Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 10.İnsan,fərd,şəxsiyyət anlayışlarının qarşılıqlı əlaqəsi



Yüklə 20,28 Kb.
səhifə6/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   2   3   4   5   6   7   8   9   ...   15
Sosiologiya

Sual 10.İnsan,fərd,şəxsiyyət anlayışlarının qarşılıqlı əlaqəsi
İnsan problemi ilə əlaəqdar olaraq,insan-fərd-şəxsiyyət anlayışlarının təhlili bu anlayışların ümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.İnsan cəmiyyətdə yaşayır və burada digər adamlarla müxtəlif sosial əlaqələrlə-iqtisadi,ideoloji,siyasi münasibətlərlə bağlanır.Buna görədə insan həm bioloji amillərin,həm də sosial əmillərin daşıyıcısı rolunu oynayır.Deməli insan eyni zamnada həm təbiətlə həm də cəmiyyətlə təmasdadır.Bu qarşılıqlı münasibət prosesində insan eyni zamanda təbiət və cəmiyyət tərəfindən tərbiyə edilir. İNSAN-fiziki və mənəvi,təbii və sosial,irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında özündə birləşdirən canlı varlıqdır.İnsan anlayışı sosial və bioloji xarakterləri ehtiva edir,lakin bu halda bioloji cəhət sosial amillər tərəfindən insanlaşdırılaraq müəyyən dəyişikliklərə məruz qalır.FƏRD-insan nəslinin,özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir.Deməli fərd cəmiyyəti sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir.Fərd dedik də ayrıca bir insan nəzərdə tutulur.ŞƏXSİYYƏT-anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və onda olan sosial tərəfin inkişaf dərəcəsini göstərir.Şəxsiyyət anlayışış qədim yunan teatrlarında maska mənasını daşıyırdı.Başqa sözlə aktyorların geydiyi maska real həyatdakı bu və ya digər insan tipini təsvir edirdi.Buradan belə qənaətə gəlmək olar ki,şəxsiyyət anlayışı adamların simasında və davranışında sosial əhəmiyyətli xüsusi cəhətlərin səciyyələndirilməsi tələbi kimi meydana gəlmişdir.Şəxsiyyət məhz sosial mühitdə ictimai-siyasi ideallara yiyələnir,cəmiyyət,dövlət digər təsisatlar barədə təsəvvürə malik olur,fəaliyyəti və davranış normaları formalaşır.
Sual 11.Şəxsiyyətin formalaşmasına təsir göstərən amillər
Şəxsiyyət-yüksək zakalılığı,öz hərəkət və davranışları üçün məsuliyyəthissini,şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır.Şəxsiyyətin əsas xüsusiyyətləri özünüdərketmə,sosial əhəmiyyətli fəaliyyət,məqsədəuyğun pozitiv siyasi davranış,cəmiyyətəmünasibətdə nisbi müstəqilliyə malik olmaq,məsuliyyət hissi,əxlaqi tələbkarlıq yüksək mədəni səviyyəyə və s.İnsan anadan fərd kimi doğulur şəxsiyyət kimi formalaşır.Sosioloji ədəbiyyatda şəxsiyyətin sosial sistem kimi tədqiqi təsadüfü deyildir.Axı insan nəinki hər hansı sosial sistemin ünsürüdür,eləcədə onun özü mürəkkəb ziddiyyətli və çoxcəhətli struktura malikdir.Şəxsiyyət fərdlərdə sosial əhəmiyyətli cəhətləri və sosial münasibətlərin təməzküzləşməsini ifadə edir.Şəxsiyyətin sosial siması cəmiyyətin sosial münasibətləri ilə qarşılıqlı əlaqə prosesində formalaşır.Cəmiyyət fərdlərin sosial birliyi əsasında yaranır.Hər bir fərdin şəxsi,emosional,sosial,mənəvi və siyasi həyatı vardır.Şəxsiyyətin sosiologiyasında şəxsiyyətlərin tarixi tipləri ,müxtəlif dövrlərdə insan ilə cəmiyyət arasında qarşılıqlı münasibətlərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.Şəxsiyyə sosiogen elemetlərin ilk növbədə əxlaqın,mədəniyyətin təsiri ilə sosiallaşır.İnsanların bütün fəaliyyət formları iqtisadi,hüquq,siyasi,elm,ideologiya,əxlaq,din mədəniyyətlə sıx bağlıdır.Buna görədə hər bir cəmiyyət öz mədəniyyət tipinə uyğun şəxsiyyət tipi formalaşdırır.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə