Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə32/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
74
Korrupsiya əleyhinə Konvensiyanın Tərəfləri müqaviləni həyata keçirməyə başlayıblar və 
Dünya Bankı milli anti-korrupsiya dəstələrini gücləndirməyə kömək edir. QHT-lərin, qlobal 
mətbuatın və özünütəşkil İnternet bloqlarının yayılması şəffaflıq üçün yeni qüvvələrdir. Bu 
qüvvələr hakimiyyətdən sui-istifadəyə dair nəzarəti həyata keçirir. 16 000-dən çox İSO 
standartları arasında müştərək fəaliyyət dünyada verilən qərarların  əxlaqiliyini/etikliyini 
artırır. 
  
Dünya Bankı qeyri-etki şirkətlərin və  fərdlərin siyahısını hazırlayır və yaxşə idarəçiliyin 
göstəricilərini işləyib hazırlayır. Ümumi əxlaq əmsalları, yeni jurnallar, vətəndaş cəmiyyəti 
forumları  və dinlərarası dialoqlar qərar qəbul etmə prosesində qlobal etikaya müraciət 
edirlər. Sorğu keçirilmiş 14 ölkədən 9-u silah ticarətinə vergi tətbiq olunmasını və ya neftin 
BMT-nin daha effektiv şəkildə  fəaliyyət göstərmə qabiliyyətinə yardım etməsini 
dəstəkləyiblər. BMT əxlaqi mülahizələri qlobal qərarlara qoşmaq üçün təsis olunmuş əsas 
qlobal orqandır. 2000-dən çox ticarət müəssisəsi qərar qəbul etmə prosesində qlobal 
əxlaqi prinsiplərdən istifadə etmək üçün BMT-nin Qlobal Müqaviləsinə qoşulublar. 
Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderləri məhkəmə məsuliyyətinə cəlb edib.   
  
Qərar qəbul etmə prsoesində qlobal əxlaqa dair kollektiv məsuliyyət təzə-təzə yaransa 
da, getdikcə artır. Təəssüflər olsun ki, mənəvi üstünlük tələb edən dinlər və ideologiyalar 
“biz-onlar” ayrı-seçkiliyinə səbəb olur. Qlobal Çağırışların təmin edilməsi üçün zəruri olan 
milli, institusional, dini və ideoloji çərçivələr boyu əməkdaşlıq  şəraitində  fəaliyyət 
göstərmək üçün mənəvi iradə qlobal etikanın qəbul edilməsini və reallaşdırılmasını tələb 
edir.  
  
Millətlərarası korporasiyalar, hökumətlər və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə digər 
14 Qlobal Çağırışa cavab verməklə biz qlobal qərar qəbul etmə prosesinə  əxlaqi 
mülahizələri də  əlavə etmiş oluruq. Bəzi fərdlər  İnternet vasitəsilə müxtəlif  əxlaqi 
məsələlər  ətrafında birləşirlər. Digərləri açıq-aydın  şəkildə universal İnsan Haqları 
Bəyannaməsi, YUNESKO-nun Universal Əxlaqi Prinsiplər Layihəsi, Qlobal İdarəetmə 
Komissiyası  və Qlobal Əxlaqi Prinsiplər  İnstitutu kimi qlobal əxlaqi prinsipləri inkişaf 
etdirməyə çalışırlar. Uğurlu  əxlaqi məcəllələr ataların verdiyi xeyir-duaların yox, sosial 
yekdilliyin məhsuludur. Uşaqları  məsuliyyətli vətəndaşlar olmaları üçün maarifləndirmək 
böyüklərə və bu yolla bütün əhaliyə təsir edəcək.  
  
Qlobal  əxlaqi prinsiplər təkcə  əsas dini adətlərə müvafiq olmaqla kifayətlənməməli və 
həmçinin həm möminlər, həm də mömin olmayanları bütün bəşəriyyətlə “birgə olmaq” 
hissi yaradan yeni bir ittifaqda birləşdirməlidir ki, biz gələcək nəsillərin maraqları üçün 
hərəkət edək. Stereotiplər bu şəkildə aparılmalıdır: Mənim üçün, sənin üçün və dünya 
üçün. Biz lobbiçiliyi nəzarətdə saxlamalı, tamahkarlığı  və eqositiyi azaltmalı, hörmət və 
vicdanı  təşviq etməli,  əxlaqi meyarların  əsasını qoymaq üçün valideynlərin rəhbərliyini 
artırmalı, sorğu azadlığı qarşısında duran sərhədləri azaltmalı, qanuni hakimiyyətə qarşı 
hörməti təşviq etməli, təqlid modellərinin təsirinin müəyyən olunmasını  və  uğurunu 
dəstəkləməli, daha ziyalı bir dünya üçün səmərəli qlobal maariflənmə strategiyaları 
həyata keçirməli, insanların davranışlarını inandıqları  dəyərlərlə uyğunlaşdırmalı  və 
Olimpiya oyunları  əhval-ruhiyyəsini yaymalıyıq. Beynəlxalq sazişlərin bütün millətlər 
arasında bərabər  şəkildə  tətbiq olunması da daxil olmaqla, BMT kimi çoxtərəfli orqana 
nəzarət üçün səlahiyyət verən beynəlxalq davranış  məcəlləsinin yaranması ilə 
nəticələnən qlobal prosesə balanılmalıdır. Vaxtın boş yerə  sərf olunması qeyri-əxlaqi 
yanaşmaların başlıca əlamətidir. 
  


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
75
15-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, korrupsiya 50% azalacaq, əxlaqi biznes 
standartları beynəlxalq səviyyədə tanınacaq və müntəzəm olaraq yoxlanılacaq, bütün 
tələbələr məsuliyyətli vətənda. olmaq üçün maarifləndiriləcəklər və qlobal əxlaqi 
prinsiplərin dini və milliyyəti aşacağı haqqgnda ümumi bir fikir formalaşacaq.     
  
R
EGIONAL 
M
ÜLAHIZƏLƏR
 
  
A
FRIKA
: Mənəvi üsyanların vəziyyəti dəyişməsinə  qədər Zimbabve hələ  nə  qədər ziyan 
çəkəcək? Keniyanın xəzinəsindən ölkənin ÜDM-sinin 20%-nə bərabər məbləğdə pul qarət 
olunub. “Transparency İnternational” təşkilatının verdiyi məlumata  əsasən  ən aşağı 
səviyyəli hökumətlər Afrikadadır. 1999-cu ildə  əsası qoyulmuş Afrika Biznes Əxlaqi 
Prinsipləri Şəbəkəsi  2006-cı ildən Afrika Biznes Əxlaqi Prinsipləri Jurnalını nəşr etməyə 
başlayıb.  
  
A
SIYA VƏ 
O
KEANIYA
: İraqda təqribən 3500 korrupsiya halı qeydə alınıb. Bunlardan 780 hal 
məhkəməyə  təqdim olunub, lakin 50-dən də azı cinayət məsuliyyətinə  cəlb olunub. 
Asiyanın sürətli urbanizasiyası  qərarların o qədər sürətlə verilməsinə  səbəb olur ki, 
onların  əxlaqi nəticələrini nəzərə almağa çox az vaxt qalır. Bəziləri ümumi qlobal əxlaqi 
prinsiplərin mövcudluğuna inanmır və onları yaratmağın qərbsayağı anlayışlar olduğunu 
iddia edirlər.  
  
A
VROPA
: AB ksenofobiya və rasizmi qanuna zidd davranışlar elan edib. Vittenberq 
Mərkəzi qlobal əxlaqi prinsiplərin gələcəkdə təsir edəcəyi 5 sahəni müəyyən edib: sabitlik 
və qlobal idarəetmə, korporativ vətəndaşlıq və yeni ittifaqlar, qloballaşma və beynəlxalq 
təşkilatlar, anti-korrupsiya və bütövlüyün idarəedilməsi və  mədəniyyətlərarası 
mühakimələr.  
  
L
ATIN 
A
MERIKASI
:  Fərdiyyətçiliyin artan təsirlərini balanslaşdırmaq üçün təhsilin, KİV-in, 
ekoloji  əxlaqi prinsiplərin, insan haqlarınının, demokratiyanın, bərabər hüquqlu inkişafın, 
azlıqların müdafiəsinin, şüurlu dərrakənin, xoşbəxtliyin, sosial məsuliyyətin və həmrəyliyin 
gücləndirilməsinə ehtiyac var.  
  
Ş
IMALI 
A
MERIKA
:
 
2006-cı ildə ABŞ-da keçirilən seçkilərdə korrupsiya və  əxlaqi prinsiplər 
seçicilərin seçimlərini müəyyənləşdirən  ən mühüm məsələlər olub. Qlobal Əxlaqi 
Prinsiplər  İnstitutunun apardığı araşdırmaya  əsasən, qərar qəbul etmə prosesinin 
proqram təminatı, istifadəçiləri onların universal hörmət, vicdan, mərhəmət,  ədalət və 
məsuliyyət dəyərlərinə  əsaslanan qərarlarının  əxlaqi müzakirələri vasitəsilə  təhrik edə 
bilər. Sosial məsuliyyətli investisiya fondları günü-gündən artır.   Korrupsiyanın qarşısını 
almaq məqsədilə daha yaxşı real-vaxt əsaslışəffaflıqla yanaşı, siyasi qərar qəbul etmə 
prosesində  əxlaqi prinsipləri təkmilləşdirmək üçün yeni tipli maliyyə yanaşmalarına 
ehtiyac var. 
 
 
 
 
 
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə