Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə26/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
62
 
 
 
 
Mənbə: Qlobal Münaqişə Tendensiyaları, Sistemli Sülh Mərkəzi, 2007 
  
 
11. 
Qadınların dəyişən statusunun insanların şəraitinin yaxşılaşdırılmasına 
kömək еtməsinə necə nail olmalı? 
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət, və ya 
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən çox az artaraq bugün 28.3%-ə çatıb. Baxmayaraq 
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada 
bəyənilmir, amma yenə  də irəliləyiş çox müxtəlifdir. Təqribən 56.6% qadın nəğd pul 
iqtisadiyyatında çalışır. Hal-hazırda ibtidai məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür. 
1999-cu ildə isə bu göstərici 92 olub. 2004-cü ildə  əldə olunan məlumata  əsasən 181 
ölkədən təqribən 2/3-sində ibtidai təhsildə cinsi bərabərliyə nail olunub. Lakin 177 ölkədən 
cəmi 1/3-ində orta təhsildə cinsi bərabərliyə nail olunub.  
  
ÜST-nin verdiyi məlumata  əsasən xəstəliklər və aclıqdan sonra qadınların arasında 
ölümün əsas səbəbi zorakılıqdır; 5 qadından 1-i həyatı boyu ya zorlanıb ya da zorlanma 
cəhdinə  məruz qalıb.  İbtidai və orta məktəb sistemləri, qızlar üçün bədən tərbiyəsi 
proqramlarında döyüş  sənətinə  və özünümüdafiənin digər formalarına xüsusi yer 
verməlidirlər. “Plan International”-ın verdiyi məlumata  əsasən, kiçik yaşlarında kifayət 
qədər qidalanmama səbəbindən təqribən 450 milyon qadın inkişafdan geri qalıb; 62 
milyon ibtidai məktəb yaşına çatmış qız məktəbə getmir; 15 yaşından 24 yaşına qədər 96 
milyon qadın savadsızdır (savadsız kişilərin ikiqat sayı); təhlükəli abortlar və doğum 
ağırlaşmaları 15-19 yaşlı qızlar arasında ölümün başlıca səbəbidir; və bəzilərinin yaşı 12-
dən də az olan 100 milyondan çox qızın növbəti onillik ərzində  ərə getmələri gözlənilir. 
Halbuki beynəlxalq sazişlər erkən evlilikləri qanunla qadağan edir. Hər il “tarixdə ən büyük 
qul ticarəti” sayılan insan alverində alınıb-satılan 600 000-800 000 fərdin 80%-i qadındır. 
Qızların təhsilə  çıxışında, qadınlargn parlamentə üzv olmasında, və onların nəğd pul 
iqtisadiyyatda iştirakında, prezervativlərin istifadəsində  və qadınların tibbi xidmətlərə 
çıxışında irəliləyiş nəzərə çarpır.  2007-ci ilin mayından parlamentə üzv olan qadınlar 17% 
təşkil edib. 2006-cı ildə isə bu göstərici 16.6% faiz olub. Məktəbə yazılan oğlanların 
sayının 90%-ində  qızlar məktəbə yazılır. Qadınlar eyni iş üçün kişilərdən 2/3-3/4 
nisbətində çox pul alırlar.   
  
Qadınların siyasi, iqtisadi və təhsili statusunun artırılması bu Fəsildə göstərilmiş digər 14 
Qlobal Çağırışa cavab verməyin  ən səmərəli yollarından biridir. Bir çox ölkələrdə 
universitetlərdə kişilərdən çox qadınlar oxuyur. Bu da qadınların peşəkar işini 
məhdudlaşdırır və Səudiyyə Ərəbistanı və Yaponiya kimi fərqli ölkələrdə “qadın beyinləri 
axını” məsələsini kəskinləşdirir. İnternet vasitəsilə elm və texnologiyaya çıxış və keçmişdə 
əlyetərli olmayan maliyyə  məlumatlarının  əldə edilməsi ilə qadınlar mədəni iyerarxiyada 
öz yerlərini tuta bilərlər. Araşdırmaların kifayət qədər olmamasına baxmayaraq, 
diplomatiya və sülh-qurucuları  qəbul edirlər ki, qadınların dinc həllər üçün qarşılıqlı 
razılığa kişilərdən daha asan gəlirlər. Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının 
Aradan Qaldırılmasına dair Konvensiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1325 saylı 
qətnaməsi həyata keçirilməli, milli fəaliyyət planları yaradılmalı, geniş miqyasda həyata 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
63
keçirilməlidir. Silahlı münaqişədə qadınlara qarşı zorakılıq  əleyhinə etibar və razılaşma 
komissiyaları  təsis etmək cəzasızlığa son qoyulmasına kömək edə bilər. Dövlət iştirakı 
olan  şirkətlərin idarə heyətinin 30%-ində  hər cinsdən  ən az 30% olaraq təşkil olunması 
tələb olunmalıdır.  
 
Cinsi bərəbərliyə  əsaslanan Cini əmsalı  və digər cinsi bərabərlik indeksləri, həmçinin 
qadınların siyasi səlahiyyətləri tutmaq üçün maarifləndirilməsi təşviq olunmalı, rəqabət 
əvəzinə  həmrəylik ideyası inkişaf etdirilməli, qadınların qanuni haqları (kreditə, torpağa, 
texnologiyaya, təlimlərə, səhiyyə xidmətləriə  və  uşağa baxım xidmətlərinə  çıxışı kimi) 
təmin olunmalg,və qadgnlargn siyasi və iqtisadi öəbəkələömə  təökilatlarg təsis 
olunmalgdgr. Bu, kəndli, miqrant, qaçqın, məcburi köçkün və  əlil qadınlar üçün xüsusi 
əhəmiyyət kəsb edir. Bu cəhdlərə həmçinin, kişilərin qadınlara tamamilə hörmət etmələri 
üçün maarifləndirilmələri və çox tez-tez zərərli gender stereotiplərini qabardan kütləvi 
informasiya vasitələri ilə bilavasitə iş aparılması da daxildir.   
  
11-ci çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, məktəblərə  qəbulda, savadlılıqda və 
kapitala çıxışda cinsi bərabərliyə nail olunacaq, ayrı-seçkiliyə səbəb olan qanunlar aradan 
qaldırılacaq və parlamentlərdə  və nazirlər kabinetində qadınların və kişilərin sayı 
bərabərləşəcək. 
  
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR 
 
  
A
FRIKA
: Sub-Sahara Afrikası parlamentlərindəki qadınların faizi 17.5%-dir. Bu da dünyada 
orta hesabdan yuxarıdır. Dünyada parlamentdə olan qadınların  ən çox sayına görə 
Ruanda birincidir (49%). Sub-Sahara Afrikasında 6 qadından 1-i hamiləlik nəticəsində 
ölür. Müqayisə üçün deyək ki, sənaye ölkələrində 2800 qadından 1-i hamiləlik nəticəsində 
həyatını itirir. Afrikada yeniyetmə qızların təhsilini başa vurmaması çox yüksək səviyyəyə 
çatıb. Uqanda təhsildə cinsi boşluğu aradan qaldırmaq üçün məktəb ödənişlərini 
yığışdırıb. 
  
A
SIYA VƏ 
O
KEANIYA
: Asiyada qanunverici vəzifələrdə çalışan  şəxslərin 16.4%-i qadındır. 
Tailandda cinsi partnyorlara göstərilən zorakılıq 15-24 yaşlı qadınlar və qızların ölməsinin 
başlıca səbəbidir. Asiyada qız uşaqlarının doğulmadan öncə  və doğulduqdan sonra 
valideynlər tərəfindən öldürülməsi, qız uşaqlarına qəsdən qayğı göstərilməməsi və ac 
qoyulması nəticəsində ən az 60 milyon qız uşağı “itirilir”. Oğlan uşaqlarına üstünlük verən 
ailələrlə mübarizə aparmaq üçün Çin qızları olan valideynlər üçün təqaüd planlarını 
maliyyələşdirir. Çində  İnternet istifadəçilərinin 40%-i qadınlardır. Yaxın  Şərq 
universitetlərində oxuyan tələbələrin çoxu ərəb qadınlarıdır, lakin ərəb ölkələrinin 
parlamentlərinin cəmi 8.9%-i qadınlardan təşkil olunub. 
  
A
VROPA
: AB-də qanunverici və rəhbər vəzifələrin 30.6%-i, ATƏT-ə daxil olan ölkələrdə isə 
qanunvericilərin 19.2%-i qadınlardan təşkil olunub (AB-yə daxil olan ölkələrdə orta 
hesabla 24%). Norveç tələb edir ki fond birjasında qeydiyyatdan keçmiş bütün şirkətlərin 
idarə heyəti hər cinsdən ən azı 40% olaraq təşkil olunmalıdır. AB-də qadınların təqribən 
57%-i işləyir, lakin orta hesabla 15%-i eyni işə görə kişilərdən daha az pul alırlar. Çox az 
kişilər ailədə daha çox məsuliyyəti üzərlərinə götürdükləri üçün qadınlar analara üz 
peşəkar karyeralarını davam etdirməyə imkan verən inkişaf etmiş ictimaiyyət və  şəxsi 
(özəl) infrastrukturların olmasını istəyirlər. Lakin onlar ailə həyatına həsr etmək üçün boş 
vaxtın azalmasından da narahatlıq keçirirlər. Təqribən 700 000 Şərqi Avropalı qadın 
Qərbi Avropada cinsi qullardır. Avropa Komissiyası  tərəfindən maliyyələşdirilən yeni 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə