Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
52
kütləvi sərmayələr daxil edilməli və beləliklə, rifah mövqeləri sahibikarlıq ruhu ilə
əvəzlənməli və bu da öz növbəsində texniki yardımla kombinə edilmiş, geniş mikrokredit
mexanizmləri ilə gücləndirilməklə yanaşı, geniş özəl sektora
malik olmayan ölkələrdə
dövlər rifahından istifadə edilməlidir. Etik bazar iqtisadiyyatları ədalətli məhkəmə sistemi
və siyasi sabitliyi olan, yerli inkişaf qərarlarında iştirak etmə şansı verən, sosial və ekoloji
məqsədlərə əməl edən biznes vasitələrinə, qarşılıqlı mənfəətə əsaslanan ticarətə,
sağlam
sərmaye atmosferinə və torpağa, kapitala məlumata çıxışı təmin edən hökumətlər
tərəfindən təmin edilən “hamı üçün bərabər imkanlar” tələb edir.
7-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bazar iqtisadiyyatından sui-istifadə edən
və korrupsiya ilə məşğul olan şirkətlər və hökumətlər intensiv şəkildə məhkəməyə cəlb
olunacaq və inkişafdan qalma – bütün mənalarda – yaxın 10 ilin 8-ində azalacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: 1997-ci ildə ancaq 1 Afrika ölkəsi ən yüksək kredit ödəmə qabiliyyətinə malik
olub; indi isə bu göstərici 20-dir. Bu da Afrikaya, məhsul ixracına deyil,
gələcək-yönümlü
fəaliyyətlərə sərmayə qoymaq üçün daha yaxşı kredit əldə etmə imkanı verir. Cənubi
Afrika istisna olmaqla, sub-Sahara Afrikasında orta hesabla 4.5% artım qeydə alınıb, lakin
yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, kasıb hökumət, ekoloji tənəzzül,
zəif səhiyyə xidmətləri və savadsızlıq ucbatından yoxsulluq artmağa davam edir. Hal-
hazırda dünyadakı ən kasıb insanların 30%-i Afrikadadır. 1990-cı ildə bu göstərici 19%,
1981-ci ildə isə cəmi 11% olub. Afrikanın İnkişafı üzrə Yeni Əməkdaşlığın məqsədi özəl
sektoru
inkişaf etdirmək, informasiya və kommunikasiya texnologiyalarını təkmilləşdirmək,
istehsalatı və ixracatı müxtəlifləşdirmək (diversifikasiya etmək), ekoloji idarəetməyə imkan
yaratmaq, kiçik biznesləri təşviq etmək və korrupsiya ilə mübarizə aparmaqdır. Dövlət
büdcələri Misirdə olduğu kimi yerli özünəyardımla əlaqələndirilməlidirlər; mədəniyyətlər
daha elm və sahibkarlıq yönümlü olmalıdırlar.
A
SIYA VƏ
O
KEANIYA
:
Su və enerji çatışmamazlığı, kənd-şəhər gəlirləri arasındakı
uçurumun genişlənməsi, və ümumi ekoloji şərait Çin və Hindistanın müstəsna şəkildə
iqtisadi inkişafını – 200 milyon sahibkarın millyonlarla insanı yoxsulluqdan çıxarmasını –
təhlükə altına salır. Region dünya istehsalatının təqribən 1/3
hissəsini hasil edir və
dünyadakı yoxsul əhalinin 2/3-si bu regionun payına düşür. ASEAN öz üzvləri arasında
inteqrasiyanı sürətləndirməyi və 2015-ci ilədək ASEAN Birliyini təsis etməyi planlaşdırır.
Yaxın Şərqdə iqtisadi inkişaf üçün əsas amillər daha geniş iqtisadi azadlıq, İsrail-Fələstin
münaqişəsinin həll olunması, qanunun aliliyi, savadlılığın artması, cinsi bərabərlik və kiçik
biznesin inkişafıdır.
A
VROPA
: Yüksək dərəcədə işsizliyin, yaşlanan əhalinin və baha ictimai xidmətlərin
kombinasiyası mühacirlərin sayının artması, və təqaüdə çıxmış Avropalıların yeni nəsli
arasında daha çox tele-sahibkarların mövcudluğu olmadan tab gətirə bilməz.
AB-nin
genişlənməsi əxlaqi bazarı böyütməyə və qanuni sistemləri tarazlaşdırmağa davam edir.
Lakin varlı-kasıb bərabərsizliyi günü-gündən artır, sosial xidmətlər azaldılır, və əmək
aşağı məvacibə malik ölkələrə doğru miqrasiya edir.
L
ATIN
A
MERIKASI
: Latin Amerikası və Karib dənizi hövzəsindəki ölkələrin iqtisadiyyatı
2006-cı ildə 5.6% artıb, və 2007-ci ildə bu artımın 4.7%-ə düşəcəyi gözlənilir. Dünyada
varlılar və kasıblar arasında ən böyük uçurum bu regioda mövcuddur və regionda bu
uçurumun aradan qalxmasına və 100 milyon insanın yoxsulluqdan çıxmasına hələ çox
var. Bəzi azad bazar liderlərinin iqtisadi inkişafı artırmasında və kasıb əhali üçün sosial
ədalətin təmin olunmasında ciddi səyləri nəzərə çarpmır. Bu,
solçu hökumətlər üçün
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
53
Orta Şərq və Şimali Afrika
Avropa və Mərkəzi Asiya
Cənubi Asiya
Şərqi Asiya və Okeaniya
Afrikanın Sub Saxara regionu
Latın Amerikası və Karib regionu
Dünya
milliləşdirici ehtiyatlara malik daha mərkəzləşmiş straetigaylara
doğru hərəkət etməyə
yeni bir yol açıb. İstehsalat vasitələrinin və torpaqların bölüşdürülməsi dəyişdirilməli, aşağı
məvacibə malik insanların, təhsilli orta təbəqə və aktiv vətəndaş cəmiyyəti tərəfindən
gücləndirilimiş inkişaf layihələrinin bütün mərhələlərində iştirakına doğru dəyişməlidir.
Ş
IMALI
A
MERIKA
: ABŞ-da ticarətin passiv balansı – xaricdə işsizliyə kömək etməklə
özünün daxilindəki iqtisadiyyatı təhlükəyə ataraq - özünün ən yüksək dərəcəsinə çatıb.
ABŞ-ın dövlət borcları 9 trilyon dollara çatır və bu da gələcək inflyasiyanın
xəbərdarçısıdır. Özəl sektorda işçilərini yarısını işlədən və ABŞ-dakı yeni işlərin 2/3-ni
yaradan kiçik bizneslər bu dəyişkən iqtisadi şəraitə hazırlaşmalıdırlar. ABŞ-da isə gəlir
boşluğu genişlənməkdə davam edir: belə ki, ən yüksək pillədə dayanan 300 000
amerikalının 2005-ci ildəki gəliri an aşağı pillədə yer alan 150 milyonun gəlirinə
bərabərdir. 2004-cü ildə, Kanadadakı varlı ailələrin 10%-i kasıb ailələrin 10%-indən 82
dəfə çox pul qazanıb.
Qrafik 7. Gündəlik Adambaşına 1.08 Dollar düşən Əhalinin Payı (%)
Mənbə: Qlobal Monitorinq Hesabatı 2007, Dünya Bankı