ŞÖVKƏt xanməMMƏdova



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix15.10.2018
ölçüsü1,04 Mb.
#74252
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

___________Milli Kitabxana_______________ 

46 

minlərlə insanın çiynində son mənzilə  uğurlandı. Yol boyu 

sıralanmış qadınlar günahsız övladlara ağı deyir, uşaqlar 

əllərindəki çiçəkləri yollara səpir, qırmızı tabutlara qırmızı 

qərənfillər yağırdı. Səsucalanlardan  ətrafa Kamil qaboyunun, 

Habil kamanının,  Əhsən, Hacı tarının iniltisi yayılırdı. 

Azərbaycan matəm içərisindəydi.  Şəhidlərə 40 gün yas 

saxlanılacaqdı... 

 

* * * 


 

Bir azca özünə gələn Şövkət xanım başa düşürdü ki, başına 

qara bağlayan təkcə o deyil... Ondan da ağır dərddə olanlar 

vardı.  Əzizlərinin itkin xəbərini alanların gözü onun bunun 

üzündə idi, Allaha yalvarırdılar ki, heç olmasa meyiti tapılaydı, 

aparıb el adəti ilə dəfn eləyəydim, ya da ki, kaş o da çiyinlərdə 

gedən bu ərənlərin arasında olaydı. 

Uşaqlar analarına sarılıb, ata-ata deyə-deyə  ağlaşırdılar. 

Şövkət xanım öz faciəsini unutmuş kimi balalarını 

sakitləşdirməyə söz axtarırdı. Amma tapa bilmirdi. Elə bil 

sözlər, fikirlər qeybə  çəkilmişdi,  əvvəlki dilli-dilavər  Şövkətin 

yerini süst, gözü yaşlı, başı qaralı, yüz sözdən birinə cavab 

verməyən bir qadın tutmuşdu. Bu qadın donuq nəzərlərlə ona 

başsağlığı verməyə  gələnlərin üzünə maddım-maddım baxır, 

eləcə için-için yanırdı...  

Bütün kənd, Ramizi tanıyan-tanımayan hər kəs onun 

ölümünə heyfslənir, “o ölməli oğul deyildi” deyirdilər. 

Hamının bircə təsəllisi vardı ki, “ellə gələn dərddir bu.Yaddan 

çıxarmayın bu dərdi ortadan qaldırmaq üçün hamılıqla 

birləşməliyik.” 

Həyətdə  əl-ayaq eləyən, qohumlar dil-boğaza qoymur, bu 

müsibətdən danışırdılar. Bütün kənd ayaqda idi. 




___________Milli Kitabxana_______________ 

47 

– Xəstəxanaya getmək lazımdır, – deyə qaynı gözlərinin 

yaşını silərək, Şövkətə müraciət etdi. 

Kimsə yavaşca dilləndi: 

– Hələ tezdir, getməyə tələsməyin, onsuz da saat 9 olmamış 

heç kəs bizə meyiti verməyəcək, o vaxtadək də yol-iz açılsa... 

Ramizin anası Gülxanım xala ağlaya-ağlaya yanıqlı  səslə 

oğlu Sabbara dedi:  

–  Ramizin məzarını qazmağa hələ tələsməyin. Qoyun balam 

bir gün bizdə qonaq qalsın. Qoy doyunca balamla söhbət 

eləyim. Dünən gələndə heç oturmadı, danışmağa macal 

tapmadıq.  

–  Sən narahat olma, ay ana, necə istəyirsən, elə də olsun, - 

Sabbar anası ilə razılaşdı. 



 

* * * 

 

Şövkət xanım hələ də Ramizin ölümünə inana bilmirdi. 15 il 



əvvəl bu evə  gəlin kimi qədəm qoymuşdu. Hələ  də 

qulaqlarından “Vağzalı”nın sədaları çəkilməmişdi. Yaddaşında 

həkk olunmuş o gözəl xatirələr, o qayğısız xoş günlər bu gün 

kino lenti kimi gözləri önündə canlanırdı. Necə  də xoşbəxt, 

bəxtiyar anlar yaşamışdılar bu kiçik otaqda. 4 övladının 

körpəliyi də bu otaqda keçmişdi. Elə bil bir anlıq uşaq qığıltısı 

da eşitdi  Şövkət xanım. Körpələrinin məsum, cingiltili gülüşü 

də bu otağın divarlarına hopmuşdu... Uşaqlarının balaca 

çarpayıları  hələ  də burada idi. O bu çarpayılarda balalarına 

layla çalıb yatırdar, şirin, xoş sözlərlə onları oyadar, geyindirər, 

yedirdib içirdər, onların hər addımına diqqət edərdi.  

Şövkət xanım xəyal aləminə baş vuraraq həyatın şirinli, acılı 

xatirələrinin birdən-birə qov kimi uçub getdiyinə təəssüflənirdi. 

Bu zərif qadın, 15 ildən bəri  ərinin qüvvətli çiyinlərinə 




___________Milli Kitabxana_______________ 

48 

söykənərək özünü güclü sayan xanım indi ucsuz-bucaqsız 

səhrada qəfil gələn tufanla üz-üzə dayanmışdı. Ramiz daha 

onun səsini, harayını eşidən deyildi, çətin məqamında qolundan 

tutmayacaq, onu və balalarını qoruya bilməyəcəkdi.  Şövkət 

üçün həyatın bir anlamı, mənası, ləzzəti qalmamışdı.  

...Gözlərini pəncərəyə zilləsə  də  şüşənin o üzündə baş 

verənlərdən xəbəri yox idi, daha dəqiqi daha onu bu dünyada 

maraqlandıran, nəşələndirən heç nə yox idi elə bil... Həmişə 

səhərin açılmasına tələsən Şövkət xanım bu gün dan ulduzunu 

görəndə  üşəndi. O indi anladı ki, ömründə ilk dəfədir, yeni 

günün başlamasını arzulamır.  İlk dəfədir ki, tənha qalmaq, bu 

qaranlıq otaqda heç kəsin səsini eşitmək istəmirdi. Çünki, 

açılan yeni səhər, başlayan yeni gün onun üçün əbədi bir 

ayrılıq, həsrət, tənhalıq, məşəqqət gətiriridi. 

Əbədi ayrılığın ilk acısı, Ramizsiz başlayan ilk günün ağrısı 

dolmuşdu ürəyinə... Dünəndən bəri daşa dönmüşdü, daha 

ağlaya da bilmirdi, gözlərinin yaşı üzünə yox, daş kimi içinə 

yaşırdı indi. 

Bir azdan Ramizi gətirəcəkdilər. Dünən öz ayağı ilə çıxdığı 

həyətə bu gün çiyinlər üstündə geri dönəcək. 

“Torpağın üzü soyuqdur, o bütün ağrıları yavaş-yavaş 

unutdurur, insanları ovudur” – deyirlər. Bir də deyirlər ki, 

“ölənlə heç kəs ölmür”. Amma Şövkət Ramizdən sonra ölmək 

istəyirdi, bir vaxtlar xofla, qorxu ilə haqqında düşündüyü ölüm

indi onun üçün adiləşmişdi... İndi o ölmək, bu ayrılıq əzabından 

birdəfəlik qurtarmaq istəyirdi. Ancaq onunla ölüm arasında 

dayanan yeganə  sədd övladları, gözlərini onun üzündən 

ayırmayan balaları idi...  

...Dan yeri sökülürdü. Şövkət xanım yuxuya getmiş  uşaq-

larını oyatmamaq üçün yenə  pəncərə önünə  gəldi. Göyə, 

üfüqlərə baxdı. Elə bil göy hamilə qadın kimi ağrı çəkirdi. Yeni 




___________Milli Kitabxana_______________ 

49 

bir gün, bir səhər üçün yeni günəş doğulacaqdı. Üfüqdə 

cəmləşmiş buludlar parçalanmış günəşin şüaları arasından göyə 

nazik zolaqlar salırdı. Buludlar bu zolaqları örtmək istəsə  də 

bacarmırdı. Ana göyün ağrısı davam edirdi. Çəkdiyi  əziyyəti-

əzabı buludların hərəkəti ilə bildirirdi uca Göy. Nəhayət ki, 

Ana Göy azad oldu. Yenicə doğulmuş körpə günəş qırmızımtıl-

sarı rənglə göyün üzünə doğru yavaş-yavaş hərəkət edərək, öz 

gücünü, öz gözəl rəngini alır, dünyanı öz nuruna boyamaq, hər 

yeri nur, işıq selinə qərq etmək istəyirdi. Yeni həyatın bu yeni 

başlanğıcı gecələrin qaranlığını qovub, onunla mübarizə aparan 

günəşin qələbə  əzmini gerçəkləşdirirdi.  İşıqla zülmətin, 

qaranlıqla aydınlığın bu əbədi mübarizəsi, güclü-qüvvətli səhər 

günəşinin başlanğıc yolu Şövkət xanımın ürəyini isindirdi, 

onun düşüncələrinin buz tutmuş qalın qatını  əritdi, günlərdən 

bəri dolaşıq düşmüş fikirlərinin kələfini çözələməyə vadar etdi 

Düzdür, həyat davam edirdi. O da bir təhər özünü toplayıb 

ayağa qalxmalı, Ramizin məclisini ona layiq yola verməli, 

balalarının xatirinə yaşamalı idi. 

Görəsən bundan sonra onu və körpələrini nə gözləyirdi? 

Onun ailəsini taleyinə vurulan bu qəfil zərbədən, onun qolunu-

qanadını  sındıran bu nə amansız və vaxtsız ölümdən sonra 

açılan yeni səhər onlara nələr gətirəcəkdi? 

...Ceyhunun hönkürtüsü onu xəyaldan ayırdı. Oğlu otağın 

ortasına uzadılmış  cənazəni qucaqlayıb göynəyə-göynəyə 

ağlayırdı: 

– Ata, ata, atamı istəyirəm, ata qalx ayağa, nə olar qalx, ata – 

heç kəs uşağı yerindən qaldıra bilmirdi, cənazədən ayrılmaq 

istəməyən uşaq balaca əlləri ilə atasının tabutundan yapışmışdı. 

Əbülfəz də qardaşına qoşulmuşdu, uşaqların səsi gecə güc-bəla 

ilə yatızdırqları  qızları da oyandırmışdı. Balalarının dördü də 

səs-səsə verib ağlaşırdı, kənardan baxanların ürəyi parcalanır, 




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə