Sosiologiya Sual Sosiologiya cəmiyyət haqqında elmdir


Sual 12.Şəxsiyyətin sosiallaşması və onun mərhələləri



Yüklə 20,28 Kb.
səhifə7/15
tarix12.01.2023
ölçüsü20,28 Kb.
#98476
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Sosiologiya

Sual 12.Şəxsiyyətin sosiallaşması və onun mərhələləri
Cəmiyyət qərarlaşmış sosial normaların,mənəvi dəyərlərin mənimsənilməsi zəminində şəxsiyyətin sosial keyfiyyətlərinin formlaşması və onun ictimai həyata qoşulması sosiallaşma adalnır.Sosiallaşma insanın bioloji varlıqdan sosial varlığa çevrilmməsini izah edir.Bu isə öz növbəsində kənardan olan kömək vasitəsilə baş verir.Ayrıca bir fərdin sosial birliyə və onun vasitəsilə cəmiyyətə qoşulması prosesi isə sosiologiyada şəxsiyyətin sosiallaşması adlanır.Sosiallaşma prosesi fərdin və ictimai mühitin qarşılıqlı əlaqələri və qarşılıqlı surətdə bir birinə təsirinin təbiətini dərk etməyə imkan yardır.Sosiallaşma prosesi müəyyən mərhələlərdən ibarətdir:uşaqlıq,gənclik,cavanlıq,qocalıq.Deməli sosiallaşma uşaqlıq dövründən başlayaraq,qocalıq çağlarına qədər insanın bütün həyatı boyu davam edir.İnsanın ilk sosiallaşma mərhələsi ailə ilə bağlıdır.Ailə şəxsiyyətin fəaliyyətini motivləşdirir,onu gələcək həyata hazırlaşdırır.Sonra təhsil sistemi,əmək kollektivi,dostlar,tanişlar,qonşular,müxtəlif informasiya vasitələri və s mühüm rol oynayır.İlkin sosiallaşma mərhələsi şəxsiyyətarası sonrakı mərhələisə sosial əlaqə sferasında baş verir.Sosiallaşma prosesində insanlar müxtəlif statuslara yiyələnirlər və onlara uyğun olaraqda müəyyən rolları ifadə edirlər.Statuslar şəxsi və sosial olaraq 2 yerə bölünür.Sosial statusda öz növbəsində iki yerə ayrılır;doöulanda verilən status,sonradan əldə olunan status.
Sual 13.Mədəniyyət anlayışı
Bəşəriyyət artıq eramızın 3-cü minilliyinin astanasındadır.Onun gələcəyi insanların idrak səviyyəsindən,mədəniyyət və sivilizasiyalılıq dərəcəsindən,intellektual imkanlarından aıslı olacaq.Mədəniyyət anlayışı müxtəlif dövrlərdə müxtəlif mənalar,çalarlar kəsb etmişdir.Məsələn mədəniyyət istilahı özününü ilk anlamında torpağı şumlamaq,belləmək,əkib becərmək mənalarını ifadə etmişdir.Lakin sonralar romalılar onu insanlıarın intellektual səviyyəsinə,onların təhsil və tərbiyəsinə şamil etmişlər.Rus dilində kultura istilahı əvvəllər əqli və mənəvi kamilləşməni bir anlayış kimi işlədilmişdir.İslam şərqində işlədilən mədəniyyət istilahı öz əhatə daha geniş olub insanların və xalqların fiziki və aqli fəaliyyətlərinin demək olarki, bütün sahələtini özündə ehtiva edir.Mədəniyyət -cəmiyyətin inkişafının müəyyən səviyyəsi ilə bağlı olub,tarixi dövrlərin,ictimai-iqtisadi formasiyalrın,millətlərin,xalqların maddi və mənəvi tərəqqisini səciyyələndirmək üçün işlədilirşMəsələn:antik mədəniyyət,şərq mədəniyyəti,qərb mədəniyyəti və s.Bu anlayış həmçinin insanın həyat fəaliyyətinin bəzi spesifik sahələrini ifadə etmək məqsədilə də işlədilir:poliqrafiya mədəniyyəti,nitq mədəniyyəti və s.Bütün deyilənlərdən aydın olur ki,mədəniyyət anlayışı öz əhatə dairəsoinə və məna çalarlığına görə böyük tarixi inkişaf mərhələsi keçir.

Yüklə 20,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə