Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
41
Birləşmiş Krallığın əhalisi  yeni AB ölkələrindən miqrasiya və yaşlanma səbəbindən 2005-
ci ildə 0.6% artıb. Proqnozlara görə Rusiyanın  əmək qabiliyyəti yaşında olan əhalisinin 
sayı yaxın 10 il ərzində 50% aşağı düşə bilər və 2050-ci ilədək onun ümumi əhalisinin 
1/3-ini təşkil edə bilər. Bu, Rusiyada doğulan hər ikinci uşağa görə 10 000 dollar 
məbləğində müavinətin verilməsinə 
və analıqla bağlı 
səhiyyə xidmətinin 
təkmilləşdirilməsinə səbəb olmuşdur. Əgər adambaşına düşən sərfiyyat artmaqda davam 
etsə, azalan əhali avtomatik şəkildə resurslardan daha az  istifadəyə  gətirib 
çıxarmayacaq. BSE (“dəli dana”) kimi heyvan xəstəlikləri və müxtəlif  ərzaq qalmaqalları 
üzvi qidalara olan istehlak tələbatının artmasına təkan verdi.  
 
L
ATIN 
A
MERIKASI
: 2050-ci ilədək əhalinin cari 550 milyondan təqribən 800 milyona qədər 
artması  və 2030-cu ilədək  əhalinin 85%-nin şəhərli olması gözlənilir. Bu da şəhərə  və 
kənd təsərrüfatına kütləvi infrastruktur sərmayələrinin qoyulmasını tələb edəcək. BMT-nin 
azaldılmış dəyərləndirmələrinə görə region əhalisinin yaş medianı 2050-ci ilədək təqribən 
20 il arta bilər. Miqrasiya siyasətləri əhalinin məkani bölüşdürülməsi üçün müvazinət amili 
kimi qəbul oluna bilər. Böyük gəlir boşluqları siyasi iğtişaşlara səbəb ola bilər.     
 
Ş
IMALI 
A
MERIKA
:
 
ABŞ-da yeni immiqrasiya siyasətlərinə ehtiyac var. ABŞ-da hər il 
təqribən 100 milyard dollarlıq qida istifadə edilir. Biotexnologiya və nanotexnologiya 
təzəcə tibbə təsir etməyə başlayır; nəticə etibarilə yaxın 25-50 il ərzində insan ömrünün 
uzadılmasında  əsaslı irəliləyişlər labüddür. Biliyin (elmin) və  təcrübənin xeyri üçün 
“birdəfəlik” istifadənin azaldılması əhali-resurs balansını dəyişə bilər. 
 
Qrafik 4. Qida ehtiyatı (kalori/həcm)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Ümumdünya Ehtiyatlar İnstitutu, Minilliyin Layihəsinin dəyərləndirmələri ilə 
 
 
4. 
Avtoritar rejimlərdən həqiqi demokratiyayа necə keçməli? 
Demokratiyanın ölçülməsinə dair beynəlxalq konsensusun mövcud olmadığına 
baxmayaraq, belə bir mürəkkəb anlayış mövcuddur ki, demokratiya məsul vətəndaşlar və 
qayğıkeş hökumət arasında siyasi proseslərdə  iştiraka təşviq edən və  əsas haqlara 
təminat verən qarşılıqlı bir əlaqədir. Bu cür əlaqə dünyada artmaqda və inkişaf 
etməkdədir. “Freedom House”-un verdiyi məlumata əsasən, müstəqil dövlətlərin sayı son 
30 il ərzində 46-dan 90-a qalxıb. Bu da dünya əhalisinin 46%-i deməkdir. Son bir neçə il 
ərzində ölkələrin 64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik 
Baza 
YK
AK
Ada
m
ba
şı
na
 dü
şə
n kalor



Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
42
ölkələrin bir-birilə vuruşmaq niyyətləri olmadığından və humanitar böhranlar demokratik 
rejimlərdən çox avtoritar rejimlər üçün xarakterik olduğundan, demokratiyaya doğru 
meyylər milli dövlətlər arasında daha dinc gələcəyə gətirib çıxarmalıdır. 
 
