Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
43
4-cü Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, bu təhlükələri aradan qaldırmaq üçün 
strategiyalar mövcud olacaq, dünyanın 10%-dən azı qeyri-demokratik ölkələrdə 
yaşayacaq, silahlı münaqişələrin sayı (ildə 1, 000 və daha çox ölümlə  nəticələnən) 
yarıbayarı azalacaq və çox demokratik ölkələrdə çox seçkilərdə seçicilərin iştirakı 60%-i 
ötüb keçəcək.    
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: Bir neçə il demokratik irəliləyişlərdən sonra 2006-cı ildə sub-Sahara Afrikası əldə 
etdiyi irəliləyişlərdən daha çox geriləmələrə  məruz qaldı. Freedom House-un 
dəyərləndirmələrinə  əsasən regionda olan 48 ölkədən 11-i “müstəqil”, 22-si “qismən 
müstəqil”, 15-i isə “müstəqil deyil”. 2007-ci ildə Afrika birliyi tərəfindən qəbul edilmiş  
Demokratiya, Seçkilər və  İdarəetməyə dair Xartiya Afrika hökumtələrinin cavab verməli 
olduqları demokratik standartları müəyyən edir və onların uğurunu qiymtələndirmək üçün 
struktur hazırlayır. 2007-ci ildə Afrikada 15-dən çox seçki həyata keçiriləcək. Afrika 
ölkələri birliyi yaratmağa və Pan-Afrikan Parlamentinə qanunverici hakimiyyət verməyə 
dair təkliflər irəli sürülüb. 
 
A
SIYA VƏ 
O
KEANIYA
: Hindistan dünyada ən böyük demokratik ölkədir, Çində isə 
deomkratiyanın elementləri peyda olmağa başlayır. Freedom House-un 
dəyərləndirmələrinə  əsasən Asiyada olan 39 ölkənin 16-sı “müstəqil”, 12-si “qismən 
müstəqil” və 11-i isə “müstəqil deyil”. 2006-cı ildə region əhalisinin yalnız 70%-inin azad 
mətbuata çıxışı var. ASEAN (Cənubi-Şərqi Asiya ölkələri Assosiasiyası) inteqrasiyaya və 
demokratiyaya təkan vermək üçün (AB-dəki kimi) yeni Xartiya hazırlayır. Baxmayaraq ki 6 
“qismən müstəqil” və 11 “müstəqil olmayan” ölkəsi olan Yaxın  Şərqdə  İsrail “müstəqil” 
dəyərləndirilən yeganə ölkədir, Yaxın Şərqdə bir çox ölkələrdə qadınların səs vermək və 
vəzifə tutmaq haqları üzrə inkişafa nail olunub.    
 
A
VROPA
: AB, siyasət quruculuğunda ictimai iştiraka görə birinci yerdə gedir. AB-yə daxil 
olan 27 ölkənin hamısı “müstəqil” qiymətləndirilib. Lakin yeni üzvlər olan Rumıniya və 
Bolqarıstanda hələ  də  mətbuat azadlığının inkişafına ehtiyac var. Hal-hazırda AB-də 7 
milyon qeyri-qanuni mühacir mövcuddur.  Hər il əlavə olaraq 500, 000 mühacir gəlir. 
Beynəlxalq miqrasiya və mühacirlərin inteqrasiyası üzrə qanuni sistemi möhkəmləndirmək 
üçün yeni normaların işlənib hazırlanması  nəzərdə tutulub. Sovet İttifaqı  və  Mərkəzi və 
Şərqi Avropa ölkələrindən (AB-yə daxil olmayan) 4-ü “müstəqil”, 8-i “qismən müstəqil” və 
7-si “müstəqil” kimi qiymətləndirilib. Bu ölkələrdən bəzilərində mütləqiyyətə, korrupsiyaya 
doğru tendensiyalar və mütərəqqi institutların çatışmamazlığı demokratizasiya prosesinə 
mane olur.   
 
L
ATIN 
A
MERIKASI
:
 
Latın Amerikası dünyada qeyri-bərabərsizliyin  ən yüksək dərəcəsinə 
malikdir, və burada yerləşən bir çox ölkələr korrupsiya və vətəndaş azadlıqlarının azlığı ilə 
üzləşirlər. Lakin 2006-cı ildə bir çox rəqabətli və  ədalətli seçkilər həyata keçirilib. Azad 
bazara malik demokratik ölkələr sosial ədalətlilik və bərabərlik istiqamətində kifayət qədər 
inkişaf etmədikləri üçün, yeni və günü-gündən artan mütləq populist liderlər dəstək alıblar 
və  sənayenin milliləşdirilməsini genişləndirirlər. Region ölkələrinin daha güclü 
inteqrasiyası demokratiyanın möhkəmləndirilməsinə (AB-də olduğu kimi), ticarətin inkişaf 
etdirilməsinə, və korrupsiya və mütləqiyətlərə qarşı mübarizə aparmağa kömək edə 
bilərdi.      
 
Ş
IMALI 
A
MERIKA
: Milli Təhlükəsizlik üzrə 51 saylı Prezident Direktivi və  Vətənpərvərlik 
haqqında Akt ABŞ-da demokratiyanın gələcək səhhəti barədə maraqların baş 
qaldırmasına səbəb olub. Çünki burada güclü lobbilər, geniş  şəkildə korrupsiya və 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
44
mətbuatın mərkəzləşdirilməsi hökm sürür.  Regionun iqtisadi və siyasi azadlıqları bütün 
dünyadan mühacirləri bura cəlb edir. Kanada hələ  də demokratik islahatların 
çatışmamazlığından  əziyyət çəkir. Burada senat hələ  də seçkilər yolu ilə seçilmir və  
qadınlar və azlıqlar Parlamentdə az təmsil olunur. Nümayəndəli demokratyaya qarşı 
İnternet yolu ilə birbaşa səsvermə barədə müzakirələr aparılır. 
 
Qrafik 5. Azadlıq üzrə Qlobal Tendensiyalar 
 
 
 
Mənbə: Dünyada Azadlıq, 2007, Freedom House 
 
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
45
 
5. 
Siyasi qərarların qəbul edilməsini qlobal uzunmüddətli perspektivlərə 
(strategiyaya) qarşı həssaslığını nеcə аrtırmаlı? 
İqlim dəyişikliyinin və qlobal qarşılıqlı asılılğın maliyyə  və yoluxucu xəstəliklər kimi digər 
formalarının geniş  şəkildə tanınması möhkəm qlobal sistemlərə olan ehtiyacı nümayiş 
etdirir.  İqlim dəyişikliklərinin və maliyyə  zəncirləri və yoluxucu xəstəliklər kimi qlobal 
qarşılıqlı asılılığın digər formalarının geniş  şəkildə qeydə alınması, qlobal sistemlərin 
davamlılığa - sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı səbəbilə baş vermiş kütləvi 
köçləri, uzunmüddətli elektrik və ya İnternet kəsilmələrini, maliyyə böhranlarını  və 
münaqişələri qabaqcadan görmə, onlara cavab vermə  və onlardan sonra bərpa olunma 
qabiliyyətinə - olan ehtiyacını nümayiş etdirir. Yeni texnoloji və sosial yeniliklər çox vaxt 
siyasət qurucularının  əldən buraxdıqları imkanları  təqdim edir. Hər bir ölkənin gələcəyi 
araşdırma statusu və müvafiq strateji qurumun potensialı müəyyən olunmalı, lazımi olan 
yerlərdə yeniləndirilməli, BMT-nin Katibliyi və ÜST və Dünya Bankı kimi beynəlxalq 
orqanlar da daxil olmaqla dünyadakı  bənzər vahidlərlə  əlaqələndirilməlidirlər.  Ən 
mükəmməl təcrübələr bölüşdürülməli, araşdırma müqayisə edilməli, fərziyyələr 
təsdiqlənməli, və uzunmüddətli anlayışlar elan olunmalıdır. Bu istiqamətdə ilkin addımlar 
YUNİDO, AB, və beynəlxalq futurist təşkilatları tərəfindən atılıb. Gələcəyin araşdırılmasını 
qərar qəbul etmə prosesi ilə daha  yaxşı  əlaqələndirilməsi üsullarının siyahısını  əlavə 
edilmiş CD versiyasının 11-ci Fəslində tapmaq olar.  
 
Daha gələcək-yönümlü qlobal-fikirli siyasətçiləri seçmək üçün bizə daha gələcək-yönümlü 
təhsilli ictimaiyyət lazımdır. Ozon qatının deşilməsinin proqnozlaşdırılması Monreal 
Protokolunda vaxtında verilmiş  qərarların  əks olunmasına gətirib çıxardı. KQB-nin insan 
haqlarını proqnozlaşdırması yenidənqurmaya gətirib çıxardı. Əhalinin proqnozlaşdırılması 
ailə planlaşdırılmasına gətirib çıxardı. “Səssiz bahar”, “Artımın hüdudları” kimi kitablarda 
verilən proqnozlar bir çox ekoloji mühafizə proqramlarına təkan verdi. Cari problemlərin 
gündəlik çətinliklərinə gəldikdə bunun miqyasını daha yaxşı anlamaq üçün vaxtı rəqabət 
amilinə çevirmək gərəkdir. Korporativ iştirakçılar korporativ liderləri öz diqqətlərini növbəti 
rübün nəticələrini təkmilləşdirəcək işlər üzərində cəmləşdirməyə məcbur edərək tez fayda 
əldə etmək istəyirlər; hökumət başçıları hakimiyyəti əldə saxlamaq üçün təcili məsələlərə 
üstünlük verirlər; daha uzun müddəti işdə  rəhbər tutan QHT liderləri çox zaman bu kimi 
yanaşmanı vahid məsələ baxımından tətbiq etməyə meyl edirlər; beynəlxalq təşkilatların 
rəhbərləri də fikrin bir məsələ üzərində cəmləşməsinə meyl göstərirlər və qlobal miqyasda 
bir-birindən asılı olan bir neçə  məsələnin aradan qaldırılması müşküllüyü onların işini 
ağırlaşdıra bilər; xəbərlər sahəsinin icraçı  şəxslərinin fəaliyyəti isə gündəlik vaxt 
çərçivəsinə  və insanların diqqətinin hər bir anın neqativ hadisələrlə dolu hissələrinə 
yönəltmək ehtiyacına  əsaslanırlar. Nəticədə, qərar qəbul edicilər qlobal uzunmüddətli 
perspektivləri müzakirə etmək üçün bir balaca təzyiq hiss edirlər. 
 
Bununla belə, bir vaxtlar qeyri-mümkün görünən aya enmək və ya çiçək xəstəliyinin 
qarşısını almaq kimi uzunmüddətli məqsədlərə nail olunması bir çox insanları eqoist, 
qısa-müddətli maraqlardan yan keçərək böyük nailiyyətlər əldə etməyə ilhamlandırdı. Bu 
cür gələcək nailiyyətlərin beynəlxalq səviyyədə qiymətləndirilmələrini kompakt disk 
versiyasının 7-ci Fəslində tapmaq olar. 2015-ci il üçün BMT-nin Minilliyin İnkişafı 
Məqsədləri beynəlxalq  əməkdaşlığı  və gücləndirilmiş  həssaslığı qlobal uzunmüddətli 
perpsektivlər üzərində cəmləşdirərək inkişaf meyarlarına çevriliblər. Beynəlxalq vasitəçilər 
hər gün uzunmüddətli və qlobal təsəvvürləri əks etdirəcək razılaşmalar əldə etmək üçün 
mübarizə aparırlar. Sürətli dəyişikliyin uzunmüddətli perspektivlər tələb etdiyi fikrini qəbul 
edənlərin sayı günbəgün artır. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə