Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə33/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   29   30   31   32   33   34   35   36   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

94



müqavilələrin  şərtlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün 

kütləvi qırğın silahlarının yayılmaması rejiminin təmin edilməsi və 

möhkəmləndirilməsi ilə bağlı  məsələlər üzrə digər beynəlxalq təşkilatların 

fəaliyyətində, habelə bu sahədə çoxtərəfli və ikitərəfli tədbirlərdə  iştirak 

edir” [24, 31 dekabr 2004-cü il, №12, maddə 975]. 

Azərbaycan Respublikası Nazirlər Kabineti 2005-ci il 15 dekabr 

tarixində “İxrac Nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 

tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 230 nömrəli 

qərarı qəbul etdi. Qərarda həm hərbi, həmdə mülki məqsədlər üçün istifadə 

oluna bilən ikili təyinatlı malların idxalı üçün xüsusi icazənin alınması tələb 

olunur. Qərar xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilmə-

sindən  əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş 

məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti 

orqanlarının siyahısını  təsdiq edir. Qərarda xüsusi icazənin verilməsi 

qaydaları müəyyən olunur və xüsusi icazənin verilməsindən imtinaya səbəb 

ola bilən əsaslar sadalanır. Qərarda həmçinin xüsusi icazənin verilməsindən 

əvvəl və sonra yoxlamaların aparılması qaydaları müəyyən olunur. 

Hal-hazırda, Azərbaycan Respublikasında ixrac əməliyyatları Azər-

baycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli 

Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 

698 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 

aprel tarixli 457 nömrəli, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 

2 sentyabr tarixli 782 nömrəli Fərmanı, Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı, Azərbaycan 

Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanı, 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135 

nömrəli Qərarı  və Azərbaycan Respublikasının  “Mədəniyyət haqqında” 

1998-ci il 6 fevral tarixli 430-İQ nömrəli və “İxrac nəzarəti haqqında” 2004-

cü il 24 oktyabr tarixli Qanunlarla tənzimlənir. Müəyyən malların ixracı 

lisenziyanı, müqavilələrin qeydiyyatını, Nazirlər Kabinetinin sərəncamı  və 

müvafiq dövlət orqanlarının (ikili təyinatlı malların ixracı üçün) xüsusi 

icazəsini tələb edir. 

Azərbaycan Respublikası Prezidentinin “Qara və  əlvan metal qırıntı 

və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 2001-ci il 17 

aprel tarixdə imzaladığı 457 nömrəli Fərmanına uyğun olaraq bu malların 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

95



ixracı 2001-ci il aprelin 18-dən etibarən dayandırıldı. 

Tranzit malların qonşu dövlətlərə və son istifadəçilərə hansı məqsədlə 

aparılmasının aşkar olunması isə gömrük işinin ən “həssas” tərəfidir. Çünki 

həm mülki, həm də hərbi təyinatlı malları tranzit edən dövlət bir müddətdən 

sonra həmin mallardan hərbi məqsədlə Azərbaycana və digər dövlətlərə 

qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



“Azərbaycan Respublikası  ərazisində radiasiya təhlükəsizliyinə  nəzarəti 

gücləndirmək tədbirləri haqqında”  1997-ci il 11 iyul tarixli 76 nömrəli 

qərarı ölkə ərazisində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarəti mövcud 

norma və qaydaların tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət 

nəzarətinin gücləndirilməsi məqsədi daşıyır. Həmin qərarla respublikaya 

gətirilən və respublikadan çıxarılan, eyni zamanda respublika ərazisindən 

keçən tranzit yüklərə daim radiasiya nəzarəti aparmaq məqsədilə bütün 

sərhəd keçid məntəqələrində stasionar avtomatik radiasiya nəzarəti cihaz-

larının quraşdırılması vəzifəsi Dövlət Gömrük Komitəsinin üzərinə qoyuldu. 

DGK-dən tabeliyində olan və mülkiyyət formasından, fəaliyyət növündən 

asılı olmayaraq hər hansı müəssisə, idarə  və  təşkilat tərəfindən ölkəyə 

gətirilən radioaktiv maddələr və ionlaşdırıcı  şüa mənbələri haqqında 

Fövqəladə Hallar Nazirliyinə  və Ekologiya və  Təbii Sərvətlər Nazirliyinə 

məlumat verilməli, nazirlik, idarə  və  təşkilatlardan radioaktiv maddə  və 

digər ionlaşdırıcı  şüa mənbələrinin inventarizasiyasını keçirmələri tələb 

olunmalıdır. Səhiyyə  və  Təhsil nazirlikləri müvafiq sahələr üzrə radiasiya 

təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanmasını təşkil etməlidir. 



 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa 

əlavələr və  dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 

2006-cı il 28 noyabr tarixli, 180-IIQD nömrəli Qanununa əlavə edilməsi 

barədə”  Qanun 21 fevral 2007-ci ildə qüvvəyə minmişdir. Qanun həm 

hərbi, həm də mülki məqsədlər üçün istifadə edilə bilən ikili təyinatlı mallar 

üzərində ixrac nəzarətinin həyata keçirilməsi üçün əsasları müəyyən edir. 

İxrac Nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə 



bağlı  bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan 

Respublikası Nazirlər Kabineti 2005-ci il 15 dekabr tarixli 230 nömrəli 

Qərarı ikili təyinatlı malların ixracı üçün xüsusi icazə  tələb edir. Qərarda 

xüsusi icazənin verilməsi qaydaları müəyyən olunur. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin və 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

96



iqtisadi siyasət Komitəsinin 2011-ci il 17 iyunda keçirilən birgə iclasında 

yeni Gömrük Məcəlləsi layihəsinin Azərbaycan Hüquqşünasları Konfe-

derasiyasının təşəbbüsü ilə ictimai dinləmələri keçirildi. Layihə haqqında 

Milli Məclisin  İqtisadi Siyasət Komitəsinin Sədri Ziyad Səmədzadə, Milli 

Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Sədri, Azərbay-

can Hüquqşünasları Konfederasiyasının sədri  Əli Hüseynli, Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Aydın  Əliyev, Avropa 

İttifaqının Azərbaycan Respublikasındakı Səfiri Roland Kobia çıxış etmişdi. 

Mili Məclisin üzvləri Vahid Əliyev,  Əli Məsimov, Rüfət Quliyev, 

Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü 

Əliməmməd Nuriyev, TUSİAB-ın sədri Murat Bakir öz rəylərini bildir-

mişdi. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü 

qaydasında Milli Məclisə  təqdim etdiyi yeni Gömrük Məcəlləsinin layi-

həsinin  ən müasir tələblərə  və standartlara cavab verməsi göstərilmişdi. 

Milli Məclisdə keçirilən ictimai dinləmələrdə BMT, Avropa İttifaqı, ATƏT, 

Avrasiya  Əməkdaşlıq Fondu, İsveçin Azərbaycandakı Konsulluğu, Azər-

baycanda Amerika Ticarət Palatası, TUSİAB-ın nümayəndələri, Azərbaycan 

Hüquqşünasları Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə 

Liqası, Konstitusiya Araşdırmaları Fondu, Şəffaflıq Azərbaycan Təşkilatı, 

Bazar İqtisadiyyatı və Sahibkarlığın İnkişafına Dəstək Fondu, Korrupsiyaya 

Qarşı mübarizə Fondu, Tacirlər və  İstehlakçılar Birliyinin nümayəndələri 

iştirak etmişdi. 

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2011-ci il iyunun 

24-də qəbul edilmiş yeni “Gömrük Məcəlləsi” Respublika Prezidenti İlham 

Əliyevin 2011-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edildi və 2012-ci il 

yanvarın 1-dən qüvvəyə mindi [24, 28 fevral, 2007-ci il, №2, maddə 84]. 



“Gömrük Məcəlləsi” gömrük işi sahəsində qanunlar sistemini özündə 

əks etdirməklə idxal və ixrac siyasətinin kompleks qanunverici bazasını 

təşkil edir. “Gömrük Məcəlləsi”nin və bir sıra hüquqi aktların qüvvəyə 

minməsi ilə milli gömrük işinin yeni hüquqi əsaslar üzərində inkişaf 

etdirilməsinə başlanıldı.  “Gömrük Məcəlləsi” Respublikanın iqtisadi təh-

lükəsizliyi və maraqlarının qorunmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi 

inteqrasiya sistemində rolunun artmasını  təmin edən hüquqi, iqtisadi və 

təşkilati münasibətləri tənzimləmək baxımından işlənib hazırlanmış qanun-

vericilik sistemi idi. 2011-ci ilə  qədər bir çox dəyişikliklərə  məruz qalmış 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə