Minilliyin Layihəsi tərəfindən dəyərləndirmə 
 
Baza
YK
 AK
Ə
halinin Fa
izi
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə