Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldrılması
və i.a.) başa çatdırdım və bir din kimi sizin üçün islamı bəyənib
seçdim. Hər kəs günaha meyl etmək niyyətində olmayaraq aclıq
üzündən (bu haram şeylərdən) zəruri ehtiyacını ödəyəcək qədər
yeyə bilər. Allah bağışlayan və rəhm edəndir! Mənbə: Surə 5, Əl-
Maidə, Ayə 3. Qur'an
DƏYİŞƏN YEMƏK NÜMUNƏLƏRİ.
Folklorçu Əhməd
Oguz müşahidə edir ki, bəlkə də donuz əti islamın qəbulundan
əvvəl də qadağan olunmuşdu. 5-8-ci əsr nümunəsi olan Orxan-Ye-
nisey abidələrində Çinlilər haqda "donuz əti yeyənlər" (lagzın eti
yeyenler) deyərək mənfi fikir irəli sürülmüşdü.
Azərbaycanda bu kimi qadağalar qismən bolşeviklər 1920-
ci ildə hakimiyyətə gələnədək müşahidə olunmuşdu. 1920-ci ildən
sonra hökümət Sovet respublikalarının bütün əhalisi üçun ateizm
tətbiq etdi. 30-cu illərin sonlarında Stalinin hakimiyyəti dövründə
məscid və kilsələrin qapıları bağlandı. Bir
çox dini tikililər yerlə-
yeksan edildi.
Dağılmayan bir neçə bina isə konsert zallarına və ya mu-
zeylərə çevrildi. Sovet qəssabxanaları islam qanunlarına riayət
etmədiyindən azərbaycanlılar üçün halal qida məhsulları almaq çox
çətinləşdi. Haram yeməsinlər deyə, bəzi yaşlı şəxslər Sovet
sosiskalarını yemədi, çünki onlar donuz ətindən hazırlanırdı.
Onilliklər keçdikcə sonrakı nəsillər islam qaydaları haqda demək
olar ki, heç nə bilmədi və rus mətbəxinin əsas yeməkləri olan
pirojki, borş və donuz sosiskası yeməyə öyrəşdilər. Əvvəllər
qadağan olunmuş yeməklər normaya çevrildi.
Bu gün Azərbaycanda hər bir kəsin dini azadlığı var. 1995-
ci il 12 Noyabrda qəbul olunmuş Azərbaycan Konstitusiyasına görə
din hökümətdən ayrıdır və rəsmi dövlət dini yoxdur. Uyğun olaraq,
qadağan olunmuş qida məhsullarına dair heç bir qanun yoxdur.
Belə bir azad şəraitdə yenidən islam yemək qadağalarına
maraq yaranıb. Lakin heç də tamamilə ilkin qanunlara meyl edilmir.
Səbəblərdən
biri odur ki, yaşlı Azərbaycanlıların əksəriyyəti bütün
bu qadağalara riayət etmək istəmirlər. Onların çoxu adəti üzrə
müsəlman olsalar belə, o qədər də dindar deyillər və məscidə
getmirlər. Onlar ömürləri boyu islam qaydalarına riayət etmədən
yaşamışlar və indi həmin qaydalara
riayət etməyə başlamaq
zərurətini duymurlar.
121
Qeyd etmək lazımdır ki, Azərbaycanın müxtəlif rayonları
dindarlığına görə bir-birindən fərqlənir. İslam bir adət üzrə Bakı
ətrafi ərazilərdə və Bakının İçəri Şəhər yerli sakinləri arasında güc-
lüdür. Həmçinin Masallı, Astara, Lerik, Lənkaran da daxil olmaqla
İran sərhədində yerləşən Lənkəran-Talış zonasında və Naxçıvanın
bəzi rayonlarında da islamın nüfuzu güclüdür. Digər tərəfdən isə
mərkəzi Azərbaycanda, əsasən də Kür və Araz çayları arasındakı
kəndlərdə islamın təsiri nisbətən daha zəifdir.
ISTİSNALAR. Əgər hər hansı bir azərbaycanlı yemək qa-
dağalarına riayət etmək istəyirsə, o, halal qida məhsullarını xüsusi
müsəlman ərzaq mağazalanndan ala bilər. Adi mağazalarda da xü-
susi olaraq müsəlman ölkələri üçün istehsal olunan Amerikanın ha-
lal toyuq sosiskası (American Halal Chicken Sausage) satılır
(məqalə 2000 ildə yazılmışdır – red.). Lakin azərbaycanlıların çoxu
yalnız xüsusi halal ərzaq almırlar. Onlar qəssabdan adi ət alır.
Müştərilərinin rəğbətini qazanmaq
üçün bəzi restoranlar do-
nuz ətini nisbətən az xoşəgəlməz ad olan "qaban əti" adlandırır.
Lakin burada heç bir yalan yoxdur; hamı bilir ki, bu ət əslində
donuz ətidir.
İslamın spirtli içkiləri hər vaxt və hər bir şəraitdə qadağan
etməsinə baxmayaraq azərbaycanlıların heç də hamısı bu qaydaya
riayət etmir. Lakin bəziləri Orucluq və Məhərrəmlik zamanı içki
içmir.
Ramazan ayında müsəlmanlar gün çıxandan gün batanadək
heç bir şey yeməməli və ya içməməlidirlər.
Hətta su içmək belə
olmaz. İranda bu qaydaya heç olmazsa ictimai yerlərdə ciddi riayət
edilir; gün ərzində yemək və ya içmək istəyənlər bunu gizlincə öz
evlərində etməyə çalışırlar, Azərbaycanda isə nisbətən az insan oruc
tutur
(məqalə 2000 ildə yazılmışdır – red.). Restoranların çoxu bu
ay ərzində açıq olur, lakin onlardan bəziləri,
xususən də bəzi Türk
restoranları, ancaq iftar yeməyinə açılır və bu zaman spinli içkilər
satmır.
GƏNCLƏR ARASINDA MEYLLƏR. Maraqlıdır ki, halala
meyl göstərənlər əsasən cavanlar olur və onlar valideynlərindən
daha çox bu təcrubələrə riayət etməyə meylli olurlar. Azərbaycanlı
gənclərinin çoxunun özunü müsəlman saymalarına baxmayaraq
onlar dinlə yaxından məşgul olmurlar. Lakin gənclər arasında islam
həyat şəraitini öyrənməyə maraq var. Onlardan bəziləri spirtli
içkilər içdikləri halda donuz əti yemir.
122
Çox nadir hallarda Milli Elmlər Akademiyasından hər
hansı bir doktor və ya professor müntəzəm olaraq məscidə gedir və
müsəlman yemək qadağalanna riayət edir. Lakin Akademiyanın
gənc alimlərindən bəziləri gündə bir neçə dəfə ibadət edir, spiıtli
içki qəbul etmir və donuz əti yemir.
Ümumiyyətlə, bu gənc nəsil
haram və halal haqda öz
böyüklərindən deyil, əcnəbilərdən məlumat almışlar. Onlardan
bəziləri türk məktəb və universitetlərində oxuyub; digərləri
Azərbaycana səyahət edən ərəb və iranlılarla ünsiyyətdə olub.
Türkiyədən olan dini təsir nəzərəçarpacaq dərəcədədir və Irandan
olan təsirdən güclüdür.
İslam qanunlarına riayət edən gənc azərbaycanlılardan çoxu
bəlkə də bunu şəxsi “mən”lərini tapmaq üçün edir. İndiki keçid
dövründə onların xristianlıq da daxil olmaqla müxtəlif dinlər haqda
öyrənərək kim olduqlarını başa duşmək azadlıqları var.
Onlardan çoxu astrologiya ilə də maraqlamr və qərb
ölkələrində yaşayan bəzi insanlar kimi gündəlik ulduz falını
oxumaq və Zodiak bürcləri haqda öyrənməklə məşğuldurlar.
Görəsən islam yemək qadağalarına
maraq keçici bir
hadisədirmi? Bəlkə bu, gənc azərbaycanlıların əcdadlarının dininə
qayıtmaqla keçmişi qaytarmaq cəhdlərinin göstəricisidir? Yalnız
zamanın cavab verə biləcəyi bütün bu suallar hər kəsi narahat edən
daha geniş bir sualın əsasını təşkil edir: bu Sovetdən sonrakı
müstəqillik dövründə azərbaycanlı olmaq nə deməkdir?
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Gülnar Aydəmirova
Web dizayn: Fəridə Sadıxova
SOFİ HƏMİD QƏBİRSTANLIĞI: SOLĞUN
RƏNGLƏR VƏ ƏKS OLUNMUŞ ÖMÜR
123