Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
54
 
8. 
Yeni və yenidən baş qaldıran xəstəlik və immun mikroorqanizmlərin 
təhlükəsi necə azaldılmalıdır? 
ÜST-nin verdiyi məlumatlara  əsasən dünyada 2.4 milyon həkimin, tibb bacılarının, 
mamaların kifayət etmədiyi və insanlar daha çox ömür sürdükləri  şəraitdə, tele-səhiyyə, 
özünümüayinə üçün bioçip sensorlarına, və digər avtomatlaşdırılmış sistemlərə olan 
ehtiyac kəskin  şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu (SARS) təhlükəsi 
insanların çağırışlara lazımi  şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-hazırda 
dünya 25 milyon insanın ölümünə səbəb ola biləcək, hava yolları şirkətlərinə, turizmə və 
digər iqtisadi sektorlara saysız-hesabsız zərbə vuracaq H5N1 quş qripi virusu nəticəsində 
meydana çıxa biləcək irsi dəyişkənliklər üçün hazırlaşır.    
 
Bu günə kimi davamlı insandan-insana ötürülmə faktı qeydə alınmayıb. Asiya 
quşçuluqfermaları öz canlı-bazar bizneslərini donmuş məhsullar bazarına çevirmək üçün 
vasitələr əldə etməlidirlər. 63-dən çox ölkədə quşlar arasında yayılmış quş qripi Avropa və 
bir neçə hallar qeydə alınan ABŞ-da daxil olmaqla qərbə doğru hərəkət edib. ÜST 13 
ölkədə 317 insanın quş qripinə yoluxduğunu, və 191 insanın ölüm hallarını  təsdiqləyib. 
2005-2006-cı illər arasında xəstəlik 15%, 2004-2005-ci illər arasında isə 55% artıb.  
Ölümlərin təqribən 30%-i yoluxucu xəstəliklər səbəbindən baş verib. Bu gün dünyada ən 
geniş yayılmış yoluxucu xəstəlik 2 milyon insana yoluxmuş Hepatit B virusudur. QİÇS hal-
hazırda dünyada baş verən ölümlərin 4-cü başlıca səbəbidir: 25 milyon insan QİÇS-dən 
ölüb. Bu ölümlərin 2.9 milyonu 2006-cı ildə baş verib; 34.1-47.1 milyon insanda HİV 
virusu var, bunlardan 3.6-6.6 milyonu bu virusa 2006-cı ildə yoluxub. Təqribən 7.3 milyon 
qız və 4.5 milyon oğlan HİV/QİÇS virusunun daşıyıcılarıdır. Aşağı  və orta gəlirə malik 
ölkələrdə yaşayan, QİÇS virusu daşıyıcısı olan insanların təqribən 28%-i dərman qəbul 
edir – 2005-ci il ərzində 54% artıb – lakin bir insanın müalicəyə başladığı vaxt ərzində 
daha 6 insan HİV/QİÇS virusuna yoluxur. Klinton Fondu QİÇS dərmanlarının illik həddini 
təqribən 100 dollara və gündə bir dəfə qəbul edilən həbləri isə gündə 1 dollara endirməyə 
kömək edib. Baxmayaraq ki QİÇS sub-Sahara Afrikasında baş verən ölümlərin birinci 
səbəbidir, lakin Şərqi Avropada və  Mərkəzi və  Cənubi Asiyada bu xəstəlik daha sürətlə 
yayılır. 2006-cı ildə qlobal sərmayələr 12 milyard dollara çatıb və  QİÇS sınaqlarının 
qiyməti bir sınağa 15 dollar olmaqla aşağı düşüb. Hələ ki, müsbət vaksin nəticələri əldə 
olunmayıb, lakin tədqiqatlar göstərir ki, kişilərdə sünnət olunmaq yolu ilə  HİV virusunun 
50%-ə qədərindən yaxa qurtarmaq olar. 
 
Quş qripinə  və SARS virusuna qarşı qarşı  həyata keçirilən tədbirlər göstərib ki, hətta 
vaksin olmadan belə  xəstəliyi erkən mərhələsində müəyyən və  dəqiq məruzə etməklə, 
təcili təcrid və davamlı qlobal məlumatlandırma yolu ilə  nəzarət altında saxlamaq olar. 
ÜST hər il orta hesabla 200 elmi tədqiqat həyata keçirir, və təqribən 50-sinə beynəlxalq 
cavab tələb olunacaq. Son 20 ildə 30-dan çox yeni və yüksək yoluxuculuğa malik 
xəstəliklər müəyyən olunub. Bundan əlavə 20 məlum xəstəlik növü antibiotiklərə qarşı 
müqavimət göstərib, xolera, sarı  qızdırma, vəba, tropic qızdırma, meningit, hemmoraqik 
qızdırma və difteriya kimi köhnə  xəstəliklər yenidən meydana gəlib.  Afrikada, Çində  və 
Cənubi Asiyada heyvanlar arasında yayılmış yoluxucu viruslar müəyyən olunur ki. 
epidemiya insanlara çatmamış onun qarşısı alınsın. Genetik məlumatın, proqram 
təminatının və nanotexnologiyanın gələcəkdə istifadəsi xəstəlikləri genetik və ya 
molekulyar səviyyədə müəyyən və müalicə edəcək. Eyni zamanda əllərin yuyulması 
yoluxucu xəstəliklərin azaldılmasının ən münasib yolu ola bilər.  
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
55
Qlobal sağlamlığa yoxsulluq, miqrasiya, ticarət, insanların təbii mühitə zorla girməsi, 
ekoloji ziyan, meşəsizləşdirmə, beynəlxalq səyahət, silahlı münaqişələr və  şəhərlərdə 
çoxlu sayda insanın anti-sanitariya mühitində  cəmləşməsi təsir göstərir.Bio-terrorizm bio 
sensorlar və yanğın söndürənlər kimi bütün dünyada yerləşdirilə bilən əsas vaksinlər üçün 
Tədqiqat və  Təkmilləşdirməni artırıb. Qida və ya heyvanlardan törəyən xəstəliklərin 
qarşısını almaq üçün daha yaxşı ticari təhlükəsizlik zəruri olacaq. Digər problemlər gen 
laboratroiyalarından və naməlum nano-orqanizmlərdə olan süni bakteriyalardan törəyə 
bilər.      
 
ÜST-nin elektron-sağlamlıq sistemləri, SARS virusu kimi təhlükələrə cavab vermək üçün 
yeni qaydalar, immunizasiya prqoramları  və Qlobal Epidemiya Həyəcanı  və  Tədbirlər 
Şəbəkəsi bu çağırış üzrə qlobal cavablar olmaqla yanaşı, Qlobal Fond vasitəsilə  QİÇS, 
vərəm və malyariya xəstəlikləri ilə mübarizə üçün 7 milyard vəsait xərclənmiş və bu da öz 
növbəsində  dərman preparatlarının qiymətinin daha aşağı olması ilə  nəticələnərək 
malyariyanın qarşısının alınması üçün  30 milyon insektisid (çarpayı torluqları ilə birgə) 
təmin etmişdir. Alimlər malyariya paraziti daşımayacaq genetik cəhətdən modifikasiya 
edilmiş elə bir ağcaqanadın düzəldilməsi üzərində  iş aparırlar. Nə vaxtsa dərmanlar 
məlum və naməlum səbəblərdən meydana gəlmiş infeksiyaların qarşısını alması üçün 
immun sistemimizi inkişaf etdirə bilər, və edilmiş bir vaaksinasiya daimi ola və  gələcək 
nəsillərə irsən keçə bilər.  
 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR

 
A
FRIKA
: Qlobal xəstəliklərin 24%-ini daşıyan Afrika dünyanın cəmi 3% sağlam işçisinə və 
dünyadakı tibbi xərclərinin 1%-dən də azına malikdir. HİV/QİÇS-in sub-Sahara 
Afrikasında yayılması getdikcə azalır: 2004-cü ildə yayılma faizi 5.3-6.8%, 2006-cı ildə isə 
5.2-6.7% olub. Lakin bu dövr ərzində daha 2 milyon insan HİV virusuna yoluxub və bu 
virusa yoluxanların ümumi sayını 21.8-27.7 milyona çatdırıb. Bu da Cənubi Afrikada həyat 
davamlılığını təqribən 15 il azaldıb. Bir çox ölkələrdə QİÇS virusu mütəxəssislər arasında 
ölümlərin baş verməsinə  səbəb olaraq ölkənin inkişafını  təhlükə altında qoyub. Burada 
illik 1 milyon ölümün 90%-i Sub-Sahara Afrikasında malyariya nəticəsində baş verir, və bu 
da regiona ildə 12 milyard dollara başa gəlir. Yaxın 2 ildə malyariya əleyhinə  təcrübi 
vaksinanın sınaqdan keçirilməsi nəzərdə tutulub.  
 
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Regionda təqribən 8.6 milyon insan HİV virusuna yoluxub. Bunların 5 
milyonu Hindistanda, 2 milyonu isə Çindədir. Yaxın 5 il ərzində regionda bu virusa 
yoluxmuşların sayı 20 milyona çatacaq. Malyariya endemikdir, adi qızdırma verir və hətta 
müasir, dezinfeksiya olunmuş Sinqapurda vərəm çöpləri yenidən meydana çıxıb. 
Dünyada Vərəm xəstəliyinin  ən yüksək dərəcəsi Cənubi Asiyadadır. Hər il burada 3 
milyon yeni hal qeydə alınır. Hal-hazırda dünyada quş qripi səbəbindən ən çox itki verən 
ölkə  İndoneziyadır. Karaçidə az təmin olunmuş  uşaqlar arasında  əl yumanın təşviq 
olunması impetiqo xəstəliyini 34%, ishalı 53% və sətəlcəmi (pnevmaniya) 50% azaldıb. 
 
A
VROPA
: 2006-cı il ərzində təqribən 84 000 Avropalı QİÇS səbəbindən dünyasını dəyişib. 
Avropada ən yüksək HİV/QİÇS əmsalı Rusiyadadır və Rusiya onun yayılmasının qarşısını 
almaq üçün təşəbbüs irəli sürüb. Vərəm də  həmçinin  Şərqi Avropada geniş yayılan 
xəstəliklərdəndir. HİV-in Qərbi və  Mərkəzi Avropada yayılması  təqribən 0,3% 
stabilləşdirilib. Burada ildə 22, 000 insan yeni HİV infeksiyalarına yoluxur və 12, 000 insan 
QİÇS-dən vəfat edir.   
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə