Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 14.Mədəniyyətin sosiologiyası



Yüklə 20,28 Kb.
səhifə8/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
Sosiologiya

Sual 14.Mədəniyyətin sosiologiyası
Mədəniyyət-ictimai tələbatı ödəmək üçün əsrlər boyu bəşəriyyət tərəfindən yaradılan və yaradılmaqda olan maddi və mənəvi sərvətlərin məcmusudur.Mədəniyyətin sosiaologiyası cəmiyyətin sosial və mədəni inkişaf qanunauyğunluqları və sosial münasibətləri,sosial struktur dəyişikliyi,mədəniyyət ünsürlərinin təsiri,sosial institutlar çərçivəsindəinsan fəaliyyətinin formaları daxildir.O,çox mürəkkəb ictimai hadisədir.Mədəniyyət insanlar tərəfindən yaradılmış sərvətlərlə bərabər bu sərvətləri yaradanın fəaliyyəti ilə birlikdə mövcuddur.Odur ki,mədəniyyət deyərkən insan fəaliyyətinin üsulları,nəticələri,yaratdığı sərvətlərin ümumi toplusu nəzərdə tutulur.İctimai inkişafın hər bir müəyyən konkret mərhələsi mədəniyyətin yeni tarixi tipini doğurur.Cəmiyyətin tarixi inkişaf mərhələləri dəyişdikcə mədəniyyətin məzmunuda dəyişir və təkmilləşir.Hər bir xalqın mövcudluğu onun mədəniyyəti ilə qırılmaz surətdə əlaqədardır.Mədəniyyətin ən geniş formada 2 növünü ayırmaq olar:maddi mədəniyyət və mənəvi mədəniyyət
Sual 15.Sivilizasiya və mədəniyyətin qarşılıqlı münasibətləri
Cəmiyyətin mədəniyyət anlayışı ilə sivilizasiya anlayışı bir-birilə sıx bağlılıq təşkil edir.Elmi ədəbiyyatda sivilizasiyanı ictimai həyatın və mədəniyyətin sosial təşkili kimi müəyyənləşdirilər.SİVİLİZASİYA-latın dilindəki (sivilis) sözündən olub,vətəndaş,mülki mənalarını ifadə edir.Mədəniyyət və sivilizasiya anlayışlarının qarşılıqlı münasibəti məsələsi ilə əlaqədar əsasən 2 fikir mövcuddur.Birinci fikir adı çəkilən anlayışları əslində eyniləşdirir.İkinci fikir mədəniyyət və sivilizasiya kateqoriyalarını qarşı-qarşıya qoymasa da, hər halda onları bir-birindən fərləndirməyə ayırmağa əsaslanır.Cəmiyyətin demokratik idarə edilməsini,texnikanı və texniki nailiyyətləri sivilizasiya,insanın mədəniyyət,fəlsəfi humanitar və bədii yaradıcılıq sahəsindəki bütün fəaliyyətini isə mədəniyyətə aid edir.Tarixi inkişaf proseində sivilizasiyanın təşəkkül və inkişafında mədəniyyət mühüm rol oynamışdır.Eyni zamanda mədəniyyət həmişə sivilizasiyanın inkişaf səviyyəsinin göstəricisi və onun ən yüksək nailiyyəti olmuşdur.Sivilizasiya mədəniyyətin inkişafı üçün iqtisadi və sosial şərait yaradır və eyni zamanda bu prosesi tənzimləyir.Buradan belə bir nəticəyə gəlmək olar ki,hər bir ictimai quruluş,hər bir sivilizasiya mədəniyyətin formlaşması və inkişafı üçün müxtəlif cür şərait yaradır.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə