Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə19/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   15   16   17   18   19   20   21   22   ...   167

 60 

Bəybura daha da pərt oldu: — Bayandır xan mənim nə 

əskigliyimi gördü? — dedi. — Qılıncımdanmı gördü, süfrəmdənmi 

gördü? Məndən alçaq kişiləri ağ çadıra, qızılı çadıra otürdu, mənim 

günahım nə oldu ki, qara çadıra göndərdi. 

Aruz dedi: 

—Bayandır xandan buyruq belədir ki, oğlu olanı  ağ çadıra, qızı 

olanı  qızılı çadıra ötürün. Kimin ki, oğlu, qızı yoxdur, onu qara 

çadıra aparın, qara keçə altına döşəyin, qara qoyun qovurmasından 

önünə  gətirin, yeyərsə yesin, yeməzsə dursun getsin. Oğlu, qızı 

olmayanı tanrı qarğıyıbdır. Biz də qarğıyaq. Bəybura yerindən 

sıçrayıb durdu, üzunü öz adamlarına tutdu, dedi: 

—Qalxın, igidlərim, biz burdan gedəsi olduq! Bu qara eyib mənə 

ya məndəndir, ya xatundandır. Bəybura və başının dəstəsi qara 

çadırdan çıxdılar, o biri çadırlarda yeyib-içənlər boylanıb onlara 

baxırdı. Bəybura isə heç kəsə baxmırdı, heç kəslə danışmırdı. Heç 

kəslə vidalaşmadı, atının belinə sıçrayıb üzünu Aruza tutdu: 

—Aruz, — dedi, — mən bu hayıfı səndə qoymaram. 

Bəybura qamçısını havada oynadıb ata çəkdi, at yerindən 

götürüldü. Adamları onun ardınca çapdılar, at ayaqlarının qaldırdığı 

toz içində gözdən itib üzaqlaşdılar. 

*** 

Bəyburanın obası Bayat səfalı bir yerdədir. Bir yanı  sıldırım 

dağlar, bir yanı çay, bir yanı çöl-çəmən, bir yanı meşə. Çadırlar, 

dəyələr, alaçıqlar rəng verib rəng alırdı. Ocaqlardan qalxan tüstü 

mavi səmada  əriyib itirdi. Çay qırağında yeddi-səkkiz yaşlı  uşaqlar 

aşıq-aşıq, gizlənpac, turna doydu oynayırdılar, Dəyələrdən birinin 

qabaqında Boğazca Fatma dayanmışdı. Onun yanında beş-altı korpə 

var, özü də yenə yüklüdür. Fatma əlini belinə qoyub cır səslə 

çağırırdı: 

—Ay qız, Züleyxa! Zübeydə! Üridə! Ölməyə, itməyə getmişdim? 

Yatacaq yerim yenə bu xaraba olasıydı dana. Nolaydı mənim evimə də 

bir baxaydınız. Oğru köpək gəlib evi bir-birinə qatıb, toyuq hininə, qara-

mal damına döndərib... 

Başqa bir alaçıqdan bir arvad çıxıb ona cavab verir, nə isə 

qışqırırdı. 

Nal səsləri eşidildi. Bəybura və başının dəstəsi obaya daxil 

oldular. Bəybura çadırına çatıb atdan düşdü, içəri keçdi. Arvadı Ayna 

Mələk   onu həyəcanlı görüb təşvişə düşdü. 




 61 

Bəybura dedi: 

—Qadınım, bilirmisən nələr oldu? Bayandır xanın vəziri at ağızlı 

Alp Aruz üzümü el içində qara etdi. Oğlun-qızın yoxdu, səni tanrı 

qarğıyıb, biz də qarğarıq, dedilər. 

Səndənmidir? Məndənmidir? Niyə tanrı bizə bir oğul verməz, 

nədəndir? —Bəybura az qala ağlayacaqdı. 

Ayna Mələk: 

—Mənə qəzəb etmə, — dedi, — inciyib acı sözlər söyləmə. Sənin 

nə günahın, mənim nə günahım. Qismətimiz bu imiş. 

Ayna Mələk hönkürüb ağladı. Bəybura dözə bilməyib çadırdan 

çıxdı. Ağır-ağır obanın kənarına gəldi, oynayan uşaqlar qorxuşdular, 

qaçışdılar. Bəybura həsrətlə, kədərlə, uzun-uzun onların ardınca 

baxdı. Nal səsləri onu qəmli fikirlərindən ayırdı. Çaparaq gələn 

Bəybecan atından düşdü. Bəyburaya yanaşdı: 

—Bəybura, — dedi, — ürəyinə salma. Ac görsən qarnın doldur, 

yalınçaq görsən  əynin geydir. Borclunu borclarından qurtar. Ola ki, 

bir ağzı dualının alqışıyla tanrı  sənə  oğul verə. Gün o gün olsun 

Bayandır xanın gələn şənliyində, oğul atası kimi ağ çadırda oturasan. 

Tanrı  mənə  də bir qız verəcək olursa, əhd edirəm, qoy o, sənin 

oğlunun beşikkəsmə adaxlısı olsun.  

Bəyburayla Bəybecan qucaqlaşdılar.  



*** 

Ayna Mələk xəlvətcə çadırından çıxıb Boğazca Fatmanın 

dəyəsinə  gəldi. Boğazca Fatma yemək yeyirdi. İri bir baş soğan 

əzmişdi, yumurlayıb tikənin üstünə qoymuşdu, indi bu yekə loxmanı 

ağzına tıxayıb, üstündən də barmağıyla basırdı, az qalırdı, nəfəsi 

kəsilə. Ayna Mələk ona dərdini danışırdı. Fatma yeməyindən 

qalmadan qulaq asırdı, arabir başını dəyəyə soxan uşaqların hərəsinə 

bir tikə verib yola salırdı. Boğazca Fatma ağzındakı tikəni çeynəyə-

çeynəyə dedi: 

—Neyləyim? Bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə  də 

dəyirmandan gəlmədi. Görüm bu evi xaraba qalsın,  ərə gedəndən 

bəri qarnım doymadı, üzüm gülmədi, ayağım başmaq, üzüm yaşmaq 

görmədi. Nolaydı bu külbaş ərim oləydi, birinə gedəydim, baxtımdan 

o barı yaxşı olaydı. 

Ayna Mələk yenə də öz dərdindən danışırdı: 

—Kişi əriyib şama dönüb, yaman xiffət eləyir. Bilmirəm suçumuz 

nə oldu ki, tanrı bizi bir övlada həsrət qoydu. Fatma ağzındakı 



 62 

loxmanı içəri ötürərək: — Ey, kül olsun ərin də başına, uşağın da — 

dedi. — Mənim doqquz uşağım var — qarnını göstərir — onuncu da 

budur ha, yoldadı, nə olsun, ağ günə çıxmışam? 

...Bəybura da Bəybecanın məsləhətinə  əməl edirdi, var-dövlətini 

aca-yalavaca paylayırdı. Qoyunlar kəsilib  şaqqa-şaqqa bölünürdü,  

təpə kimi ət yığılır, göl kimi süd sağılırdı. Adamlar Bəyburanın 

qapısına  əliboş  gəlib  əlidolu qayıdırdı. Amma ərlə arvadın muradı 

hasil olmurdu ki, olmurdu. Onlar qüssəylə bir-birilərinə baxırdılar. 

*** 

Dədə Qorqud qopuz çalır, sözünü davam edir: 

—Sizə kimdən deyim, Bəkildən. Bəkil Oğuz elinin keşikçisi idi... 

Uca dağın başında məskən salmışdı.  Əlincə qalasından, Gəncədən, 

Bərdədən Dəmir qapı  Dərbəndədək bütün yurdun qarovulunu 

çəkirdi.  Şad xəbəri, bəd xəbəri tonqal qalayıb bütün el-obaya 

bildirirdi.  

Dağ başında Bəkilin məskəni. Dağın  ən yüksək zirvələrində 

odunlar yığılıb ocaq çatılıb, amma alışdırılmayıb, Bəkil yaraqlanıb-

yasaqlanıb ova hazırlaşır.  

Dədə Qorqudun səsi gəlir:  

—Bəkil həm də igidlər içində ən məşhur ovçu idi. Ov eləyəndə nə 

yay qurardı, nə ox atardı. Qova-qova ceyranlara çatardı, çata-çata 

yayını  çıxardıb kəmənd kimi ceyranın boğazına atardı, ceyranı 

tutardı, bıçağını çıxardıb qulağını dələrdi, yenə buraxardı.  

Bəkil Dədə Qorqudun danışdığı kimi etdi, gülümsündü, sonra 

atını qamçılayıb, başqa bir ceyran dəstəsinin ardınca düşdü. Bu 

üsulla bir ceyran da tutdu, onun da qulağını dəlib buraxdı. 



*** 

Bəyburayla Bəybecan ova çıxmışlar. Onlar düzəngahda rastlarına 

çıxmış ceyran sürüsünü qovurdular. Bəybura nişan alıb yayın çəkdi, 

oxun atdı, ceyranı yaralayıb yerə sərdi. Çapıb yaralı ceyranın yanına 

gəldilər. Ox ceyranın belinə sancılmışdı, amma Bəybura gördü ki

ceyranın qulağı da dəlikdir. Bəybecana göstərdi:  

—Görürsənmi, Bəybecan, — dedi, — bu Bəkilin 

ceyranlarındandır, qulağını dəlib buraxıb. 

Bəybecan: — Bunu Bəkilə göndərmək gərəkdir, — dedi, — halal 

malıdır. 

Bəybura: — Elə olsun, — dedi, ceyranı adamlarından birinə 

verdi. — Bəkilə aparın.  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə