Sosiologiya (Dərslik)



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə8/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   259
2. Praktik funksiya. 
Sosiologiya sosial həyatın, onun 
ayrı-ayrı sahələrinin fəaliyyətin və inkişafı proseslərini elmi 
surətdə idarə etmək üçün proqnozlar, tövsiyyələr işləyib ha­
zırlamağa kömək edir. Ona görə də sosiologiyanın praktik 
funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu 
funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi id­
rakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin, sosial 
proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, 
gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin 
perspektivlərin reallaşdın ması na istiqamətlənmiş praktik fəa­
liyyətə təsir göstərir. Bu elm insanların sosial münasibətlərini 
tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə 
kömək edir. Proqnozlaşdırma inkişafın qanunauyğunluqlarını, 
meyllərini dərindən başa düşməyə əsaslanır, cəmiyyəti daha 
səmərəli metodlarla idarə etməyin müqədəm şərti kimi çıxış 
edir. Bu, qərarların yerinə yetirilməsi prosesində vaxtında zə­
ruri təshihlər aparmağa imkan verir. Sosioloji tədqiqatlar n ə­
ticəsində hazırlanan tövsiyyələr idarəetmə orqanlarının ehtiy­
aclarını xeyli dərəcədə ödəyir, sosial tərəqqinin sürətlənmə­
sində özünəməxsus rol oynayır.
Sosial proseslər üzərində həqiqi nəzarət konkret infor­
masiyaya, deməli, konkret sosioloji tədqiqatlara möhtacdır. 
Tətbiqi sosiologiya m üxtəlif qruplarda, təşkilatlarda, müəssi­
sələrdə və s. sosial inkişaf məsələlərini daha optimal qaydada 
həll etmək sahəsində, tövsiyyəlerin işlənib hazırlanmasında 
bilavasitə iştirak edir. Kompleks sosial problemlərin tədqiqi 
mühüm praktik əhəm iyyətə malikdir: bu halda cəmiyyət həya­
tının daha bütöv mənzərəsini təsəvvür etmək, neqativ nəticə­
ləri irəlicədən gönnək, idarəetmənin ən səmərəli yollarım və 
vasitələrini müəyyənləşdirmək mümkün olur.
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik 
tövsiyyələr sosial amillərin iki qrupuna aid olur. Birinci qrup 
obyektiv xarakterli amilləri - insanın həyat fəaliyyəti şərtlərini
19


(siyasi quruluş, sosial struktur, əməyin, məişətin və s. konkret 
şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup 
isə subyektiv xarakterli amilləri - subyektiv məqamları (məq­
sədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji 
təsəvvürlər, ictimai rəy və s.jəhatə edir. Bunlaıın sıx əlaqədə 
öyrənilməsi şəxsiyyətlərarası, cəmiyyətdə daha möhkəm sabit­
lik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə