ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

___________Milli Kitabxana_______________ 

54 

 

Bax necə göynəyir yadım, yaddaşım, 



Sən mənim əbədi çağlar göz yaşım,  

Sənsən mübrizəm, sənsən savaşım,  

Sən yatan torpaqda daşın olacam. 

 

Hava yavaş-yavaş qaralırdı. Səhər doğan günəş yenə  də 



şəfəqlərini yığırdı yer üzündən. Ramizin çiyinlər üstə qaldırılan 

cənazəsi də bu günün günəşi ilə bərabər güruba doğru gedirdi. 

Bircə  fərqi vardı ki, Ana Göy sabah Günəş adlı daha bir öv-

ladını dünyaya gətirmək qüdrətindəydi. Ramiz isə...Ramiz bir 

daha geri qayıtmayacaqdı.  Şövkət ağrı içində köksünü ötürüb, 

sonuncu dəfə evindən uzaqlaşan izdehamın arxasınca baxdı...  

 

* * * 

 

Köçdükləri təzə binanın həyətinə bir xeyli adam toplaşmışdı. 



Ramizgil burada 3 il idi ki, yaşayırdılar. Bu qısa müddət 

ərzində qonşuların hamısı ilə ünsiyyət qura bilmişdi, onlarla 

yaxın olmuşdu. Hər kəsin xeyrinə-şərinə birinci yetişmişdi. 

Hamı onu özünə yaxın, doğma sayırdı.  İşi müşkülə düşən, 

çətinliyi olan Ramizi axtarırdı. O da heç kəsi naümid 

qaytarmazdı. 

Həyətə  yığılmış qonşulara Ramizin ölüm xəbərini  Əli kişi 

çatdırdı: 

– Gecə Ramizi də vurublar, o əclaflar. Əlləri quruyaydı ona 

güllə atanların. Deyirlər anasıgilə gedəndə vurublat.  

Vay-vay, heyif səndən ay bala, heyif, sən ölməli oğul 

deyildin axı – Firuzə arvad göz yaşlarını saxlaya bilmədi. 

Hamı heyrətlə içini çəkdi, hamı ürəkdən təəssüfləndi. 

Yaqub: 


– Ay aman, bədbəxtliyə bax e... cavan adamıydı, bir ay əvvəl 


___________Milli Kitabxana_______________ 

55 

50 yaşını qeyd elədik ki... 4 balası qaldı. O gəlin yazıq bu 

uşaqları necə böyüdəcək dünyanın bu qarışıq çağında, – deyə 

heyfsiləndi. 

Elmira cavabında: 

 Ay qardaş, Allah onların da rüzusunu yetirəcək. Yaxşı-pis 

hamısı böyüyəcək, heyif onun özündən, rəhmətlik yaxşı insan, 

mehriban qonşu idi. 

Yaxşıxanım, Sürəyya, Zeybəxanım, Rəhilə qərara aldılar ki, 

dəfn mərasiminə getsinlər. Ancaq qəsəbədən kəndə getmək o 

qədər də asan məsələ deyildi, əvvəla yol uzaq idi, ikincisi 

maşın tapmaq müşkül məsələyə çevrilmişdi.  

Sahib sözə qarışdı: 

– Deyirlər yollar yenə bağlıdır, nə avtobus işləyir, nə  də 

elektrik qatarları, maşınla gedənləri isə addımbaşı saxlayıb 

yoxlayır, heç kəsi qəsəbədən çıxmağa qoymurdular. Şəhərə 

gedənlərin də xüsusi buraxılış  vərəqəsi var. Heç kəsi yola 

çıxmağa qoymurlar.  

Salman maşından düşüb qadınlara tərəf gəldi.  

–  Biz kişilər getmək istəyirdik, yollar tanklarla doludur. Əli 

avtomatlı  əsgərlər elə  qəzəblə üstümüzə cumub bizi geri 

qaytardılar ki, daha onlarla mübahisə etməyin də  mənasız 

olduğunu başa düşdük. Bütün yolları bağlayıblar. 

– Axı, bunlar nə istəyirlər bizdən? Qoymurlar ölümüzün də 

dəfninə gedək. 

– Gecikirik. Yəqin ki, cənazəni tezqaldıracaqlar. Necə elə-

yək, getməsək ayıbdır, Ramizin ruhundan ayıbdır. Sonra 

Şövkət bacının, uşaqların üzünə necə baxarıq. Nə olur, olsun, 

bir yol tapıb getməliyik. 

Bu vaxt səmada uçan vertolyotun tırıltısı, qulaqbatırıcı  səsi 

eşidildi. 

– Kafirlər göydən də bizi güdürlər, – Gövhər xala qəzəblə 




___________Milli Kitabxana_______________ 

56 

qışqırdı. 

– Biz sizdən qorxmuruq. 

Hamı elə bil danışıblarmış kimi əllərini vertalyota tərəf 

uzatdılar. Yumruqlar qəzəblə düyümləndi. 

Kişilər təzədən yasa getmək üşün yollar aradılar. Hər kəs öz 

fikrini söylədi: 

– Gəlin, elektrik qatarının yolu ilə piyada gedək. 

– Qadınlar yorular, xeyli yoldur, elə uşaqlar da. 

– Uşaqların orda nə işi var? – Firüzə xala təpindi. 

Ağız-ağıza verən uşaqlar: 

– Biz də gedəcəyik, – deyib bağrışdılar. 

Zeybəxanıma israrla dedi:  

– Mən Bəxtiyarı saxlaya bilmərəm, nəyin bahasına olursa 

olsun, o gedəcək... 

Rəhilə dilləndi:  

– Elə mənim Samirim də onun kimi. Necə deyim ki, getmə, 

ayıbdı axı. 

Elmira da uşaqlarına baxdı: 

– Heç Telmanı, Arifi demirsiniz. Görün necə inaddılar. Ay 

bala, uşaqlar yasa getməzlər. 

– Sən nə danışırsan, ay ana, Ceyhunun atasını öldürüblər, 

bizim dostumuz atasını itirib, bəs indi biz onun yanında 

olmasaq, hansı günün dostlarıyıq ... 

20 Yanvar faciəsindən sonra elə bil uşaqlar da böyümüş-

dülər, onlar bircə gecənin işində kişiləşmiş, ərgənləşmişdilər. 

– Yaxşı, səs salmayın, yola çıxmaq vaxtıdır, hazırlaşın, xeyli 

yolumuz var. Kim getmək istəyirsə, arxamca gəlsin, – deyə 

Salman həyətdən çıxdı. 

Həyətdə bir adam da qalmadı. Uşaqlı, qocalı, kişili, qadınlı – 

hamı yola düzəldi. Heç kəs danışmırdı. Relslərin üstü ilə gedir-

dilər. Hamı başını  aşağı salıb dinməzcə yeriyirdi. Zeytun 




___________Milli Kitabxana_______________ 

57 

bağlarına çatanda göydən vertalyot səsu eşidildi. Vertalyotdakı 

hərbçilər bir dəstə insanı görüb onları qorxutmaq üçün onların 

başı üzərində dövrə vurur, gah fırlana-fırlana aşağıya enir, 

sonra da qəfildən yuxarı qalxırdılar. Onlar camaata getmək 

imkanı vermirdilər, israrla onları geri qaytarmağa çalışırdılar. 

Aralarında kimsə: 

– Ağacların arasına çəkilin, qaçın, alçaqlar uşaqları  qıra 

bilərlər.  

Camaat ağaclıqlara sarı  çəkildi. Hərə bir ağacın altında 

gizləndi. 

Dəstənin dağıldığını  zənn edən vertalyot 10 dəqiqə 

fırlandıqdan sonra çəkilib getdi. 

– Tez olun yola düşün. Bəlkə uşaqları qocaları dala qaytaraq. 

– Onları tək qoya bilmərik. Hər an bir hadisə baş verə bilər. 

– Yaxşı, tez olun, yolçu yolda gərək; 

Dəstə yenidən yola düşdü... 

 

* * * 

 

Cənazə üçün fatihə verirdilər. Hamı sakit, dinməzcə qulaq 



asırdı. Evin qapısından kənd qəbristanlığına kimi yola 

qərənfillər döşənmişdi. Bütün kənd cavanları ayaq üstə idi. Elə 

bil hamı sözləşmişdi, hər kəs bacardığı  işin qulpundan 

yapışmışdı. Ramizi qəbir evinə kimi öz çiynində  gətirmişdi 

kənd camaatı.  

Yer qayalıq idi, ona görə  də  qəbir qazımaq mümkün 

olmamışdı. Məsləhətləşib sərdabə tikmişdilər.  

İzdeham dayandı. Cənazəni yerə qoydular. Təşkil 

olunmamış mitinq başladı. Çıxış edənlər xalqımızın başına 

gətirilən qanlı faciə ilə bağlı nifrətlərini dilə  gətirdilər, Ramiz 

haqqında danışdılat, Tanrıdan ona rəhmət dilədilər.  



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə