Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 16.Cəmiyyətin sosial strukturu



Yüklə 20,28 Kb.
səhifə9/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
Sosiologiya

Sual 16.Cəmiyyətin sosial strukturu
Cəmiyyətin sosial strukturunun öyrənilməsi sosiologiya elmində mərkəzi yerlərdən birini tutur.Bu da hər şeydən əvvəl onun cəmiyyətdə daim artmaqda olan rolu ilə izah olunur.İnsan cəmiyyətdə tək yaşayıb fəaliyyət göstərə bilməz,o öz tələbatına və mənafeyinə uyğun olaraq sosial qrupun tərkibinə daxil olur.Bir və ya bir neçə ümumi əlamət əsasında birləşmiş insanların məcmusu sosial qrup adlanır.Cəmiyyətdə öz növbəsində müxtəlif qrupların məcmusu kimi formalaşır.İnsan eyni zamanda bir neçə sosial qrupun üzvü ola bilər.Sosial qrup bir növ insanla cəmiyyət arasında özünə məxsus formada vasitəçisidir.İnsan qrupun qanunları ilə cəmiyyətdə mövcud olur.Həmin qruplarda öz növbəsində siniflər,təbəqələr,milli etnik,demoqrafik qruplar ola bilərlər.Məcmu halında onlar cəmiyyətin sosial əsaslarını təşkil edirlər.Soaila struktur anatomik mənada cəmiyyətin skeltidir.Struktur dedik də elmdə obyektin daxili qatlarını təşkil edən elementlərin funksional qarşılıqlı əlaqələrinin məcmusu başa düşülür.
Sual 17.Sosial struktur anlayışı və onun əsas ünsürləri
Sosial struktur-dedik də isə bir- birilə əlaqə və təsirdə olan sosial ünsürlərin məcmusu,onların vahid tamın daxilində nisbi sabit yerləşməsi üsulu başa düşülür.Sosial struktur bir tərəfdən sosial birliyin və onun hər bir üzvünün sosial mövqeyini ifadə edir,digər tərəfdən onların cəmiyyətin sosial həyatında tutduğu yerə oynadığı rola münasibətini göstərir.Hər bir cəmiyyət daxilən müxtəliof təbəqələrə bölünür.Cəmiyyəti dərindən öyrənmək üçün ilk növbədə onun sosial strukturu öyrənilməlidir.Sosial strukturun müxtəlif ünsürləri arasında qarşılıqlı əlaqə onun bütövlüyünü təmin edir.Sosial strukturuun daxili ünsürlərinin müəyyənləşdirilməsi sosiologiyada ən mürəkkəb məsələlərdəndir.Sosial strukturun əsas elementlərini fərd,müəyyən mövqe tutan status və müəyyən sosial funksiyanı yerinə yetirənrol təşkil edir.Sosial struktur anlayışı sosial sistem anlayışının bir hissəsi olub özündə 2 əsas hissəni-sosial tərkib və sosial əlaqələri birləşdirir.Sosial tərkib- həmin strukturu təşkil edən ünsürlərin toplusudur.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə