Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
58
proqnozlaşdırılması bu gün hələki diqqətdən kənar qalmış  gələcək imkanları diqqət 
mərkəzinə gətirir. 
 
Qərarqəbuletmə üzrə  təşkil olunmuş  təlim proqramları  aşağıdakı  məsələləri  əhatə edir: 
qeyrirasional qərarların qəbul edilmə  səbəbləri , tarixi baxış, gələcək tədqiqat metodları, 
planlaşdırılmış  və planlaşdırılmamış  nəticələrin proqnozlaşdırılması,  şüurlu elmi metodla 
dəyərləndirmə , məlumatın etibarlılıqğı, statistik göstəricilərin faydalılığı  ,ənənəvi 
qərarqəbuletmə metodları ( məsələn: xərc/mənfəət; PERT proqramı, və s.) , etik 
qavrama, məqsədin axtarılması , risk, liderlik rolu , şəffaflıq, təltəlhesablılıq və müştərək 
qərarqəbuletmə. Buraya həmçinin e-hökumətlərin(elektron dövlət idarəetmə sistemlərinin) 
hazırki vəziyyəti, təşkilati təkmilləşdirmə sistemlərinin müəyyənləşdirilməsi  və 
yaxşılaşdırması, qərarqəbuletmə kompyuter proqramı, biliyin vizual təsviri, 
prioritetləşdirmə prosesi,və digər təşkilatlarla kollektiv qərarqəbuletmə prosesləri də 
daxildir.  Sənaye iqtisadiyyatında effektivlik qərarqəbuletmənin  əsas meyarı olmaqla, 
qlobal etikaya əsaslanan məqsədyönlülük uğurlu bilik iqtisadiyyatında qərar qəbuletmə 
üçün meyar olmaqla yanaşı, qərar qəbul edənlər və  iştirakçılar arasında tərəfdaşlıq və 
iştiraka da diqqət yetirilir.   
 
9-cu Çağırış yalnız o zaman icra oluna bilər ki, Gələcək Durum İndeksi və ya müvafiq 
sistemlər Qərarqəbuletmə prosesində davamlı olaraq istifadə edilsin, Milli korporasiya 
qanunları transinstitutsional təşkilat formasına keçəndə uyğunlaşdırılsın  və  ən azı 50 
ölkədə qərarqəbuletmə üzrə hazırlanmış rəsmi nümayəndələrə ehtiyac yaransın. 
 
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
: 
  
A
FRIKA
:
 
Afrikanın  İnkişaf üzrə Yeni Əməkdaşlıq mğüştərək qərar qəbul etmə prosesini 
təkmilləşdirməyə başlayıb. Afrikada əsas problem yaxşı idaretmənin və hakimiyyəti bir 
liderlərdən digərinə ötürmək qabiliyyətinin olmamasıdır. Afrika vətəndaş  cəmiyyəti 
mətbuat azadlığı, hesabatlılıq, və hükumətin  şəffaflığını  təmin etmək üçün inkişaf 
etməlidir.   Əgər beyin axını prosesi geriyə istiqamətlənməzsə, vətənini tərk etmiş 
miqrantlar internet sistemi vasitəsilə  vətəndə baş verən inkişaf prosesləri ilə 
əlaqələndirilməlidirlər.    
  
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Çin kütləvi elektron hökumət sistemləri işləyib hazırlayır. Korea 
kollektiv intellekt imkanlarını araşdırır. Yaponiyanın iyerarxik qərar qəbul etmə prosesi 
QHT-lər tərəfindən təsirə  məruz qalgr. Regional inkişaf planı yaratmaq üçün regional 
dialoq və əməkdaşlığın mövcudluğu zəruridir.  
  
A
VROPA
: Bürokratik çətinlik,  şəffaflığın kifayət qədər olmaması  və  qərarların yayılması 
AB-də  şəffaf qərar qəbul etmə prosesini təhlükə altına alır. AB və onun üzv-ölkələri və 
etnik qruplar arasındakı  gərginlik qərar qəbul etməni çətinləşdirir. Qlobal müşahidə 
stansiyaları  və qabaqcıl informasiya texnologiyaları insanların bilavasitə demokratiya 
prosesində iştirakını asanlaşdıra bilər.   
  
L
ATIN 
A
MERIKASI
:
 
Artırılmış effektivlik və  şəffaflıqdan  əlavə dövlət qərar qəbul etmə 
prosesinin modernizasiyası artan vətəndaş  nəzarətinə malik siyasi strategiyaların yeni 
məqsədlərinə nail olmaq üçün yeni agentliklərin və  vəzifələrin planlaşdırılmasını  tələb 
edir. Latın Amerikası siyasi maarifləndirici məlumatlandırmanı və əhalinin cəlb olunmasını 
(iştirakını) təkmilləşdirməli və korrupsiyanı azaltmalıdır. 
  


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
59
Ş
IMALI 
A
MERIKA
: Şimali Amerikalılar səbəb-nəticə effektli, tək nəticəli problem təhlilindən, 
gələcəyin araşdırılmasından, sistemli təsəvvürlərdən və texnoloji qiymətləndirmədən 
istifadə edərək daha vahid, daha qlobal yanaşmalara və problemlərin həll olunmasına 
dorru hərəkət etməlidirlər.  İnternetdə yaranan özünü təşkil qrupları regionda de-fakto 
qərar qəbul edicilərinə çevrilirlər. Belə verilən qərarlar, problemlərə  ən az uyğun gələn 
qərarlardır. Qərar qəbul etmə məsuliyyəti kompleks işçi qüvvəsi vasitəsilə yayılır. 
  
 
Qrafik 9. Beynəlxalq təşkilatların Artımı (QHT-lər və Hökumətlərarası Təşkilatlar) 
 
 
 
  
Mənbə: Beynəlxalq Assosiasiyalar Birliyi, Minillik Layihəsinin dəyərləndirmələri ilə 
 
 
10. 
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları etnik münaqişə, 
terrorizm və kütləvi qırğın silahlarının istifadəsini necə azaltmalı? 
  
Münaqişənin təsirinə məruz qalmış dünya ölkələrinin 44%-inin atəşkəs elan olunandan 5 
il  ərzində müharibəyə yenidən başladıqları üçün, “müharibədə qalib gəlmək” “sülhə nail 
olmağ”-ın ilkin şərtidir. Bu da zorakılıq strukturlarını aradan qaldırıb sülh strukturları – 
vicdanlı hökumət, sabit iqtisadiyyat, və ədalətli məhkəmə sistemi təsis etməyi tələb edir. 
BMT, bolluca məlumatlardan ibarət Sülh keşikçiləri veb-səhifəsi təsis edib. BMT-nin 83, 
000 uniformalı heyəti və 15, 000 mülki şəxs  bugün 115 ölkədə BMT-nin 18 sülhün 
qorunması əməliyyatlarında xidmət göstərir. 
  
Gələcək müstəvi molekulyar və farmasevtik istehsalat və mütəşəkkil cinayətkarlığın nüvə 
materiallarına olan çıxışı ayrı-ayrı  fərdlərə kütləvi qırğın silahları – bioloji silahlardan 
tutmuş  aşağı  səviyyəli nüvə (“çirkli”) bombaları - düzəltmək və istifadə etmək bacarığı 
verir. Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata  əsasən 2006-ci ildə 
radioaktiv maddələrin qeyri-qanuni istifadəsi ilə bağlı 149 hadisə qeydə alınıb.  Şəhər 
sivilizasiyasının çox hissəsi  İnternetdən asılıdır; nəticə etibarilə kiber silahlar da fərdlər 
tərəfindən istifadə oluna biləcək kütləvi qırğın silahları sayıla bilər. Hər yerdə mövcud olan 
sensorlar və  təhlükəsizlik sistemləri ilə  bərabər, biz, bu silahları istifadə edə biləcək 
fərdləri müəyyən və müalicə etmək məqsədilə  təhsil   və psixi sağlamlıq sistmlərini 
təkmilləşdirmək və  əlaqələndirmək üçün  təfəkkür elmini tətbiq etməliyik. Bir çox terror 
aktları daha Əl-Qaidə kimi qruplar tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə olunmur. Bu 
aktlar artıq  İnternetdə yayımlanan video yazılardan ilhamlanan və  təlim keçən fərdlər 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə