Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

Sona Xəyal 

44 


professorları  İfrat  Əliyeva və Vaqif Sultanlıdır. Tofiq 

Hüseynoğlu universitetdə mənim də müəllimim olub. Onu 

Yusif Vəzir Çəmənzəminli irsinin gözəl tədqiqatçısı kimi 

tanıyıram. Gəncləri də bu sahəyə meylləndirməsinin şahidi-

yəm. Onun rəhbərliyi altında bu sahədə  tədqiqat aparan 

xeyli gənc tədqiqatçı, alim tanıyıram. Tofiq müəllim həm 

də bir insan kimi hörmət bəslədiyim müəllimlərimdəndir.  

Tofiq Hüseynoğlu kitaba gözəl bir rəy yazıb. Çəmənzə-

minli irsini “xalqımızın daim gərəyi olacaq milli-mənəvi 

sərvəti” hesab edən professor onun irsinə marağın son illər 

artdığını qeyd edir. Amma mən deyərdim ki, bu məhz To-

fiq müəllimin səyinin, zəhmətinin sayəsindədir. Hələ uni-

versitet illərindən savadlı tələbələri seçib bu sahəyə istiqa-

mətləndirən Tofiq müəllimdir. Tələbə vaxtı hansı sahəni 

seçməyin gərəkliliyini hər tələbə bilmir. Burada müəllimlə-

rin istiqamətverici təklifləri xüsusi rol oynayır. Təbii ki, hər 

müəllim gücünə bələd olduğu tələbələri öz sahəsinə çəkir. 

Tofiq müəllim isə hətta dərs demədiyi savadlı gəncləri belə 

inandıra bilir. Bu onun həm Çəmənzəminliyə olan sev-

gisindən irəli gəlir, həm də  ədəbiyyat üçün bacardığı  işi 

görmək istəyindən. Digər tərəfdən isə, Tofiq mqüəllim çox 

sadə insan olduğu üçün tələbələri və aspirantları, dissertant-

ları ilə dost kimi danışmağı bacarır. Bu mənada onun rəh-

bərliyi altında işləyən gənclər xoşbəxt tədqiqatçılardır. On-

lar həm tədqiqatçı kimi yetişir, həm də özlərinə gözəl bir 

dost tapmış olurlar... 

Leyla Məcidqızı da Tofiq müəllimin yetirməsidir. Pro-

fessor dissertantının  əsərinə verdiyi rəydə onun çəmənzə-

minlişünaslığı mükəmməl öyrəndiyini,  ədibin Məhəmməd 

Füzuli adına  Əlyazmalar  İnstitutunda saxlanılan, bu vaxta 

kimi çap və tədqiq olunmamış əlyazmalarını diqqətlə araş-

dırdığını, onun həyat və yaradıcılığını  əhatə edən dəyərli 

bir kitab ərsəyə  gətirdiyini qeyd edərək yazır:”...bu kitab 

yazıçının, ümumiyyətlə zəngin irsini, bu irslə əlaqədar olan 

Azərbaycan və rus ədəbiyyatı materiallarını, hər iki ədəbiy-



Yaddaşlarda yaşayacaq 

45 


yatın tarixini, xüsusilə, XIX-XX əsrlərdə baş vermiş ən əla-

mətdar  ədəbi hadisələri mükəmməl öyrənmiş, həmçinin 

ədəbi prosesi, ədəbi-nəzəri fikrin bu günə qədərki hərəkəti-

ni müntəzəm izləyən istedadlı bir tədqiqatçının sürəkli ax-

tarışlarının yeni və maraqlı bir nəticəsi, yekunu kimi qiy-

mətlidir...” 

Kitab müəllifin qısa ön sözü ilə açılır. Burada Çəmənzə-

minlini  ədəbi-mədəni fikrimizin inkişafında misilsiz xid-

mətləri olan qüdrətli şəxsiyyət kimi təqdim edən tədqiqatçı 

onu həm yazıçı, həm ədəbiyyatşünas, həm də tərcüməçi ki-

mi səciyyələndirməyə çalışır. 

Əsərin birinci fəsli “Y.V.Çəmənzəminlinin dünyagörü-

şünün və ədəbi-estetik zövqünün formalaşmasında rus mə-

dəniyyətinin rolu” adlanır. Fəslin “Rus dilində ilk qələm 

təcrübələri” bölümündə  tədqiqatçı  Çəmənzəminlinin həya-

tından, uşaqlıq illərindən bəhs açır, sonra onun yaradıcılığı-

na keçir, təxəllüslərindən və ilkin qələm təcrübələrindən 

danışır. Yazıçının müxtəlif orqanlarda müxtəlif təxəllüslər-

lə dərc edilmiş əsərlərini qeyd edən müəllif, onun hələ uşaq 

yaşlarından rus ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərini oxuduğunu və onlardan bəhrələndiyini diqqətə 

çatdırır. Diqqəti çəkən detallardan biri də odur ki, gənc təd-

qiqatçı yazıçının həyat və yaradıcılığından danışarkən qo-

caman tədqiqatçı-alimlərin dəyərli fikirlərinə istinad edir, 

onların Çəmənzəminli haqqındakı yazılarından sitatlar gə-

tirməklə fikirlərini əyaniləşdirir. 

Fəslin “Gündəlik”ləri” bölümündə “epistolyar” ədəbiy-

yatın gündəlik janrından söz açan müəllif Əlyazmalar İnsti-

tutunda saxlanılan və  Çəmənzəminlinin 14 aprel, 1907-ci 

ildən 23 iyul, 1909-cu ilə qədər yaşadığı dövrə güzgü tutan 

gündəliklərindən gərəkli məqamları təqdim edir. Həm nəsr, 

həm də şeir formasında olan bu yazıları oxuduqca Çəmən-

zəminli dünyasına daxil olan tədqiqatçı, onun yaşadığı döv-

rü, həyat  şəraitini öyrənir. Yazıçının hətta doğmaları haq-

qında yazdığı fikirləri, kiçik qeydləri də diqqətdən qaçırma-



Sona Xəyal 

46 


yan müəllif, yazıçını səciyyələndirən bütün detalları təqdim 

etməyə çalışır. Burada yazıçının maddi və mənəvi əzabları, 

cavabsız qalan məhəbbəti,  ədəbiyyata, incəsənətə marağı 

əks olunmuşdur. Burada Çəmənzəminlinin, həm rus ədə-

biyyatının tanınmış nümayəndələrindən, həm də onların 

əsərlərindən qeydləri təhlilə cəlb olunmuşdur.  

Fəslin “Hekayə və ssenarıləri” bölümündə isə yazıçının 

rus dilində yazdığı müxtəlif əsərləri təhlil olunur. Bu fəsil-

də gənc tədqiqatçı Çəmənzəminli irsinə dərindən bələd olan 

alimlərin, o cümlədən elmi rəhbəri professor Tofiq Hüsey-

noğlunun, Çəmənzəminlinin arxivini nəşrə hazırlayan filo-

logiya elmləri doktoru Cənnət Nağıyevanın, çəmənzəminli-

şünas professor Kamran Məmmədovun, tədqiqatçı-alim Vi-

layət Quliyevin əsərlərindən istifadə etmişdir. 

Monoqrafiyanın ikinci fəsli “Y.V.Çəmənzəminli və rus 

ədəbiyyatı  məsələləri” adlanır. Fəslin “Yaradıcı  təsirlər. 

Ədəbi əlaqələr” bölümündə Çəmənzəminlinin, yaradıcılığı-

na təsir edən M.Y.Lermantov, İ.A.Qonçarov, İ.S.Turgenev, 

Y.Nazarenko, V.Sakulin, A.P.Çexov, M.Y.Saltıkov-Şedrin, 

N.V.Qoqol kimi yazıçıların əsərlərini mütaliə etdiyini, on-

ların kitablarından özünə gərək olanları götürdüyünü bildi-

rən tədqiqatçı, yazıçının əsərlərindəki bəzi məqamları mü-

qayisə etmiş, paralellər aparmış və Yusif Vəzirin yaradıcılı-

ğında öz təsirini buraxan rus ədəbiyyatının səciyyəvi cəhət-

lərini də araşdırmışdır ki, bu da tədqiqatçıdan dərin, hər-

tərəfli bilik və bacarıq tələb edir. Burada Çəmənzəminlinin 

bəzi yazıçılarla məktublaşmaları da tədqiqata cəlb olunmuş, 

hətta Mixail Yurinin, A.Yurbenkonun, Y. Libedinskinin 

məktublarının tərcüməsi də verilmişdir.  

Fəslin “Y.V.Çəmənzəminli rus yazıçılarının bədii irsinin 

tədqiqatçısı kimi” bölümündə artıq ədəbiyyatşünas alimdən 

söhbət gedir. Müəllif “Turgenevin yazı üslubu”, “Gənc 

Puşkin və oxucuları”, “Şəxslərin və hadisələrin tipləşməsi”, 

“Çexov, Qorki, və L. Tolstoy”, “Çexovun” dili” adlı məqa-

lələri tədqiqata cəlb edərək, burada A.S.Puşkin, İ.S.Turge-



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə