Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
56
Latin Amerikası 
Şimali Amerika 
Yaxın Şərq və Şimali 
Afrika  
Cənubi-Şərqi Asiya 
Qərbi Sakit Okean 
Regionu (Asiya) 
 
Avropa və MDB 
Sub Saxara Regionu 
 
L
ATIN 
A
MERIKASI
:
 
Braziliya 1996-cı ildə  QİÇS virusuna yoluxmuş bütün vətəndaşlarına 
antiretrovirus terapiyası  təklif edib. Bu da 1996-2004-cü illər arasında xəstəxana 
xərclərində 2.2 milyard dollar qənaət olunmasına və başqa yerlərdə  də oxşar cəhdlərin 
həyata keçirilməsini ruhlandırmağa səbəb oldu. Argentina, Braziliya, Çili və Kuba kimi 
ölkələrdə müalicənin miqyası 80%-i ötüb keçib. Latın Amerikasında yaşayan HİV/QİÇS 
viruslu 1.8 milyon insanın çoxu Argentina, Braziliya və Kolumbiyada yaşayır. Latın 
Amerikası müalicəyə ehtiyacı olan insanların 72%-ini müalicə ilə təmin edir.   
 
Ş
IMALI 
A
MERIKA
: Biotexnoloji şirkətlər müayinə  və müalicə üçün çoxlu yeni mexanizmlər 
işləyib hazırlayırlar; xəstəliklərin kökünün kəsilməsi üçün Tədqiqat və  Təkmilləşdirməyə 
qoyulan sərmayələr artacaq. Bu çox da mənfəətli olmasa da, kasıb çoxluq (əhali) üçün 
çox vacibdir. Hal-hazırda ABŞ-da milyondan çox insan, Kanadada isə 58, 000 insan HİV 
virusununun daşıyıcısıdır. Antiretrovirus dərman preparatları  QİÇS ölümlərinin sayını 
aşağı salır.  
 
Ərzaq idxalının artması xaricdən gələn infeksiyalara qarşı zəifliyi artırır. 
 
Qrafik 8. Terapevtlərin Sayı (hər 1000 adama) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı, Sağlamlıq üzrə Əsas Göstəricilər 
 
 
 
 
9. 
Qərar qəbuletmə qabiliyyəti (bacarığı) işin təbiəti və müəssisələr dəyişdikcə 
necə təkmilləşdirilməlidir?
 
 
Qərar qəbul etmə prosesi lazımi məlumatın dərhal əldə edilməsi üçün, kollektiv düşüncə 
vasitəsi ilə qlobal hesablama sistemi istiqamətində inkişaf edir.Təsdiq olunmuş  geniş 
məlumat bazası elə qarşılıqlı əlaqələndirilir ki, müxtəlif mənbələrdən əldə edilən kompleks 
məlumatlar  hər hansı bir qərar üçün ən optimal faktlar toplusu kimi istifadə olunsun. Əgər 
əvvəllər ,müzakirə edilən məlumat ilk növbədə ayrı-ayrı  şəxslərin və ya  çox kiçik 
qrupların fikirlərinə  əsaslanırdısa, indi dünyanın istənilən yerindən olan mütəxəssis 
qrupların və fiziki şəxslərin birgə  iştirak etdiyi geniş  və  şəffaf ,müzakirə    və    açıq 
sistemlərin sayının durmadan artması ,qərarqəbuletmə prosesinin səmərəliliyini xeyli 
artırır.  


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
57
 
Eyni zamanda, yararsiz məlumatlarin qəbulunda vaxt itkisinə yol verilir. Qlobal 
hesablamalar hər an daha üstün, daha vacib qərarları önə  çəkərək və  hər an qərar 
siyahısında yerdəyişmələr edərək  gün ərzinda daha cox qərar qəbul edilməsinə imkan 
verir. Belə  qərarlaşdırmanı çox sadə komputer proqramı vasitəsi ilə  də yerinə yetirmək 
olar.  Əgər Mur Qanunu davam etsə, 25 il ərzində kompüter insan beyninin emal etmə 
gücünə yiyələnəcək. Bununla da qərar qəbul etmə prosesi avtomatlaşdırılmış olur.  Sinir 
sistemi insan bədənində baş verən proseslər barədə  qərar verdiyi kimi istənilən qərar 
qəbul etmə prosesi avtomatlaşdırıla bilər. Amma seçim variantları hədsiz çoxaldıqca, belə 
mürəkkəb seçimləri təhlil etmək və  qərar qəbul etmək olduqca çətinləşir. Açıq sistem, 
demokratiya və azad kütləvi informasiya vasitələri daha çox insanı  qərarqəbuletmə 
prosesinə  cəlb edir.Bu isə prosesi daha da mürəkkəbləşdirir, yekun nəticəyə  gəlməyi 
çətinləşdirir.  Yeni sistemlər təşəkkül tapana qədər, qərarqəbuletmə prosesi xaotik bir 
şəkil almış olur.  
 
Məlumatın bir qismi məhsullarda,binalarda, digər yaşayış obyektlərində  birləşdirilmiş 
qəbuledicilər ilə, həmçinin sövdələşmə, komunikasiya , təhlükəsizlik və diaqnostika 
sistemi vasitəsi  ilə  əldə edilir. Sonra bu məlumat bazası, analizin və simulyasiyanın 
gələcək forması vasitəsi ilə sosial davranış, epidemiologiya, nanobiologiya kimi fərqli 
sahələr arasında  qarşılıqlı  əlaqənin mahiyyətini aydınlaşdırmaqda istifadə olunur. 
Böyükölçülü cədvəl proqramı  və axtarış mexanizmlərində  də olduğu kimi, daha rahat, 
güclü və  dəyişkən simulyasiya və modelləşdirmə proqramları  qərarqəbuletmədə istifdə 
edilə bilər. 
 
Qərar qəbul etmə hər yerdə mövcud olan sensorların – bizə təkmilləşən qərarları almaq 
və onlara cavab verməyə kömək edən daha ağıllı  şəbəkənin, və institusional və  şəxsi 
intellekt proqram təminatının -  inteqrasiyası  nəticəsində  əsaslı  şəkildə artacaq. Belə 
potensial imkanlar məsul qərarqəbuletmənin göstəricilərini müəyyənləşdirə bilər və onları 
bir-biri ilə  əlaqəli sistemləşdirərək daha mükəmməl qərarların  əldə edilməsini reallaşdıra 
bilər.Ən yeni versiya kimi Real Taym Delfi (Real Time Delphy) proqramını misal  
göstərmək olar ki, burada qərar qəbul edən tərəflər, ekspertlərin birgə rəylərinə birbaşa və 
sürətli çıxış əldə edirlər. Bu da sürətli əks təsirin əldə edilməsinə imkan verir.  Dünyanın 
istənilən yerindəki təşkilat və ya könüllülər internet ( səhifə) vasitəsi ilə  əlaqəsinin 
mümkünlüyü isə  şəffaflığın artırılması  və  qərarqəbuletmə prosesində  iştirakı 
genişləndirmək üçün əldə olunan yeni strategiyalardan biridir. 
 
Rəsmi  şəkildə avtomatlaşdırımış Dövlət  Elektron - idarəetmə orqanı( və ya elektron 
hökumət orqanı) kiber-terrorizm, korrupsiya və digər cinayət halları zamanı  qərar qəbul 
etmə prosesini avtomatik şəkildə aparır. Hər il 1 trilyon dollara yaxın rüşvət halları siyasi 
qərar qəbul etmə prosesinə təsir edir. BMT-in Korrupsiya əleyhinə Konvensiyası əsasında 
fəaliyyət göstərən işçi qrupları korrupsiyanın qarşısını almaq və onu qeyri qanuni hallar 
kimi qeydə almaq sahəsində  tədbirlər irəli sürürlər. Dünya Bankının idarəetmə üzrə 
müqayisə  əsaslı göstəricilərinə  mətbuatın diqqəti və Transparency İnternational 
təşkilatının korrupsiya üzrə göstəriciləri hökumətlərin öz fəaliyyətlərini təkmilləşdirməyə 
doğru istiqamətləndirməlidir. Həmçinin, BMT ən etibarlı  qərar qəbul etmə sisteminə 
malikdir ki, bütün dünya əhalisi üçün bu sistem dövlətlərarası  qərarqəbuletmə prosesi 
üçün nəzərdə tutulub.Bu tədbirlər yalnız ayrı-ayrı dövlətlər, korporasiyalar,QHT-
lər,Universitetlər, dövlətlərarası  rəsmi orqanlar tərəfindən aparılsa yekun nəticə  əldə 
etmək çox çətin olar.Bu baxımdan transinstitutsional qərarqəbuletmə inkişaf etdirilir  və 
transinstitutsional strateji qərarların qəbul edilməsi və  həyata keçirilməsi istiqamətində 
ümumi müzakirə platformaları  təşkil olunur.Ətraf  şəraitin tədqiq olunması  və 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə