Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
33
1. 
Hamı üçün dayanıqlı inkişafa necə nail olmalı?
 
 
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin verdiyi məlumata  əsasən, CO
2
 
emissiyaları  2000-04-cü illər ərzində özünün ən pis dövründən daha sürətlə artmışdır və 
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək 
2000-ci ildəkindən 25-90% artacaqdır. Karbonun okeanlar və meşələr tərəfindən sorulma 
qabiliyyəti ildə 3-3.5 milyard tona bərabərdir; insanlar tərəfindən həyata keçirilən fəaliyyət 
buna hər il 7 milyard ton əlavə edir. İnsan tərəfindən istehlak təbiətin bizim “ekolologiyada 
qoyduğumuz izləri” regenerasiya və bərpa etmək qabiliyyətindən 25% çoxdur. 2.54°C-dən 
çox artım bitki və heyvan növlərinin 20-30%-ni nəsli kəsilmə  təhlükəsi altında qoyur; 
ekoloji sistemlərin 60%-i artıq tükənib, ya da qeyri-sabit şəkildə istifadə olunur; Atlantik 
okeanın termohalin dövriyyəsində baş verən narahatedici dəyişiklilər ölçülüb; Arktika və 
Qrenlandiya gözlənildiyindən daha sürətlə  əriyir; son 12 ilin 11-ində rekord istilər qeyd 
alınıb. Bu da bizi iqlim dəyişikliyinin geriyə yolu olmadığı haqda xəbərdar edir. İşlər 
pisləşdikcə ekoloji hərəkat mədən yanacağı  sənayelərini hərəkətə  gətirə bilər.  İstixana 
qazlarının səbəb olduğu zərərlərin əvəzinin ödənilməsi üçün qanuni təməllər qoyulur. Bəzi 
alimlər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün geo-mühəndisliyin tədqiqinə 
başlayıblar. Məsələn, dəmir tozunu okeanlara tökməklə CO
2
-nin planetar miqyasda 
sorulmasını əsaslı şəkildə artırmaq və CO
2
-ni havadan sormaq üçün qurğulardan istifadə 
etmək. 
 
Sahil səhralarının 24 000 kilometri boyu dəniz suyu ilə  işləyən kənd-təsərrüfatı 
proqramlarının həyata keçirilməsi karbonun süzülməsinə  səbəb olar və bioyanacaqlar, 
kağız məhsulları  və qida üçün mənbə olardı. Günəş enerjisi üzrə laboratoriyalarda əldə 
edilən irəliləyişlər xərcləri əhəmiyyətli dərəcədə azaltmağı vəd edir, lakin inşa edilmiş 800 
- 1000 kömür zavodunun 40 il fəaliyyət göstərmələri gözlənilir. Havaya buraxılan 
karbonun müqabilində oksigen hasil edən, yeni salınmış meşə ərazilərinin satın alınması 
da daxil olmaqla karbon ticarətinə diqqət çoxalır. Karbonun tutulması  və saxlanılması 
emissiyaları azaltmağa kömək edə bilər, lakin hətta emissiyalar sabitləşdirilsə  də, enerji 
istehlakından törəyən istilik istiləşməni gücləndirə bilər.  
 
Təkcə iqlim dəyişikliyi deyil, həm də ekoloji təhlükəsizlik BMT-nin Təhlükəsizlik Şurasının 
diqqətində olmalıdır. Kütləvi urbanizasiya və mal-qara yetişdirilməsinin artımı yeni qlobal 
pandemiyalara səbəb ola bilər.  İqlim dəyişikliyi həşərat və  xəstəlik nümunələrini dəyişir. 
Ətraf mühitə ziyan vurmayan məhsullarla yanaşı, ümumi qaydada tətbiq edilən vergi 
imtiyazları üçün yeni anlayışlar və ölçü vahidləri gərəkdir. 
 
İnkişaf edən ölkələr qeyri-davamlı təcrübələrini daha davamlı təcrübələrə dəyişməlidirlər;  
Dünya Bankının dəyərləndirmələrinə görə iqlim dəyişikliyinə uyğunlaşmaq inkişaf edən 
ölkələrə ildə 10-40 milyard dollara başa gələcək.  İri təkrar sığorta  şirkətlərinin 
dəyərləndirmələrinə görə, iqlim dəyişikliyi səbəbindən baş verəcək iqtisadi itki onillik 
ərzində ildə 150-300 milyard dollara çata bilər. Korlanmamış ekoloji sistemlərin dəyəri 
onların mühafizə dəyərini üstələyir. 
  
Hökumət subsidiyaları  mədən yanacaqlarından bərpa olunan enerji mənbələrinə 
istiqamətləndirməlidir (dəyərləndirmələrə görə  sənaye ölkələri ildə  mədən yanacaqlarına 
200 milyard dollar pul buraxırlar). Digər təkliflərə daxildir: yanacağın effektivliyi 
standartlarını ildə ÜDM-yə nisbətdə 5% artırmaq; adambaşı 1.8 qlobal hektardan çox 
ərazidən istifadəyə görə ekoloji iz vergisi; gün ərzində beynəlxalq maliyyə  
sövdələşmələrinin 1.5-2 trilyon dollarına düşən 1% vergi; nəqliyyat vasitəsinin yanacaq 
sərfiyyatını azaltmaqla bir ilə bir mil məsafənin qənaət edilməsini tələb  şəklinə salmaq. 
Beynəlxalq səyahət, karbon və şəhərdə cəmləşməyə görə vergi də nəzərə alınmalıdır. Bu 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
34
cür vergi gəlirləri beynəlxalq ictimai/şəxsi yüksək zərbəyə davamlı texnologiyaları 
maliyyələşdirmə mexanizmlərinə yardım göstərə bilər. Kino, televiziya, musiqi, oyun, və 
müsabiqələr yolu ilə kütləvi ictimai təhsil səyləri fərdlərin və qrupların bacardıqlarını 
vurğulamalıdır. İqtisadi inkişaf və texnoloji yeniliklər arasındakı müştərək fəaliyyət son 200 
il  ərzində baş vermiş  dəyişikliklərin  ən mühüm hərəkətverici qüvvəsi olub, lakin biz 
iqtisadiyyatımızı, ekologiyamızı və sosial davranışımızı inkişaf etdirməyənədək, varlılar və 
kasıblar arasındakı uçurumu aradan qaldırmayanadək növbəti 200 il çox çətin olacaq. 
Kütləvi qırğın silahlarının yayılmasıyla bərabər, qeyri-davamlı inkişaf bəşəriyyətin 
gələcəyinə üz verəcək təhlükələrdən ən böyüyü ola bilər, lakin davamlı və bərabər inkişaf 
olmadan milyardlarla insan yoxsulluğa məruz qalacaq və sivilizasiyanın çox hissəsi məhv 
olacaq. Biz İSO ekoloji standartlarını  və “Neyçrl Step” və “Ekvator Prinsiplz” kimi soraq 
kitabçalarını  təşviq etməli və  şirkətlərin təcrübələri  əsasında “davamlılıq hesabatları”nı 
nəşr etməli, insan inkişafı üçün qadağan olunmuş  əsas yaşayış mühitlərini elan etməli, 
ÜTT kimi təşkilatların köməyilə Beynəlxalq Ekoloji Təşkilat təsis etməli, beynəlxalq ekoloji 
cinayətlər haqqında məlumat toplusu və polis qurumu yaratmalı və daha təmiz hava, su 
əldə etmək və insan haqlarına nail olmaq üçün ekoloji hərəkatlar və insan haqları qrupları 
arasında müştərək fəaliyyəti təşviq etməliyik.  
1-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, gündəlik adambaşı kalori 2 000-dən çox 
olacaq, ac insanların sayı yarıbayarı azalacaq, meşə sahələri 5 il ərzində çoxalacaq və 
istixana qazlarının emissiyası 5 il dalbadal azaldığı vaxtda ÜDM artacaq. 
 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
 
A
FRIKA
: Afrika problemə ən az yardım edən qitə olsa da, ən çox zərbə alan da o, olacaq. 
Konqo Çayının Hövzəsindəki meşələrin 2/3-si 50 il ərzində yoxa çıxa bilər. Meşə itkisi 
sərhalaşmanı və torpaq erroziyasını sürətləndirir və bununla qitəni iqlim dəyişikliyinə qarşı 
daha da zəiflədir. Sabit infrastruktura qoyulmuş böyük sərmayələr və məhsuldarlıq Afrika 
üçün çox zəruridir. Təbii resursların idarə olunmasının planlaşdırılması və təlimi ümumqitə 
boyu əlaqələndirilməlidir.   
 
A
SIYA VƏ 
O
KEANIYA
: Çin CO

emissiyalarında ABŞ-ı ötüb keçib. Asiyanın üzərində olan 
ozon qatı  və his səbəbindən havanın çirklənməsi qlobal orta hesabdan iki dəfə artıqdır. 
Çin SO

çirklənməsi səbəbindən ÜDM-nin 12%-ini və  kənd təsərrüfatı torpaqlarının 
çirklənməsi səbəbindən 2.6 milyard dollar itirib. Hindistan il ərzində korlanmış ekologiyası 
səbəbindən il ərzində ÜDM-nin 10%-ini itirir. Etil spirti və heyvanların qidalanması üçün 
lazım olan taxıl istehsalının artması  kənd-təsərrüfatı torpaqlarını  məhdudlaşdıra bilər. 
Halbuki, Çin dünya əhalisinin 22%-ini dünyanın 7%-dən az əkin üçün yararlı torpağının 
hesabına qidalandırmalıdır. 
 
A
VROPA
:
 
AB
 
istixana qazlarının emmisiyasını cəmi 0.9% azaldıb, halbuki, 2012-ci ilədək 
12% azaltmağı  hədəfə almışdı. Lakin bununla belə o, binalar üçün enerji pasportları, 
məhsullar/ekodizayn direktivi, bir maşında havaya buraxılan qazların həcmini 130g 
CO
2
/km səviyyəsinə qədər aşağı salmaq (2012-ci ilə qədər) və bir çox ekoloji müqavilələr 
və təşəbbüslərdə öz liderliyini saxlayır. İslandiya 2025-ci ilədək karbon qazı məsələlərində 
neytral olmağı planlaşdırır. İqlim dəyişikliyi növbəti 20 il ərzində Rusiya kənd təsərrüfatına 
fayda verə bilər.  
 
L
ATIN 
A
MERIKASI
:
 
Latın Amerikasında və Karib dənizi hövzəsi ölkələrində illik meşə 
itkilərinin sürəti dünyada ən yüksək həddə çatmışdır. Baxmayaraq ki, etil spirti neftdən 
daha təmiz bir yanacaqdır, onun Braziliyadakı genişləndirilmiş şəkər qamışı tarlalarından 
sürətlə istehsalı torpağı korlayır və Amazon tropik meşələrinin tələf olması ilə nəticələnir. 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə