Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə20/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   16   17   18   19   20   21   22   23   ...   167

 63 

Bu zaman başqa bir atlı çaparaq onlara çatdı: 

—Muştuluq, Bəybura! — dedi. — Oğlun oldu.  

...Çadırda təzəcə doğmuş ananın sifəti — Ayna Mələyin sifəti 

yorğun və xoşbəxt idi. Onun yanına yerə sacayaq və bir teşt dolu gül 

qoyulmuşdu. Qədim inanışa görə bunlar olanda qadın asan doğur. 

Boğazca Fatma teştin üstünə  təmiz parça saldı. Ayna Mələyin 

yorğanına, paltarına iynələr sancdı — "hal anasından" qorumaq 

üçün. Sonra Fatma şüşənin içinə soğan saldı, qapının ağzına apardı. 

Ayna Mələyin başının altında bir parça çörək və  ət gizlətdi. Üç 

soğanı kabab çəkib boşqaba qoydu. Bəyburayla Bəybecan çapa-çapa 

gəlirdilər ki, qarşılarına bir atlı  çıxdı. Bəybecanı  səsləyib: — 

Muştuluq, Bəybecan, — dedi, — gözün aydın, qızın oldu. 

Bəybura: 

—Bəybecan, sözümüz sözdür ha, — dedi. Qızın oğlumun 

beşikkəsmə nişanlısıdır. Bəyburanın qarşısında bir dəstə igid və üç 

nəfər tacir dayanmışdı.  

*** 

Bəybura  əvvəlcə tacirlərə müraciət etdi: Tacirlər, — dedi, — 

sözümü dinləyin. Tale mənə bir oğul verdi.  Sizi dünya malından 

qane edərəm. Tədarük görüb yola düzəlin, gecə-gündüz deməyin, 

qara-qara dağlardan aşın, qanlı-qanlı sulardan keçin, böyük-böyük 

şəhərlərdən ötün, yerin bir ucundan, o biri ucuna yetin, Rum elinə 

çatın. Mənim oğlum boyüyüncə ona yaxşı-yaxşı  ərməğanlar alıb 

gətirin. Sonra Bəybura üzünü igidlərə tutdu:  

—Siz də, igidlərim, Bəkilin yanına gedin. Deyin ki, Uca dağda 

tonqal qalasın, bütün elimizə-obamıza xəbər eləsin. Hamı bilsin ki, 

Bəyburanın arslan kimi bir oğlu olub. Qoy bütün ərənlər yığılsın, 

oğlum üçün böyük şənlik düzəldirəm. 



*** 

...Uca dağda tonqal alovlanırdı. Uzaq-uzaq dağların zirvələrində 

də yeni-yeni tonqallar alışırdı. 

Bəybura böyük şənlik düzəltmişdi. Qaval daş döyülürdü. 

Taraqqalar çatladılırdı. Qırx yerdə ocaqlar odlanırdı, qırx yerdə al-

əlvan xalçalar döşənmişdi. Səksən yerdə qızıl bardaqlar qoyulmuşdu, 

qızıl badələr düzülmüşdü. Doxsan yerdə  rəngbərəng çadırlar 

qurulmuşdu — ağ çadırlar, qızılı çadırlar, qara çadırlar. 

Bəybura arvadına deyirdi: 

—Xanlar xanı Bayandırı qızılı çadıra ötürəcəm, oğlu yoxdur, qızı 




 64 

var. Alp Aruzu qara çadıra aparacam, nə oğlu var, nə qızı. Tanrı onu 

qarğıyıb, biz do qarğıyaq... 

Ayna Mələk dedi: 

—Bəybura, sözümü dinlə. Padşah tanrının kölgəsidir. Padşahına 

asi olanın işi rast gəlməz. Bayandır xan sənin qonağındır, o sənə 

qıydı, sən ona qıyma gəl. İgidlər içində alçaldıb, qızıl çadıra aparma. 

Bəybura fikrə getdi... 

İgidlər bir-bir yetdilər. Bəybura onları sevinclə qarşılayırdı. 

Çadırlara ötürürdü. Aruza qara çadırı göstərdi. Nə o bir söz dedi, nə 

də Alp Aruz. Aruz qara çadıra girdi; bu eynilə Bayandır xanın 

qonaqlığındakı çadırdan idi, yerinə qara keçə doşənmişdi, qab-qacaq 

da qapqara idi, xidmətçilər də zil-qara geyinmişdilər. Aruz dinməz-

söyləməz oturdu. Onun sifəti elə bil donub qalmışdı, amma birdən 

bığlarından qan sızmağa başladı. Alp Aruzun xasiyyəti vardı — acığı 

tutanda bıqlarından qan axardı.  

Obanın o başında Ayna Mələk xatunları qarşılayırdı. Qadınların 

içində al-qırmızı donlu, incəbelli, uzun boylu, gənc gözəl bir qız da 

vardı — Bayandır xanın qızı Burla xatun. Uca boylu Burla xatunun 

olsa-olsa on beş, on altı yaşı olardı. Burla xatun oğrun-oğrun o biri 

tərəfə, cavan igidlər yığıldığı yerə baxırdı. Cavan igidlər bir qıraqda 

ayaq üstə durmuşdular, xalçalar üzərində  əyləşmiş atalarının, 

əmilərinin söhbətlərinə qulaq asırdılar. Bir tərəfdə meydan 

qurulmuşdu və bu meydan çəpər arasına alınmışdı. Bir azdan 

hamının baxışları bu meydana dikildi — meydana gözləri qızmış bir 

buğa və bir erkək dəvə çıxartdılar. Bunlar savaş üçün xüsusi tərbiyə 

olunmuş heyvanlar idi. Üç kişi dəmir zəncirlə buğanı sağ yanından, 

üç kişi sol yanından tutmuşdular. Buğanı meydanın ortasına 

gətirdilər. O biri tərəfdən altı kişi dəvəni meydana gətirdilər. Birdən 

buğa dartınıb zəncirini qırdı  və  dəvəyə  tərəf cummaqdansa, çəpərə 

tərəf atıldı. Meydandakılar qorxu içində bir bucağa qısıldılar. Buğa 

həmlə edib çəpəri dağıtdı və meydandan bayıra çıxdı. Adamlar bir-

birinə  dəydi. Buğa birbaşa qadınlar olan tərəfə cumurdu, 

buynuzlarıyla o qırmızı donlu Burla xatunu nişan almışdı, düz qızın 

üstünə  gəlirdi. Hürkmüş  qız alaçığa söykənmiş, hərəkətsiz donub 

qalmışdı. Buğa lap ona çataçatda idi. Hamı özünü itirmiş, quruyub 

durmuşdu. Birdən cavan igidlərdən biri — on altı-on yeddi yaşlı bir 

oğlan bir an içində yerindən qopub, göz qırpımında buğanın 

qabağına keçdi, onun yolunu kəsdi, yumruğunu buğanın düz 



 65 

alnından vurdu. Buğa elə bil mıxlanıb yerində qaldı. Sonra geri 

çəkilib var-gücüylə  oğlanın üstünə cumdu. Oğlan bu dəfə 

yumruğunu onun alnına dirədi.  İndi hər ikisi öz yerində  mıxlanıb 

qalmışdılar. Nə buğa oğlana güc gələ bilirdi, nə  oğlan buğaya. 

Oğlanın bütün damarları gərilmişdi. Buğanın gücü üstün gəlirdi. 

Birdən oğlan nə isə düşündü, qıvraq hərəkətlə yumruğu çəkib 

özünü kənara atdı. Buğa ayaq üstə dura bilmədi, düşdü, təpəsi üstə 

yıxıldı. Oğlan aman vermədi, bıçağını çıxartdı, buğanın başını kəsdi. 

Cavan igid başını qaldırıb bənizi qaçmış qırmızı donlu Burla xatuna 

baxdı, gülümsədi. Burla xatun da çəkdiyi qorxudan yavaş-yavaş 

özünə gələrək cavan oğlana gülümsündü. 

Bayandır xan: 

—Əhsən, — dedi, sonra üzünü ətrafındakı  ərənlərə tutub əlavə 

etdi — bu oğlana  ğılınc verin, çalar olsun, ərdəmlidir. Bədöy at 

verin, minər olsun, hünərlidir. Çiyni quşlu cübbə don verin, geyər 

olsun, cürətlidir. Dədə Qorqud gəlsin, oğlancığa ad qoysun.  

Dədə Qorqud Aslan yatağında, ağca qayanın başında dayanıb. 

Cavan oğlan onun qarşısında diz çöküb, baş əyib. Dədə Qorqud igidə 

ad verir, deyir: 

—Oğul, meydanda çəng etdin, hünər göstərdin, buğa öldürdün, 

uğur qazandın. Ömrün həmişə  uğurlu olsun, həmişə  uğur qazan

Adın da Qazan olsun. Adını mən verdim, yaşını tale versin! Qonaqlar 

əl çaldılar, bu adı  bəyəndilər. Burla xatun Qazana, Qazan Burla 

xatuna baxdı, ürəklərinə məhəbbət odu düşdü. 

Bayandır xan üzünü Bəyburaya tutdu, dedi: 

—Bəybura, gün o gün olsun ki, sənin oğlancığın da böyüsün, 

igidlik göstərsin, şadlıq çalaq, Dədə Qorqud ona da ad qoysun. 

...Dədə Qorqud məzarının yanında oturub qopuz çalır, söhbətinə 

davam edir: 

—At ayağı iti, ozan dili çevik olar. Ay keçdi, il dolandı. Oğuz 

elində ölən öldü, olan oldu. Bayandır xanın qızı uca boylu Burla 

xatun Qazana ərə getdi, böyük toy edib şadlıq çaldılar. Qazanla Burla 

xatunun Tural adlı oğulları oldu. 

Bəybecan bu dünyadan köç eylədi, qara torpağa tapşırıldı. 

Bəyburanın oğlançığı da boya-başa çatdı, yetman bir igid oldu. 

Bəyburanın 11-15 yaşlı  oğlu (Beyrək) at belində seyrana 

çıxmışdı. O, atını uzaqlardan görünən Uca dağa tərəf çapırdı. Uca 

dağın yamacıyla piyada gedən pəhləvan cüssəli gənc ovçu Bəkilin 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə