___________ Milli Kitabxana_______________
32
mərkəzə doğrü irəliləyirdi.
Bir azdan Ramiz özünə gəldi, sürətlə gedən maşında onu
bağrına basıb göz yaşları içərisində boğula-boğula Allaha
yalvaran Şövkəti gördü, harada olduğunu, hara getdiklərini
dərk etməsə də onun əllərindən tutaraq güclə pıçıldadı:
– Mənə soyuqdur Şövkət, üşüyürəm, üstümə yorğan ört.
Şövkət onun üstünə örtməyə heç nə tapmadı, titrəyən bədəni
ilə ona sarıldı. Sanki gələn ölümün bum-buz nəfəsinin qarşısına
öz çəlimsiz vücudu ilə sipər çəkmək istəyirdi.
Onları yolda bir neçə dəfə saxladılar. Hətta küçələrin birində
yaralı bir rus əsgəri də gördülər. Hələ də nələrin baş verdiyini
dərk etməyən maşındakılar rus əsgərləri tərəfindən gülləbarana
tutulsalar da rus zabitinə kömək etmək istəyirdilər...Bir təhər
yaralını maşına götürdülər.
– Nə olsun ki, rusdur, nə olsun ki, əlində silah bizim
üstümüzə gəlib. Axı o da insandır, o da canlıdır, o da bir ananın
övladı, bir evin yiyəsi, hansısa körpənin atasıdır. Onu küçədə
qoyub getmək günahdır. Bəlkə o heç atəş də açmayıb, ya da ki,
onu buna vadar ediblər, o da əmir quludur... – bunu da içində
göynəyə-göynəyə qardaşı söylədi.
Bax, budur, bizi başqalarından fərqləndirən, budur bizim
xalqın böyüklüyü, dahiliyi. Biz üstümüzə daşla gələni aşla
qarşılayacaq qədər insaflıyıq, ürəkliyik...
Şəhərə yaxınlaşdıqca yollar daha təhlükəli olurdu. Ara-sıra
tanklarla qarşılaşırdılar.
Küçələrdən birinə dönəndə qəfildən qabaqda gedən tank-
larda biri onları gördü. Onlardan biri dayandı və qəzəblə
maşının üstünə şığıdı:
Şövkət dəhşət içərisində qışqırdı:
– Maşını saxlayın, tank üstümüzə gəlir, bu dəqiqə bizi
əzəcək.
___________ Milli Kitabxana_______________
33
O bərk-bərk Ramizi qucaqladı. Gözlərini yumub ölümü
gözləməyə başladı.
Qardaşı sükanı sağa fırlayıb maşını yolun kənarına çəkdi.
Ölüm-qalım anı artıq saniyələrlə ölçülürdü. Nə etməli idilər?
Fikirləşməyə vaxt yox idi. Tank isə düz maşının üstünə gəlirdi.
Şövkət xanım öz ürəyini döyüntüsünü qulaqlarında eşidirdi.
Üstü-başı qan içində idi. Ramizin zarıltısı getdikcə azalırdı.
Onun baş verənlərin heç birindən xəbər yox idi. Ömrünün sanılı
dəqiqələrinin qaldığını anlayirdı.
Görəsən indi Ramizin könlündən nələr keçir, nələr düşünür,
nələr fikirləşirdi? Bəlkə də ömrünün ən bəxtiyar anlarını
xatırlayırdı. Şövkət xanımla ilk görüşlərini, toylarını,
uşaqlarının dünyaya gəldiyi anları, uşaqlarının məktəbə getdiyi
günləri, cəmi bircə ay əvvəl təntənə ilə qeyd etdikləri 50 illik
yubileyini xatırlayırdı.
Qəfil bir güllənin qurbanı olan, bu soyuq yanvar gecəsində
ölümünə doğru gedən yaralı bir insanın qəlbində dolandır-
dıqlarından heç kəsin xəbəri yox idi. Sevimli həyat yoldaşını
ölümün əlindən qurtarmaq üçün həyatını təhlükə altına
qoymaqdan çəkinməyən həyat yoldaşının da, hərdən dönüb
yazıq-yazıq ona baxan və üzləşdiyi təhlükəli vəziyyətlərdən
məharətlə çıxıb ancaq irəliyə can atan, hələ də onu xilas
edəcəklərindən ümidini üzməyən qardaşının da...
Həyatla vidalaşan Ramiz daha Şövkət xanıma kömək etmək
iqtidarında deyildi. Artıq o heç nə eşitmirdi, heç nə hiss
etmirdi.
Yaxınlaşan tankla aralarında 5-6 metr məsafə qalanda
maşına götürdükləri zabit yada düşdü. Şövkət xanımın qardaşı
fikirləşmədən zabitin papağını əlinə alıb maşından düşdü,
tələsik tankın qabağına qaçdı. Bu anda heç nə fikirləşmədən
ölümünü gözünə alaraq, tankla üz-üzə durdu.
___________ Milli Kitabxana_______________
34
– Atəş açmayın, maşındakı sizin zabitdir, o yaralıdır,- deyə
zabitin papağını yuxarı qaldırdı.
Tank kabinəsindəkilər nə isə fikirləşib tankı dayandırdılar.
Bu möcüzə idi. Yəqin ki, ölümlə çarpışan Ramizə, bütün
vücudunu ərinə sipər edən Şövkətə, onların yolunu gözləyən 4
günahsız, məsum körpəsinə, ağbirçək xəstə analarına, nəyin
bahasına olursa olsun, Ramizi həkimə çatdırıb onu xilas etməyə
çalışan qardaşı Rəşidə Allahın rəhmi gəldi.
Ulu Tanrıdan ümid heç vaxt kəsilməz. O həmişə oz
bəndəsinə qarşı adildir, rəhmdildir, mərhəmətlidir- Şövkət
ümidlə belə düşünür və getdikcə taqətdən düşən qolları ilə
Ramizə sarılırdı...
Tank fırlanıb öz yoluna davam etdi. Dərindən nəfəs alan
Rəşid bir anlıq elə bildi ki, ayaqları yoxdur, o eləcə uça-uça
maşına yaxınlaşdı. Qapını açıb oturdu, bütün bədəni suyun için-
də idi. Qışın ayazında alnından üzü aşağı tər damcıldayırdı...
Yol ayrıcında 2 Təcili Yardım maşını dayanmışdı. Maşında-
kılar həyəcanla bu mənzərəni izləyirdilər. Heç kəs maşından
düşməyə cəsarət eləmirdi, çünki azğınlaşmış əsğərlər heç kəsə
aman vermədən atəş açırdılar, hətta tibb işçilərinə də.
Tank gedəndən, təhlükə sovuşandan sonra Təcili Yardım
maşınının sürücüsü astaca siqnal verdi. Rəşid aşağı düşüb
maşına sarı yüyürdü:
Bu da İlahinin ikinci möcüzəsi idi. Deməli Ulu Yaradanın
Ramizə və onun sevdiklərinə rəhmi gəlib.
Rəşid Təcili Yardım maşınının qapısını açdı:
– Mənim maşınımda 2 yaralı var, vəziyyətləri çox ağırdır.
Onları təcili xəstəxanaya çatdırmalıyıq.
Həkimlər hərəkətə gəldilər:
– Hərəsini bir maşına yerləşdirərik. Onlarla kim gedəcək,
adam varmı getməyə?
Dostları ilə paylaş: |