Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə8/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   4   5   6   7   8   9   10   11   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
23
sintezi üçün yeni qlobal sistemin qurulmasına ehtiyac duyulur. Elə bir sistem qurulmalıdır 
ki, o, ictimaiyyət, siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri 
və mühəndisləri tərəfindən başa düşülə və istifadə oluna bilsin.  
 
Keçmişdə insanlar təbii sərvətləri sərf edib qurtaranda onlar sadəcə daha çox sərvətlərə 
malik yeni ərazilərə köçürdülər. Bu strategiya bəşəriyyətin Hindistanda və Çində yaşayan 
40%-i üçün effektiv olmayacaq, çünki onların su və torpaq ehtiyatları tükənib. 2025-ci 
ilədək 1.8 milyard insan su çatışmayan ərazilərdə yaşayacaq, bu da kütləvi köçlərə səbəb 
olacaq. Biz təkcə ehtiyatları yenidən paylaşdırmaq üçün siyasətlər qurmaqla 
kifayətlənməyib daha çox su yaratmalıyıq. Bioyanacaqlar, insanlar və heyvanlar üçün 
qida, kağız sənayesi üçün xammal istehsal etmək məqsədilə  səhra sahil xətlərinin         
24,000 kilometri boyunca suyun kütləvi  şəkildə  şirinləşdirilməsi, həmçinin dəniz suyu ilə 
işləyən kənd-təsərrüfatı proqramlarının həyata keçirilməsi zərurəti meydana çıxacaq. 
Bunların hamısı CO
2
–ni çəkməklə bərabər, təmiz suyun digər məqsədlər üçün istifadəsinə 
imkan verəcək.  
 
 
Freedom House-un verdiyi məlumata əsasən, son 30 ildə mustəqil ölkələrin sayı 46-dan 
90-a qalxaraq dünya əhalisinin 46%-ini əhatə edib və son bir neçə ildə dünya ölkələrinin 
64%-i seçki sisteminə malik demokratik ölkələrə çevriliblər. Demokratik ölkələrin bir-birilə 
vuruşmaq niyyətləri olmadığı və humanitar böhranlar demokratik rejimlərdən çox avtoritar 
rejimlər üçün xarakterik olduğundan, demokratiyaya doğru meyylər milli dövlətlər arasında 
daha dinc (sülh dolu) gələcəyə  gətirib çıxarmalıdır.  Təəssüflər olsun ki, fərdlərin kütləvi 
qırğın törətməyə qadir qüvvə əldə etmələri asanlaşacaq.  
 
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə 
materiallarına olan çıxışı ayrı-ayrı  fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan 
tutmuş aşağı səviyyəli nüvə (klaster) bombalarını - düzəltmək və istifadə etmək imkanını 
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata  əsasən, 2006-cı ildə 
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb. Dünya 
ticarətinin 90%-ini daşıyan 220 milyon dəniz konteynerlərinin cəmi 10%-i yoxlanılır. Bu da 
mütəşəkkil cinayətkarlıq və terrorizm üçün təchizat mənbəyinə çevrilib. Müfəssəl vahid 
qlobal mübarizə strategiyası olmadığına görə, transmilli mütəşəkkil cinayətkarlıq 
artmaqda davam edir. Onun ümumi illik gəliri 2 trilyon dollardan çox ola bilər, bu da 
dünyadakı bütün hərbi büdcələrdəki maliyyə resurslarından çoxdur. QİÇS nəticəsində 
yetim qalmış 13-15 milyon uşaq, bundan əlavə 2010-cu ilədək QİÇS nəticəsində yetim 
qalmaları gözlənilən digər 10 milyon uşaq mütəşəkkil cinayətkarlıq üçün yeni istedadlar 
yetişdirən geniş bir bataqlıq əmələ gətirə bilər.   
 
Qırmızı Xaç və  Qırmızı Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyalarının verdiyi 
məlumata əsasən, son onillikdə təbii fəlakətlərin təsirinə məruz qalmış insanların ümumi 
sayı 2 milyardı ötüb keçib və hər il orta hesabla 211 milyon insan təbii fəlakətlərin təsirinə 
məruz qalır. Bu da təqribən son onillik ərzində münaqişələrin təsirinə  məruz qaldıqları 
ehtimal edilən insanların sayından 5 dəfə çoxdur.  
 
İqlim dəyişikliklərinin və maliyyə  əlaqələri və yoluxucu xəstəliklər kimi qlobal asılılıqların  
digər formalarının getdikcə daha çox etiraf olunması, davamlılıq üçün qlobal sistemlərə - 
sunami kimi təbii fəlakətləri, su çatışmamazlığı  səbəbilə baş vermiş kütləvi köçləri, 
uzunmüddətli elektrik və ya İnternet kəsilmələrini, maliyyə böhranlarını  və münaqişələri 
qabaqcadan görmə, onlara cavab vermə  və onlardan sonra bərpa qabiliyyətinə ehtiyac 
duyulduğunu göstərir.  Əgər qlobal çətinliklərin çoxu cari sistemlərin köməyilə lazımi 
səviyyədə idarə oluna bilmirsə, onda meydana yeni qərar qəbul etmə sistemləri çıxa bilər. 
Beynəlxalq Standartlaşdırma Təşkilatı (16, 000-dən çox İSO standartları ilə) və  İnternet 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
24
fərdi təşkil edilmiş  qərar qəbul etmə prosesinin effektiv vasitələrini sınaqdan keçiriblər. 
Nəticə etibarilə davamlılıq üçün fərdi təşkil edilmiş qlobal sistemlər işləyib hazırlamaq 
müdrik bir addım olardı. Bəlkə də, ölkələrin təkmilləşdirilmiş milli davamlılığı üçün müxtəlif 
amillərin inteqrasiyası üçün mərkəz qismində Milli Davamlılıq  İdarələri olmalıdır. 1-ci 
Fəsildə göstərilmiş 15 Qlobal Çağırışdan hər biri və ya cəmiyyətin digər ehtiyacları üçün 
fərqli təsisatlararası qurum yaradıla bilərdi. Hər bir təsisatlararası qurum milli davamlılıq 
məmurlarından və onların korporasiyalarda, QHT-lərdə, universitetlərdə, və beynəlxalq 
təşkilatlarda olan həmkarlarından təşkil olunduğu üçün qlobal davamlılığı  təkmilləşdirə 
bilərdi. 
 
Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə gücünə 
yiyələnəcək; ondan 25 il sonra, kompüter dünyadakı bütün insanların beyinlərinin emal 
etmə gücünə yiyələnəcək. Yer kürəsindəki bütün insanların beyinlərinə  bərabər olan 
kompüterə sahib hər bir fərdi təsəvvürünüzə  gətirin! Eyni vaxtda milyarddan çox insan 
(dünyanın 17.5%-i) İnternetə qoşuludurlar. Texnoloji bərabərsizlik aradan qalxır və davam 
edə də bilər, çünki 100 dollarlıq (əslində 178 dollar) (XO-1), Massaçusets Texnologiyalar 
İnstitutu tərəfindən təlqin edilmiş portativ kompüterlər Argentina, Uruqvay, Braziliya, 
Liviya, Pakistan və Tayland kimi ölkələrdə 250,000 nəfərdən çox insan tərəfindən sifariş 
olunub. Mobil telefonlar, video və  İnternet qoşulmaları artdığı üçün qiymətlər düşərək 
qloballaşmanı sürətləndirəcək və insan kütlələrinə cəld bir şəkildə fəaliyyətlər qurmağa və 
onları dayandırmağa, əlaqələndirməyə və fond birjasından tutmuş yeni yoluxucu ideyalara 
qədər məlumatları paylaşmağa imkan verəcək. 
 
Dünya, zamanında bilik üçün kollektiv məlumatla ümumi hesablamalara doğru irəlilədikcə 
qəbul edilən qərarların təkmilləşdirilməsi zərurəti yaranır. Qərar qəbul etmə  hər yerdə 
mövcud olan sensorların – bizə  təkmilləşən qərarları almaq və onlara cavab verməyə 
kömək edən daha ağıllı Şəbəkənin və institusional və şəxsi intellekt proqram təminatının -  
inteqrasiyası  nəticəsində  əsaslı  şəkildə artacaq. Dünyanın 2007-ci ildə saxlaya 
biləcəyindən daha çox məlumat istehsal edəcəyi gözlənilir. İnternetdə Məlumatlar Bazası 
Konnektorunun verdiyi məlumata  əsasən 2006-cı ildə dünyada 161 eksabayt (milyard 
qiqabayt) məlumat emal edilib və 185 eksabayt həcmində saxlama yaddaşına malik olub. 
YouTube kimi multimedia sistemlərinin istifadəsinin artması, nəzarət kameralarının və 
firmaların məlumat bazaları üçün tənzimləmə qaydalarının çoxalması ilə, 2010-cu ildə 988 
eksabayt (təxminən 1 zettabayt (sekstibayt)) məlumat emal oluna bilərdi, lakin 2010-cu 
ilədək cəmi 601 eksabayt məlumat saxlama yaddaşının mümkünlüyü gözlənilir.  
 
ÜTT-nin verdiyi məlumatlara əsasən 2006-cı ildə dünya ticarəti 15% artıb. Yüksək neft və 
ərzaq qiymətləri az inkişaf etmiş ölkələrdə ticarətin 30% artmasına – dünya rekordunun 
vurulmasına - kömək edib və onların iqtisadiyyatları 3 il dalbadal 6% artmaqda davam 
edib. Qismən borcun bağışlanmasının köməyilə bütün inkişaf edən regionlarda borcun-
ÜDM-yə olan nisbəti azalıb. Cənubi Afrika istisna olmaqla, aşağı-Saxara Afrikası orta 
hesabla 4.5% irəliləyib, lakin yüksək doğum sayları, korrupsiya, silahlı münaqişələr, zəif 
idarəçilik, ekoloji tənəzzül, ağır səhiyyə  şəraiti və  təhsilsizlik (savadsızlıq) nəticəsində 
yoxsulluq artmaqda davam edir. ÜST-nin verdiyi məlumatlara  əsasən, dünyada 2.4 
milyon həkim, tibb bacısı, mama çatışmadığından və insanlar daha çox ömür sürdükləri 
üçün, tele-təbabət, özünü-müayinə üçün bioçip sensorları, və digər avtomatlaşdırılmış 
sistemlərə olan ehtiyac kəskin  şəkildə arta bilər. Ağır Kəskin Respirator Sindromu 
təhlükəsi insanların çağırışlara lazımi  şəkildə cavab verməsi ilə aradan qaldırılıb. Hal-
hazırda dünya 25 milyon insanın ölümünə  səbəb ola biləcək, hava nəqliyyatını 
dayandıracaq və dünyanı  tənəzzülə sala biləcək H5N1 quş qripi virusu nəticəsində 
meydana çıxa biləcək genetik dəyişikliklərə hazırlaşır.    


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə