Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
66
vaxtda 1 transmilli mütəşəkkil cinayətkarlıq liderinin həbs olunması  və  məhkəməyə  cəlb 
olunması məqsədilə əməkdaşlıq üçün prioritetlər sistemi istifadə edəcək.   
  
BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlıq  Əleyhinə Konvensiyası 2003-cü ilin 
sentyabrında qüvvəyə minib. Bu konvensiya ölkələri mütəşəkkil cinayətkarlıqla mübarizə 
üçün beynəlxalq  əməkdaşlığa çağırır. Ola bilsin ki, bu konvensiyaya edilmiş  əlavə 
transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif sahələrinə qarşı yönəlmiş  əlaqədar 
təşkilatları tamamlamaq üçün yeni bir orqan kimi maliyyə təqibatı sistemi təsis edə bilər. 
Bu təşkilatlarla əməkdaşlıq etməklə bu yeni sistem, yuyulmuş pulların məbləğinə əsasən 
əsas cinayətkarları müəyyən edəcək, məhkəmə prosesinə başlayacaq,  şübhəli  şəxsin 
dondurula biləcək aktivlərini müəyyən edəcək,  şübhəli  şəxsin cari yerini hazırlayacaq, 
yerli hökumət orqanlarının həbs etmə bacarığını qiymətləndirəcək və  dərhal tədbir 
görülməsi üçün məsələni müvafiq məhkəməyə göndərəcək. Hər  şey hazır olanda, 
cinayətkarı  həbs etmək, aktivləri və  çıxışı dondurmaq, məhkəmə  işi açmaq və prioritet 
siyahısında olan digər cinayətkara keçmək üçün bütün əmrlər eyni vaxtda icra olunacaq. 
Məhkəmələr BMT-nin sülh məramlı hərbi qüvvələri kimi, lottereya sistemi yolu ilə könüllü 
ölkələr arasından təmsil oluna bilərlər. Ölkələr hakimiyyət hüquqlarından qismən imtina 
etməlidirlər, çünki qlobal sistem əsasən cinayətdə günahlandırılan ölkədən kənarda təqib 
üçün yer müəyyənləşdirəcək (cinayətkarın qaytarılması BMT-nin Mütəşəkkil Cinayətkarlıq 
Əleyhinə Konvensiyası  tərəfindən qəbul olunub). Hökumət tərəfindən ilkin 
maliyyələşdirilmədən sonra, sistem, davamlı əməliyyatlar üçün maliyyə dəstəyini hökumət 
yardımlarından yox, təqsirli bilinən cinayətkarların dondurulmuş aktivlərindən alacaq. 
  
12-ci Çağırışa o vaxt uğurla cavab veriləcək ki, pulların yuyulması  və cinayətlərin gəlir 
mənbələri 75% azalacaq və hüquq-mühafizə orqanları bütün ölkələrdə effektiv şəkildə 
təşkil olunacaq.  
  
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
  
A
FRIKA
: Mərakeşdə  həşiş ticarəti həm Avropada həm də  Şimali Afrikada terrorizmi 
dəstəkləmək üçün istifadə olunur. Afrikadakı üsyankar kütlələr, mütəşəkkil cinayətkarlıq 
və terrorizm arasındakı bağlar genişlənə və yaşamaq üçün çox az qanuni vasitələri olan
QİÇS nəticəsində yetim qalmış milyonlarla uşaq tərəfindən gücləndirilə bilər. Korrupsiya 
Afrika cəmiyyətinin çox hissəsinə nüfuz edib və hal-hazırda bəlkə  də bir çox ölkələrdə 
inkişafı məhdudlaşdıran ən böyük amildir. 
  
A
SIYA VƏ 
O
KEANIYA
:
 
Heroin istehsalı və insan alveri region üçün əsas gəlir mənbələrindən 
biridir. Məlumatlara  əsasən Çində mütəşəkkil cinayətkar qruplaşmalar öz fəaliyyətlərini 
Rusiyada da həyata keçirirlər. Çin yeni güclü pulların yuyulması  əleyhinə qanun qəbul 
edib.  
  
A
VROPA
: Milli siyasətə  əsaslanan Avropa koalisiyaları qlobal mütəşəkkil cinayətkarlığa 
cavab verə bilmirlər. Hal-hazırda Rusiyanın məsaməli sərhəddi, AB-nin vahid iqtisadi 
ərazisi səbəbindən törənmiş təhlükəsizlik problemlərinə bir əlavə olacaq və Şərqi Avropa 
ölkələrində insan alveri problemi açıq sərhədlər sayəsində güclənəcək. Avropanın və 
Mərkəzi Asiyanın keçid iqtisadiyyatına malik ölkələrində korrupsiyanın səviyyəsi azalıb.  
  
L
ATIN 
A
MERIKASI
:
 
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə  İdarəsinin verdiyi 
məlumata  əsasən, cinayətkarlıq narkotiklərlə  əlaqəli zorakılığın kəskin  şəkildə artdığı 
Mərkəzi Amerikanın sabitliyinə əngəl törədən yeganə böyük məsələdir. ABŞ-ın 6 il davam 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
67
edən və demək olar ki, 5 milyard dollara başa gələn Kolumbiya Planı kokainin əldə 
olunmasında, qiymətində  və keyfiyyətində heç bir dəyişikliyə nail olmayıb. 
Dəyərləndirmələrə əsasən, Meksika ÜDM-sinin 5%-i “yuyulur” və onun narkotika birlikləri 
Peruya köçür. Çünki, orada kokainin hasil olunması 40%-ə bərabərdir.   
  
Ş
IMALI 
A
MERIKA
:
 
ABŞ Milli Təhlükəsizlik Departamenti İnsan Qaçaqmalçılığı  və Alveri 
Mərkəzi açıb. Mütəşəkkil cinayətkarlıq və onun terrorizmlə  əlaqəsi milli təhlükəsizliyə 
təhlükə kimi qiymətləndirilməlidir. Ölkələr, öz ölkələrində  və digər ölkələrdə baş verən 
cinayətkar fəaliyyətlərə  cəlb olunmuş birliklər üçün məsuliyyət daşımalıdırlar.  Əqli 
mülkiyyət itkisi təkcə ABŞ-da 200-250 milyard dollar dəyərindədir. Radio tezliklərinin və 
digər müəyyən etmə üsulları qanuni materialların qeyri-qanuni sövdələşmələrə  cəlb 
olunmalarını izləməyə imkan verəcək. 2006-cı ildə ABŞ-a aparılan 17000 əcnəbi qurbanın 
yarısı kommersiya məqsədi daşıyan cinsi biznes üçün buraya gətirilmiş  və  təqribən 200 
000-i isə ABŞ-da köləlik etmək üçün nəzərdə tutulublar. 
  
 
Qrafik 12. Beynəlxalq Qeyri-Qanuni Ticarət 
 
  
 
 
 
 
 
 
 
 
 
Mənbə: Havocscope.com 
  
 
13. 
Enerjiyə artan tələbat necə təhlükəsiz və səmərəli şəkildə təmin 
оlunmаlıdır? 
Qlobal enerji strategiyalarını işləyib-hazırlamaq və yeniləşdirmək imkanları çox mürəkkəb 
görünür və  qərar qəbul edənlərin səlis siyasət qurmaları üçün sürətlə  dəyişir. Bununla 
belə qeyri-səlis siyasətin ekoloji və sosial nəticələri o qədər ciddidirlər ki, tanıma, təhlil, 
mümkün nəticələrin qiymətləndirilməsi və enerji imkanlarının sintezi üçün yeni qlobal 
sistemin qurulması bir daha təsdiqlənir. Elə bir sistem qurulmalıdır ki, o ictimaiyyət, 
siyasətçilər və qeyri-elm adamları, həmçinin dünyanın qabaqcıl alimləri və mühəndisləri 
tərəfindən başa düşülə və istifadə oluna bilinsin.  
 
İki böyük enerji istehlakçısı  və CO

istehsalçısı kimi ABŞ  və Çin, həm yerdə, həm də 
kosmosda təsis edilmiş günəş-elektrik enerjisi iqtisadiyyatından tutmuş, kütləvi bioloji 
yanacaqlar və uzaqdan idarə olunan işlərə  qədər çoxlu imkanlara malik “Apollo-like” 
(“Apolloya bənzər”) qlobal enerji Tədqiqat və  Təkmilləşdirmə proqramı  həyata 
keçirməlidirlər. İlkin ABŞ-Çin əməkdaşlığı daha təmiz kömür və bioyanacaqların istehsalı 
ilə başlayıb. Enerjidən istifadənin effektivliyi daha zəngin  ərazilərdə  tələbatı artıracaq və 
azaldacaq – bugün, 1973-cü ildə Beynəlxalq Enerji Agentliyinə daxil olan ölkələrdə ÜDM-
 
İstehlak 
Məhsulları
Silah
İnsan Alveri 
Saxtalaşdırma və 
piratçılıq
Narkotik Alveri 
Ətraf Mühit 
Məhsulları 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə