Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə152/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   148   149   150   151   152   153   154   155   ...   167

 493 

gəlməlisən. 

Özünü öz sənət  əsərində ifadə etdiyindən kənarda heç bir dahi 

yoxdur. Marsel Prustun dühası — onun əsərləridir, Rasinin dühası — 

onun bir sıra faciələrindədir və bunlardan başqa heç yerdə yoxdur. 

"Rasin bir faciə də yaza bilərdi" deməyin nə mənası var ki, bu faciəni 

yazmayıb.  İnsan öz həyatıyla yaşayır, öz surətini yaradır və bu 

surətdən başqa heç nəyi yoxdur. Əlbəttə  həyatda uğur qazana 

bilməyənlərçün bu çox amansız hökmdür. Amma insanlar onu da 

başa düşməlidir ki, ancaq varlıq var, arzular, ümidlər insanı yalnız 

yalan yuxuların əsiri edir.  

Pikassonun  şəkillərini müzakirə edərkən, demirik ki, bu nədir? 

Yaxşı başa düşürük ki, şəkil çəkərkən o, özünü yaradır, özü necə 

varsa, elə yaradır və əsərlərinin külliyatına onun öz həyatı da daxildir 

Əxlaq məsələsi də belədir. Sənətlə  əxlaq arasında ümumi cəhət 

odur ki, hər ikisində yaradıcılıq və  kəşf var, Biz qabaqcadan nə 

etməli olacağımızı təyin edə bilmərik. Yenə təkrar edək ki, insan özü 

özünü yaradır, bu ya digər  əxlaq ülgüsünü seçərkən o, özünü 

müəyyənləşdirir. Biz də onu bu ya başqa mövqe tutmasıyla bağlı 

dəyərləndirə bilərik.  

Deyirlər ki, biz başqasını mühakimə edə bilmərik. Bu həm 

doğrudur, həm də yox. Doğrudur ona görə ki, bir insan tam 

səmimiyyətlə  və aydın  şüurla öz xətt hərəkətini seçəndə ona başqa 

xətt hərəkəti təklif etmək olmaz. Amma digər tərəfdən sənin bu 

hərəkətə münasibətin sənin özünün də varlığını müəyyənləşdirir axı.  

Mənə  məsələnin qoyuluşunu da irad tuturdular: Doğrudanmı 

ekzistensializmi humanizm sayırsınız? "Humanizm" sözünü iki tam 

müxtəlif anlamda başa düşmək olar.  

Humanizm nəzəriyyəsi insanı son məqsəd və ən böyük dəyər kimi 

qiymətləndirir.  

Amma humanizmi başqa cür də anlamaq mümkündür. İnsan 

daimi dəyər deyil, o, yalnız daima özünü yarada-yarada və itirə-itirə 

insan olur. Ekzistensializm də bax bu anlamda humanizmdir.  

Bu mülahizələrdən aydın olur ki, bizə qarşı iradlar çox haqsızdır. 

Ekzistensializm ardıcıl ateizmdən nəticələr çıxarmaq təşəbbüsüdür. 

O heç də insanı ümidsizlik girdabına atmır. Amma xristianlar etdiyi 

kimi hər bir bidəti ümidsizlik sayacaqlarsa onda ilkin ümidsizlik 

təbiətin özündən doğur. Ekzistensializm "Allahın yoxluğunu" isbat 

etməyə cəhd eləmir, özünü buna sübut axtarmağa xərcləmir. O başqa 



 494 

şey deyir: Əgər Allah varsa da, bu heç nəyi dəyişmir, İnsan bu halda 

da özü özünü yaradır. Bu bizim nöqtəyi-nəzərimizdir. Bu o demək 

deyil ki, biz Allaha inanırıq. Məsələ bunda deyil. İnsan özü-özünü 

tanımalıdır və  əmin olmalıdır ki, əgər Allahın varlığı subut olunsa 

belə heç kəs insanın özünü özündən xilas edə bilməz. Bu mənada 

ekzistensializm — nikbinlikdir, hərəkətə, işə,  əmələ  təhrik edən 

təlimdir. Və xristianlar da öz ümidsizliklərini bizə sırımağa çalışaraq 

bizi ümidsizlər adlandıra bilər.  



 495 

 

 



 ALBER KAMYU 

(1913-1960) 

fransız yazıçısı, filosofu 

 

SİZİF MİFİ 



"Absurd haqqında esse"dən parçalar 

 

ABSURD VƏ INTIHAR 



Yalnız bir ciddi fəlsəfi problem var — intihar problemi. 

Yaşamağa dəyərmi dəyməzmi, bu suala cavab vermək fəlsəfənin 

fundamental sorğusuna cavab verməkdir. Bütün başqa məsələlər 

dünyanın üçmü ölçüsü var, şüur doqquz yaxud on iki 

kateqoriyalarımı  rəhbər tutur və s. ikinci dərəcəli məsələlərdir. 

Oyunun  şərtləri budur. İlk öncə bu suala cavab verməlisən.  Əgər 

Nitsşenin istədiyi kimi "hörmətə layiq filosof özü də örnək 

olmalıdır" fikrini əsas götürsək bu sualın cavabından asılı olaraq 

müəyyən hərəkətlər edilməlidir. Bunu qəlbən hiss edirsən, amma 

şüurda aydınlaşması üçün məsələnin mahiyyətinə varmalısan. 

Cəmiyyətin bu işdə elə bir rolu yoxdur.  

Qərardan sonra edilən hərəkətlərə görə qiymət verilməlidir. Mən 

heç vaxt kiminsə  fəlsəfi nəzəriyyə ucbatından öldüyünü 

görməmişəm. Qaliley elmi həqiqətin dəyərini bilirdi, amma həyatı 

təhlükəyə düşən kimi asanlıqla ondan imtina etdi. Hardasa haqlıydı. 

Bu həqiqətçün tonqalda yanmağa dəyməzdi. — Yer günəşin başına 

hərlənir ya günəş yerin — nə  fərqi var? Boş sualdır. Amma o biri 

tərəfdən də  nə  qədər insanın intihar etdiyini görürük, onlara görə 

həyat — yaşamağa dəyməz. Həyatlarının təməlini təşkil edən 

ideyalar ya xülyalar uğrunda ölməyə hazır olanları da tanıyıram 

(deməli yaşamalarının səbəbi ölmələrinin də  səbəbi ola bilər). Ona 

görə  də  həyatın mənası haqqında sualı  mən bütün suallardan ən 

vacibi sayıram. Bu suala nə cavab verəsən? 

İntihar həmişə ictimai fenomen kimi qavranılırdı. Biz isə əksinə

intiharı  fərdin düşüncəsiylə bağlayırıq.  İntihar niyyəti qəlbin 

səszizliyində baş qaldırır. Bəlkə insan özü bunu hiss etmir. Amma 

günlərin bir günü başına güllə çaxır ya özünü suya atır. Özünü 

öldürənlərdən biri haqqında deyirdilər ki, beş il əvvəl qızını itirib və 




 496 

bu faciə onu daxilən çürüdüb. Daha dəqiq söz tapmaq çətindir. Bir 

fikir ya hiss səni çürütməyə başladımı, gec-tez axırına çıxacaq. Qurd 

qəlbi içdən gəmirir.  

İntiharın səbəbləri çoxdur. Ən çox aşkarda olanlar — əsaslarından 

deyil. Son məqam demək olar ki, həmişə bir tükdən asılı olur. 

Məsələn o gün köhnə dostu onunla bir az soyuq salamlaşıbsa 

günahkar odur. Daha doğrusu intihar edənin içində  yığılan acılara 

son damlanı həmin dostu əlavə edib və sonluğu yaxınlaşdırıb.  

Bizi həyatın xülyalarından ayıran o izaholunmaz hiss nədir? İzah 

edə bildiyimiz, hətta lap pis başa düşə bildiyimiz dünya bizə tanışdı. 

Amma dünya bir də bizi xülyalardan məhrum edirsə, həm də  dərk 

edilməzdirsə, insan yabançılaşır.  İnsan həmişəlik qovulur, çünki 

itirilmiş  vətənini də daha xatırlamır, gələcək cənnətə  də ümidi 

qalmır.  Əslinə qalsa absurd hissi elə budur — insanla həyatı 

arasında, aktyorla dekorlar arasında çat yarğana çevrilir.  

Mənim essemin niyyəti budur — absurdla intihar arasında 

əlaqəni, intiharın absurdun nəticəsi olmadığını araşdırmaq.  

Varlığın absurdluğu insan hərəkətlərinə  rəhbərlik etməlidir. Bu 

vəziyyətdən çıxış yolu nədədir? Sual çox asan görünür, amma asan 

sualların cavabları çox vaxt asan olmur. Yəni intihar ərəfəsində 

insanı düşündürən sualın — həyatın, özəlliklə onun öz ömrünün 

mənası varmı — sualının cəmisi iki cavabı olmalıdır: hə  və yox. 

Amma bu məsələnin çox asan həlli olardı. Bu suallara ömürləri boyu 

cavab tapa bilməyənlər də var. Mən rişxənd eləmirəm.  İnsanların 

əksəriyyəti belədir. Elələri də var ki, "yox" cavabı verib "hə" cavabı 

veriblərmiş kimi yaşamağa davam edir. Və əksinə intihar edənlər çox 

vaxt  əmindilər ki, həyatın mənası  var.  Bu  ziddiyyətlər daima 

qarşımıza çıxır.  

Həyatın naqisliyi, absurd olması onun mənasızlığınımı sübut 

edir? Həyatın absurdluğundan qaçmaqmı gərəkdir? Hara? Ümidə ya 

intihara? Absurd mütləqmi intiharla nəticələnir? Bu problemlərin 

ilkidir.  

 

SİZİF MİFİ 



 

Allahlar Sizifi hündür bir dağa daş daşımağa məhkum etmişdilər. 

Daşı zirvəyə çatdıran kimi o sürüşüb yenidən dağın ətəyinə düşürdü 

və Sizif bu ağır işə yenidən başlayırdı. Allahlar belə sayırdı ki, 




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə