2.5 ßt xþrÿklÿri
● 137
Laçın rayonu
Wtli xwngwl (qoyun wti)
Тяркиби:_İspanaq_–_400_qr._Düyü_–_100_qr._Yağ_–_100_qr._Qatıq_–_200_qr._Baş_soğan_–_3_ədəd_Duz_–_zövqə_görə__Hazırlanması'>Тяркиби:
Qoyun əti – 300 qr.
Buğda unu – 300 qr.
Yumurta – 1 ədəd
Baş soğan – 1 ədəd
Ərinmiş yağ – 250 qr.
Qatıq – 250 гр.
Sarımsaq – 2 diş
İstiot – 0,2 qr.
Duz
Hazыrlanmaсы:
Qoyun əti 10 – 15 qramlıq tikələrə doğranılır, istiot, duz vurulub soğanla
birlikdə qızardılır. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5×5 sm
ölçüdə paxlava şəklində doğranılır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə
verilən zaman süzmə xəнgəlin üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış
qiymə qoyulur, yanında sarımsaqlı qatıq verilir.
Kwlbwcwr
Xwngwl
Tərkibi:
Un – 350 qr
Yumurta – 2 ədəd
Yağ – 200 qr
Sarımsaq – 2 diş
Qurut – 200 qr
Duz və istiot
Hazırlanması:
Unu ələyib bir az duz, 2 ədəd yumurta və su əlavə edilib bərk xəmir yoğrulur.
Xəmir kündələrə ayrılır. Qaynayan suya duz əlavə edilir. Xəmir nazik yayılıb,
xırda-xırda doğranılıb, suya tökülüb qaynadılır. Qaynadıqdan sonra süzülür.
Qarabaü mÿtbÿxi
138 ●
Süfrəyə üzərinə yağda qovrulmuş soğan və sarımsaqlı qatıq və ya qurutla
verilir.
Nəticə
Xəngəlin hazırlanması Xocavənd və Şuşa rayonlarında eynidir. Xocavənd
rayonunda xəngəli bir başqa cürdə hazırlayırlar. Bu xəngəl süzmə xəngəl ad-
lanır və başqa rayonlardan fərqli olaraq çolpa ilə hazırlanır. Süzmə xəngəlin
fərqi bundan ibarətdir ki, xəngəl azcana dəmə qoyulur və taxtadan düzəlmiş
çətəndən süzülür. Xəngəlin bişirilməsində Xocalı rayonunda mal ətindən, La-
çın rayonunda isə qoyun ətindən istifadə olunur. Kəlbəcər rayonunda xəngəl
ətsiz hazırlanır. Xəngəl hər dörd rayonda süfrəyə sarımsaqlı qatıqla verilir. Tək
Kəlbəcər rayonunda süfrəyə qurutla verilir.
2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
● 139
2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
Cwbrayıl
Göywrti buğlama
Тяркиби:
İspanaq – 400 qr.
Düyü – 100 qr.
Yağ – 100 qr.
Qatıq – 200 qr.
Baş soğan – 3 ədəd
Duz – zövqə görə
Hazırlanması:
Düyü qaynayan duzlu suda bişirilir və süzülür. Doğranmış ispanaq 1 buğum
qaynadılır və suyu süzülür. Soğan doğranıb yağda qovrulur, üzərinə ispanaq
və düyü tökülür, 0,5 stəkan su əlavə edilib bişirilir. Süfrəyə verildikdə yanında
qatıq verilir.
Göy qovurması
İspanaq – 4 dəstə
Çuğundur yarpağı – 3 dəstə
Soğan – 200 qr.
Yağ – 200 qr.
Duz
Hazırlanması:
İspanaq və çuğundur yarpağı qaynadılır, süzülür sonra soğanla bir yerdə yağda
qovrulur, üzərinə yumurta əlavə edilir. Hazırlanmış göy qovurması sarımsaq
qatıqla süfrəyə verilir.
Qarabaü mÿtbÿxi
140 ●
Gicitkwn qovurması
Тяркиби:
Gicitkən – 3 dəstə
Kərə yağı – 20 qr.
Soğan – 100 qr.
Duz, istiot
Hazırlanması:
Təmizlənmiş gicitkən suda qaynadılır. Sonra soğan yağda qovrulur qaynadılmış
gicitkən də ora əlavə edilir, üzərinə bir qədər su, duz, istiot, turşu əlavə edilərək
bişirilir.
Şuşa
Balba
Тяркиби:
Soğan – 2 ədəd
Ət suyu -700 qr
Yumru düyü – 200 qr.
Kəvər – 2 dəstə
Şüyüd – 2 dəstə
Dağkeşnişi -2 dəstə
Cəfəri – 1 dəstə
Nanə – 1 dəstə
Zoğal axtası – 50 qr.
Duz, istiot
Hazırlanması:
Soğan yağda qızardılır, üzərinə ət suyu əlavə edilir. Qaynara düşəndə 1 stəkan
yumru düyü əlavə edilir. Düyü bişənə yaxın kəvər, şüyüd, cəfəri, dağ keşnişi,
nanə doğranır, ət suyuna tökülür. Balba hazır olanda içərisinə zoğal axtası,
istiot, duz tökülür. Yazda alça da tökmək olar.
2.6 Tÿrÿvÿz vÿ gþyÿrtidÿn xþrÿklÿr
● 141
Xocavwnd
Balba
Тяркиби:
İspanaq – 2 dəstə
Keşniş – 2 dəstə
Əməköməci – 2 dəstə
Dağ keşnişi – 1 dəstə
Yumru düyü – 400 qr
Su – 800 qr
Alça qurusu – 50 qr
Kərə yağı – 40 qr
Əzilmiş qırmızı istiot – 5 qr
Duz, istiot
Hazırlanması:
Keşniş, ispanaq, nanə, şüyüd, əməköməci təmizlənərək doğranır. Sonra soğan
yağda qızardılır. Hazırlanmış soğançaya su əlavə edildikdən sonra 2 stəkan
düyü və göyərtilər, duz, istiot, əzilmiş qırmızı istiot əlavə edilərək 20 dəqiqə
vam odda bişirilir. Sonra zövqə uyğun sarımsaq qatıqla süfrəyə verilir.
Nəticə
Balbanın hazırlanması hər iki rayonda fərqlidir. Şuşa rayonundakı fərq
ondan ibarətdir ki, balba ət suyunda bişirilir və balbaya zogal axtası əlavə
olunur. Xocəvənd rayonundaki fərq isə ondan ibarətdir ki, balbaya ispanaq,
əməköməci, dağ keşnişi, əzilmiş qırmızı istiot əlavə olunur və süfrəyə sarım-
saqlı qatıqla verilir.
Xocalı
Göywrtili qutab
Göywrti qutabı
Tərkibi:
İspanaq – 600 qr.
Baş soğan – 200 qr.
Qarabaü mÿtbÿxi
142 ●
Keşniş – 300 qr.
Pendir – 60 qr.
Şüyüd – 200 qr.
Dağ keşnişi – 300 qr.
Yabanı halda bitən quzuqulağı – 100 qr. (turşəng)
Un – 600 qr.
Yağ – 100 qr.
Lavaşa – 20 qr.
Qatıq – 200 qr.
Duz.
Hazırlanması:
Göyərtilər yuyulur, doğrandıqdan sonra xırdalanmış pendir və ya şor, duz
və istiot qatılaraq qarışdırılır. Xırda halda doğranılmış soğan əlavə olunur.
Ələnmiş una su, duz qatılıb bərk xəmir yoğrulur və xəmir yayılıb dairələr
şəklində kəsilir. Göyərti dairələrin bir tərəfinə qoyulur, o biri tərəfi isə üstünə
qatlanır, aypara şəklində bükülür və hər iki üzü tavada qızardılır. Süfrəyə verilən
zaman qutabın üstünə yağ çəkilir və ayrıca olaraq yanında qatıq verilir.
Cwbrayıl
Göywrti qutabı
Tərkibi:
İspanaq – 1 dəstə
Keşniş – 1 dəstə
Şüyüd – 1 dəstə
Buğda unu 500 qr.
Yağ – 200 qram
Qatıq – 200 qr.
Duz
Hazırlanması:
Göyərti yuyulur, xırda doğranır. Ələnmiş un, su, duz qatılıb bərk xəmir yoğrulur
və xəmir yayılır, dairələr şəklində kəsilir. Göyərti dairələrin bir tərəfinə
qoyulur, o biri tərəf isə üstünə qatlanır, aypara şəklində bükülür, hər tərəfi
sacda qızardılır. Süfrəyə verilən zaman yağ və qatıqla verilir.
Dostları ilə paylaş: |