ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   15   16   17   18   19   20   21   22   23

___________Milli Kitabxana_______________ 

73 

Ramiz küçədə yerə düşən bir tikə çörək görəndə əyilib onu 

götürər, öpüb gözlərinə sürtər, sonra da barının, divarın  əl 

çatmayan hücrəsinə qoyardı ki, quşlar yesin. 

Ramiz ilk təhsilini Bakının Yeni-Suraxanı  qəsəbəsindəki 

101 saylı  məktəbdə almışdı.  Əlaçı olmasa da dərslərini pis 

oxumurdu. O kiçik olanda atamız dünyasını  dəyişdi. Biz, ona 

nisbətən böyük idik, ona görə  də Ramizə qarşı çox səmimi, 

mehriban davranırdıq. Hər kəs ona qayğı göstərirdi, onu korluq 

çəkməyə qoymurduq. 

– Biz hamımız  ərköyün böyüyən Ramizin bütün dəcəl-

liklərinə,  şıltaqlıqlarına göz yumaraq onu əzizləyərdik. Amma 

qardaşımız dəcəl olsa da, çox istiqanlı və səmimi bir uşaq idi. 

Həmişə özündən böyüklərə hörmətlə yanaşardı, özündən 

kiçikləri incitmirdi. 

7-ci sinfi bitirəndən sonra Ramiz sənədlərini  Şüvəlan 

qəsəbəsindəki Energetika texnikumuna verdi və axşam 

şöbəsinə daxil oldu.  

Oxuya-oxuya da işləməyə başladı.  İlk iş yeri neft mədənləri 

oldu, fəhlə kimi onu işə götürəndə Ramizin cəmi 13-14 yaşı vardı. 

Texnikumu bitirəndən sonra isə hərbi xidmətə çağrıldı. Boyu 

və çəkisi hərbi xidmət üçün uyğun olmadığına baxmayaraq öz 

xahişi ilə könüllü olaraq əsgər getdi. 

Hərbi xidmətini Belarusiya Respublikasında keçirdi.. 

Xidmət etdiyi illərdə sürücülük vəsiqəsi də almışdı... 

Vətənə qayıdandan sonra müxtəlif yerlərdə  işləyib. NQÇİ 

Qum adasinda, dəyirmanda,  Şüvəlan kanalizasiya şöbəsində. 

Elə axırıncı iş yeri də ora oldu. 

Çoxlu dostları var idi, o qədər dostcanlı idi ki, bəzən adama 

elə gəlirdi ki, o özündən çox dostlarının qeydinə qalır, onların 

problemlərinin həllinə can atır. Bəlkə elə bu üzdən çox gec 

evlənmişdi Ramiz... 34 yaşınadək, subaylıq soltanlıqdır, – deyib 

evlənməkdən boyun qaçırırdi, hər dəfə bir bəhanə ilə aradan 



___________Milli Kitabxana_______________ 

74 

çıxardı. O dövrün adət  ənənələrinə görə bacılarımız daha çox 

cənfəşanlıq edər, sonbeşiyimizə  qız bəyəndirməyə çalışardılar. 

Ona həm öz kəndimizdən, həm də qohumlar arasından neçə-neçə 

qız göstərmişdilər, ancaq o inadla susub dururdu.  

Bir gün isə hamını  təəcübləndirən bir hadisə baş verdi. 

Axşam işdən qayıdan Ramiz evlənmək istədiyini elan etdi. 

Gülxanım anamızın sevinci yerə-göyə  sığmırdı. Nəhayət ki, 

onun sonbeşiyi də ev-ailə sahibi olacaqdı. Ramizin artıq 34 yaşı 

vardı. Evlənməli vaxtı bir qədər ötmüşdü də. Amma biz yenə 

sevinirdik, buzlar yavaş-yavaş əriyidirsə buna da şükür edirdik.  

Bir-iki gündən sonra məlum oldu ki, Ramizin seçdiyi qız 

yaxşı tanıdıqları bir ailənin qızıdır. Bir payız axşamı onları 

nişanlandıq. Düz 1il sonra toyları oldu.  

Şövkət xanım oxumuş müasir bir qız idi. Layihə  İnstitntunda 

işləyirdi. Onun xahişi ilə nigahlarinı Səadət sarayında qeyd etdik. 

Avqustun 25-də onların həyatında  ən unudulmaz bir tarix oldu. 

Qeydiyyatdan sonra cavanlar 26-lar bağındakı abidə önünə  əklil 

də qoydular. Baş verən bir hadisə isə  Şövkət xanımı yaman na-

rahat eləmişdi. Nigah qeydiyyatı üçün əvvəlcədən ərizə yazmağa 

gedərkən. Basin (indiki Füzuli) küçəsindən Səadət sarayına qədər 

hansı küçədən keçirlərsə, qarşılarına cənazə aparan bir dəstə  çı-

xırmış. 

Şövkət xanım nə qədər təkid etsə də Ramiz yolundan qalmaq 

istəmir 

– Mən belə saçma-sapan şeylərə inanmıram-deyir- xoşbəxt-

liyi də, ömrü də verən Allahdır, narahat olmayın... 

Onlar çox xoşbəxt idilər. Səadətlə dolu bir ömür 

yaşayırdılar.  İlk övladlarının məhz onların nigah bağladıqları 

gün dünyaya gəlməsi də  Şövkət xanımın ürəyində düyün 

bağlamış  həmin hadisəni unutdurdu. Övladlarının adını Könül 

qoydular. Sonra Ceyhun anadan oldu. Onun gəlişi nəinki 

valideynlərini, bizim hamımızın sevincinə  səbəb oldu. Çünki 



___________Milli Kitabxana_______________ 

75 

bizim, yəni Ramizin qardaşlarının oğlan övladı yox idi. 

- Ceyhun bizim nəsmlimizin davamçısıdır, - deyə bu uşağı 

hamı sevib əzizləyirdi. 

Sonra Ülkər, daha sonra isə  Əbülfəz doğuldu. Balaca 

Əbülfəzə Gülxanım ana dünyasını yenicə  dəyişmiş  oğlu 

Əbülfəzin adını qoymuşdu. 

Böyük ailəmizin  ən sevimli payı idi balaca Əbülfəz. Allah-

taəla Ramizə gözəl övladlar bəxş etmişdi: 2 oğlan, 2 qız atası idi. 

Ailəcanlı, uşaqcanlı olan Ramiz ailəsini hədsiz məhəbbətlə 

sevir, onların sağlam, xoşbəxt və firavan yaşamaları üçün 

əlindən gələni  əsirgəmir, gecə-gündüz yorulmaq bilmədən 

çalışardı. Həyətlərində kiçik bir istilikxana düzəltmişdi. Orada 

qərənfil becərirdi.  İşdən sonra boş vaxtlarını bu istilikxanada 

keçirərdi. Becərdiyi güllərə qulluq etməyi çox sevərdi.  

Ramiz çox ciddi olduğu qədər də mülayim, səmimi bir insan 

idi. Gözlərində  həmişə  qəribə bir ifadə vardı. Bir uşaq. 

səmimiyyəti ilə baxırdı adama. Onun gözləri dup-duru, səmimi, 

saf, təmiz idi... 

Qorxmaz, mərd, cəsur bir adam idi Ramiz. O bir sözü iki dəfə 

təkrar etməyi xoşlamazdı. Yaman əli açıq, səxavətli insan idi. 

Kasıblara  əl tutmağı, çətinliyə düşənlərə  məsləhət verməyi 

bacarardı. 

Ailəmizin kiçiyi olmasına baxmyaraq hamımız onunla məslə-

hətləşərdik. Qəsəbə sakinləri də onu çox sevirdi. Nəinki Sura-

xanıda, Bakının bir çox kəndlərində belə, dostları, tanışları vardı. 

Ramiz çox kövrək bir adam idi. Başqalarının dərdinə-sərinə 

etinasız qala bilməzdi. Bu insan hər şeyə vaxt tapardı. Uşaqlarını 

gəzməyə aparmağa da, dostları ilə görüşməyə də, qohum-qardaşa 

baş çəkməyə də. Onu hər yerdə görmək olardu. Toyda-düyündə, 

yasda və başqa mərasimlərdə  həmişə birinci olardı. Necə ki, o 

qanlı yanvar gecəsində də birinciliyi əlindən vermədi.  

Bir neçə il əvvəl onlar Hövsan qəsəbəsində yeni bir mənzil 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə