Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
104
Hansı müsbət nəticələr ola bilər?
Nevrologiyanın daha da tam şəkildə başa düşülməsi robot texnikasının müstəsna
proqresi ilə nəticələnə bilər və Süni İntellektdən tutmuş öyrənmənin keyfiyyətini artıran
kimyəvi preparatlara kimi təfəkkürün bir çox sahələrinə yardım göstərə bilər. Bu, bioloji
elmlərdə böyük irəliləyişlərin baş verməsinə, öyrənmə nəzəriyyəsində və insan
intellektində, həmçinin süni intellektdə sıçrayışın baş verməsinə və bəşər tarixində
mühüm bir hadisənin başlanğıcının qoyulmasına səbəb ola bilər.
Bunun baş verməsinə nə mane olur?
Bu, prosesin çox çətin olduğunu və 25 il ərzində başa vurmaq üçün çox bahalı olduğunu
düşünməklə qarşısı alına bilən çox mürəkkəb bir tapşırıqdır. Digər əngəl törədici amillərə
intellektin və emosiyaların sinaps formalarını ötüb keçməsi və ya bu tədqiqatın
nəticələrinin, öyrənmə prosesinin fərd üçün şəxsi səviyyədə meydana
gəlməsinin başa
düşülməsində çox da köməyi olmayacağı fikri daxildir. İnsanlar üzərində sınaqların
aparılması üzrə əsas təhsil təsisatları və əxlaqi məsələlər də bu prosesin qarşısını ala
bilər.
Hansı mənfi nəticələr ola bilər?
Əgər bu baş versə, alimlər və həkimlərin hakimiyyətdən və nüfuzdan sui-istifadə etməsi,
və insanlar, heyvanlar üzərində sınaqların aparılması ilə bağlı bir sıra problemlərin
meydana çıxması ilə nəticələnə bilər. Bu, həmçinin insan emosiyalarını sadələşdirə bilər
və o zaman belə bir sual meydana çıxa bilər: məgər Sevgi sadəcə kimyəvi reaksiyalar
məcmusudurmu?
12. Yetkin şəxslərin beyinlərini uzun müddət daha sağlam saxlamaq üçün vasitələr
2030-cu ildə yaşlanma prosesində yetkin şəxslərin beyinlərini daha sağlam şəkildə
saxlamaq üçün texniki üsulların olması nəzərdə tutulub. Məsələn,
yetkin şəxslərin sinir-
gövdə hüceyrələri klonlaşdırılacaq və onların əvvəl mümkün olduğundan daha uzun
müddət ərzində sağlam qalmaları üçün yetkin şəxslərin beyinlərinə yeridiləcək. Bu da
qoca yaşda öyrənməyə və daha yaşlı elm-tutumlu işçi qüvvəsinin olmasına imkan
verəcək
12
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Həyat səviyyəsinin artırılması, artan siyasi hakimiyyətə malik yaşlanan əhali və azalan
nəsil vermə əmsalı tibb elminin buna nail olmasını sürətləndirəcək. İnsanlar həmişə
fikirləşiblər ki, yaşlıların beyni daha yeni sinir hüceyrələri emal edə bilməz. Lakin tədqiatlar
göstərir ki, hər gün yeni beyin hüceyrələri yaranır. Hər gün əmələ gələn yeni hüceyrələrin
çoxu ölür, lakin məşqlər və daha stimullaşdırıcı mühit hüceyrələrin ölüm dərəcəsini
azaldır.
Bəzi tədqiatlar göstərir ki, yaşlıların davamlı şəkildə tədqiqi yeni beyin
hüceyrələrinin artması ilə əlaqəli ola bilər. Sinir hüceyrəsinin inkişafının (yeni beyin
hüceyrələrinin artması) tədqiqi yəqin ki, 2030-cu ilədək beyinləri daha uzun müddət
sağlam saxlamağa nail olacaq və bu tədqiqatın sadəcə bir xəttidir. Yaşlıların beyinləri
12
RT Delphi istinadları: Monika Qutman, “Yaşlanan Beyin”, USC Health, yaz 2001; Beynin Yaşlanması Beynəlxalq
Jirnalı, www.brainaging.ro/Pub-BAJ.htm; “ Bəzi
Amillər sayəsində, Embrionik gövdə hüceyələrinin səciyyəvi
xüsusiyyətləri ilə mübarizəyə girən yetişkin hüceyrələr”, Medikal Nyus Tudey, 14 Avqust, 2006.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
105
məşğələlər, bioloji əks-əlaqələr, davranış dəyişiklikləri, müalicələr və digər stimulyantlar
sayəsində daha uzun müddət sağlam qalacaq. Bu proseslər insanları “yaxşıdan da yaxşı”
edəcək.
Hansı müsbət nəticələr ola bilər?
Bu vasitələr ruhi xəstəliklər və Alsqeymer və Parkinson
xəstəlikləri də daxil olmaqla, beyin
xəstəliklərini aradan qaldıra, nəticə etibarilə ağıl azlığı olan yaşlıların sayının artmasının
qarşısını ala və yaşlıları işçi qüvvəsinə çevirə bilər. Bu isə azalan nəsil vermə əmsalı-nın
iqtisadi təsirlərinin azalması ilə nəticələnə bilər.
Bunun baş verməsinə nə mane olur?
Təfəkkür elmlərində bəzi irəliləyişlər, bunun baş verəcəyinə inanmayan insanların, və
nəticə etibarilə zəruri tədqiqatlara, əxlaqi məsələlərə pul ayırmama, yaşlılaırın tənəzzülün
qaçılmaz olduğu haqqında fikirləri, və “təbiətin qanuna” və bu dünyada ən mürəkkəb
struktur olan beyinə müdaxilə etmək qorxusu sayəsində ləngiyə bilər. Bu vasitələrin
potensial
xərcləri, beynin fəaliyyətini genişləndirmək üçün müvafiq texniki üsulların bütün
dünyada istifadəsini məhdudlaşdıra bilər. Funksional Maqnit Rezonans Təsvirləri kimi
texniki üsulların nəticələri hasil etməsi gözləndiyindən də çox vaxt apara bilər.
Hansı mənfi nəticələr ola bilər?
Bu proqram bir qrup müalicə olumayan yaşlı insanı diqqətdən kənarda qoya bilər. Həyat
dolu yaşlılar isə özlərini gəncliyə-istiqamətlənmiş cəmiyyətlərdən təcrid olunmuş hiss
eləyə və bundan narazılıq duya, təcrid olunmuş sub-mədəniyyətlər yarada və ya həyat
keyfiyyətində digər tarazlıqların pozulmasına səbəb ola bilərlər.
13. Beynin genişləndirilməsi üçün Kimya
Beyin kimyasının araşdırılması intellekti artıran, yaddaşı genişləndirən, diqqətin həcmini
artıran və görmə qabiliyyətini və görmə-hərəki koordinasiyasını təkmilləşdirən təhlükəsiz
dərman preparatlarının meydana gəlməsinə səbəb olub.
13
Bunun baş verməsinə nə səbəb ola bilər?
Bunun baş verməsi üçün beynin genişləndirilməsinin dərk
edilməsində dəyişikliklərə
ehtiyac var, və dərmanların istifadəyə uyğun olub olmadığı haqda sosial normalar
yaratmaq üçün insanlar arasında “genişləndirmə mədəniyyətinin” inkişafı zəruridir. Əxlaqi
nəticələrin müsbət təkamülü, Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar və Layihələr
İdarəsi tərəfindən həyata keçirilən cari araşdırmanın mülki tətbiqatları genişləndirməsi, və
M. Pardricin yazdığı “Beyin Dərmanlarının Hazırlanması: Beyin Dərmanlarının Gələcək
İnkişafı” kimi mənbələr haqqında məlumatlılğın artması bu proqramın həyata keçməsi
ehtimalını artıracaq. Ritilin, Valium və Prozak, insan intelektini “genişləndirməyən”, lakin
əqli problemlərə baxmayaraq insana normal fəaliyyət
göstərməyə imkan verən yeni
psixotrop dərman nümunələridir. Adrenalin travmatik yaddaşları silmək üçün istifadə
olunmuşdur.
13
RT Delphi istinadları: “Psixotrop Dərman”, Wikipedia; “Psixotrop Dərmanlar”, Beynəlxalq Səhiyyə Təşkilatı,
www.who.int/topics/psychotropic_drugs/en; “Psixotrop Dərmanlar və Uşaqlar: Məktəblər üçün İstifadəsi, Meylləri, və
Nəticələri”, Məktəblərdə Səhiyyə və Səhiyyə Xidmətləri Mərkəzi, Corc Vaşinqton Universitetu, Vaşinqton,
Kolumbiya Dairəsi, Dekabr 2004.