Qismən müstəqil olan ölkələrin sayı 49-dan 59-a qalxdığı bir dövrdə, 2.4 milyard insan 
avtoritar rejimə malik 45 ölkədə yaşayır. Təqribən 5.4 milyard insanın azad mətbuata 
çıxışı yoxdur və 2006-cı ildə 80-dan çox jurnalist qətlə yetirilib. Bununla belə  vətəndaş 
cəmiyyətinin böyüməsi, demokratiya tərəfdarları olan şəxslərin mətbuata çıxışı, 
uzunmüddətli iqtisadi sabitlik, diqqətin vətəndaş  iştirakına yönəlməsi,  şəffaf məhkəmə 
sistemi,  İnternetə  çıxışı olan elektron hökumət, artan savadlılıq, idarəetməni 
qiymətləndirmə sistemlərinin keyfiyyətinin artırılması, beynəlxalq müstəqillik, və qlobal 
şüurun inkişafı avtoritar rejimdən daha demokratik rejimə keçidə kömək olur. Baxmayaraq 
ki yaxşı hakimiyyətdən asılı olan inkişaf məqsədli yardımlar bir çox ölkələrə kömək olub, 
xalis demokratiyaya o vaxt nail olunacaq ki, əhali – xarici iştirakçılar yox - hökumətdən 
hesabat verməsini tələb edəcəklər. Müflis olmuş ölkələrə  və ya ölkədaxil regionlara 
yardım göstərmək üçün beynəlxalq protokollara və ölkə öz vətəndaşlarına və ya 
digərlərinə qarşı böyük təhlükə yaratdığı zaman müdaxilə prosedurlarına ehtiyac var.   
 
Dünya Bankının hakimiyyət göstəriciləri azad mətbuat,  şəffaf və effektiv hökumət, 
həmçinin demokratik məsuliyyət (hesabatlılıq) və rüşvətxorluq az yayılmış hökumət 
arasındakı qarşılıqlı  əlaqələri göstərir. Bankın dəyərləndirmələrinə görə hakimiyyətdə bir 
standart siyasi təmayülün inkişafı adambaşına düşən gəlirin üçqat artması ilə nəticələnə 
bilər. Bankın dəyərləndirmələrinə əsasən 2006-cı ildə ödənilmiş siyasi rüşvətlərin məbləği 
1 trilyon dolları keçib. Bu da dünyadakı bütün hərbi büdcələrə bərabərdir. Anti-korruspiya 
normalarının təsis olunmasında  əldə olunan irəliləyişlərə baxmayaraq, sorğu keçirilmiş 
163 ölkədən 71-ində korrupsiyanın sürətlə artdığı  məlum olub. Dünya Bankının yeni 
yardım proqramları  və BMT-nin Korrupsiyaya qarşı Konvensiyası artan siyasi 
rüşvətxorluğun qarşısının alınmasında atılmış ilk addımlardır. Həmçinin  İnternet 
vətəndaşların ictimai məsələlər üzrə elektron çıxış imkanlarının təmin olunması üçün 
imkanları artırır. 
 
Hakimiyyətlərin öz vətəndaşlarına qarşı daha təltəlhesab,  şəffaf və qayğıkeş olmaları 
gözlənilir. Bununla belə, demokratik elektron hökumətlərin internetə  çıxışa tələbi var. 
Dünya əhalisinin çoxunun internetə çıxışı olmasa da, 100 dollarlıq portativ kompüterlərin 
uğuru kasıb ölkələrdə bu vəziyyəti dəyişə bilər. 
 
İnternet milliyətindən və dilindən asılı olmayaraq insanlara ümumi ideallar, ənənəvi 
institusional idarənin müstəqilliyi ideyası  ətrafında birləşərək gələcəyi inkişaf etdirməyə 
imkan verir.  Dünyanın müxtəlif hissələrində baş qaldıran haqsızlıq həll yollarını tapmaq 
üçün yerli, regional və ya beynəlxalq idarə sistemlərinə təzyiq göstərən milyonlarla insanı 
əhatə edir. Bu misilsiz sosial qüvvə vətəndaşların siyasi proseslərdəki rolunu yeniləndirir 
və  institutları, siyasət quruculuğunu və hakimiyyəti dəyişir. Bununla belə informasiyanın 
idarə olunmasının qarşısının alınması üsullarının inkişafı, həmçinin informasiya 
ötürülməsi azadlığının artması, davamlı demokratik həmrəyliyin meydana gəlməsində 
mühüm rol oynayacaq. Mütəşəkkil cinayətkarlıq, seçkilərin nəticələrinin gizli şəkildə 
dəyişdirilməsi üsullarına, informasiya müharibəsinə, və  fərdlərin kütləvi qırğın silahları 
düzəltmək və onlardan istifadə etmək potensialına bu gün kifayət qədər diqqət ayrılmır. 
Bu da demokratiyanın gələcəyinin təmin olunacağını  şübhə altına salır. Demokratiyaya 
qarşı yönələn bu təhlükələrin birləşəcəyini düşünmək belə qorxuncdur, lakin əks-tədbirlər 
nə qədər tez işlənib hazırlansa və həyata keçirilsə, bir o qədər yaxşı olar. 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə