Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə15/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   11   12   13   14   15   16   17   18   ...   167

 47 

Anasının üzünün ifadəsi, əhvalı, sözləri Kamili sarsıdır, o, əllərini 

geri çəkir.  

Gülsüm çevrilir və  tələsik addımlarla onlardan aralanır, məscidə 

tərəf gedir. İlk dəfə olaraq açıq səmanın fonunda biz kəndin 

məscidini görürük.  İki hündür minarə göylərə ucalır.  

…Kamilgilin evi. Kamil və Gülsüm söhbət edirlər. Kamil papiros 

çəkir.  


Gülsüm: Altı aydır məktubu kəsilib. Qonşunun arvadı  məktub 

alıb. Əvvəllər Əliylə bir yerdə idilər, məktubları bir gələrdi. Amma 

indi Əlidən bir kəlmə olsun yazmayır. Dilim, ağzım qurusun, Kamil, 

deyirəm bir şey olsaydı, iraq olsun, heç olmasa xəbər verərdilər də, 

qara kağız…  

Kamil: Ay ana, elə şeyi heç ürəyinə gətirmə. Davadır da, davada 

min  şey olur, görürsən aylarla vaxt tapıb bir əlcə kağız yaza 

bilmirsən. Adamın öz adı yadından çıxır, o ki, qaldı kağız yazmaq 

olsun. Bir az da səbr elə, dava qurtardı, bu yaxında xəbər çıxar.  



Gülsüm: Allah ağzından eşitsin, oğlum. Mən də gümanımı 

itirmirəm. Odey o yandakı qonşular qara kağızını da almışdılar. 

Əməlli-başlı yasını tutdular, on gün bundan qabaq sağ-salamat gəlib 

çıxıb.  


Murad onlara yaxınlaşır. O özünü pərt və gərgin hiss edir. Bilmir 

ki, ilk dəfə gördüyü bu kişiylə necə rəftar etsin. Axı bu kişi həm "yad 

əmi", həm də onun doğma atasıdır. Hətta ona necə müraciət etməyi 

də bilmir. Murad yan böyürü Kamilə yaxınlaşır və onun qolundan 

dartır.  

Murad (tutula-tutula): Anam dedi ki… siz otağa gəlin.  



Kamil:  Hə? Adə, köpək oğlu, "siz" kimdir? Adam atasına siz 

deyər. Gəl bura görüm.  

Muradı götürüb havaya atıb-tutur. Murad aydın, açıq səmanın 

fonunda.  

Bir-birini  əvəz edən epizodlarda biz Muradla Kamilin yeni bir 

hisslə atalıq-oğulluq hissilə qovuşduqlarını, isinişib-

mehribanlaşdıqlarını görürük. Bu epizodların hamısında səma 

obrazları var — dinc, sakit, açıq, aydın may səması. Muradla Kamil 

ağaca çıxırlar.  

Ağacın təpəsi səmanın içindədir. Kamil ağacdan yelləncək sallayır. 

Muradı yellədir. Biz açıq səmanı görürük və yelləncək hərəkət etdikcə 

Murad bu fonda görünür və qeyb olur.  




 48 

Kamillə Murad çərpələng uçurdurlar. Çərpələng get-gedə 

ucalaraq səmanın  ənginliklərinə doğru uçur. Kəndin başqa 

həyətlərindən də  çərpələnglər uçurdurlar. Sanki sakit dinc səmada 

çərpələng rəsm keçidi düzəldilib.  

…Axşamdır. Hava qaranlıqlaşır. Göydə ay.  



Kamil (Sevdaya): Aya bax. Gəlsənə sahil tərəfə gedək. 

Murad: Mən də, mən də. 

Sevda: Sənin yatmaq vaxtındır, gecdir. 

Murad (ağlamsınır): Yox, yox.  

Kamil: Yaxşı gedək. Keçib daha, bu gün bir az gec yatar.  

…Kamil və Sevda dəniz sahilində. Murad Kamilin çiynindədir. 

Aylı gecə. Ay işığında gümüşü qumlar, gümüşü sular. Kamilin, 

Sevdanın, Muradın uzun kölgələri.  



Kamil: Yaxşı, sənin işin necədir? Freska?  

Sevda:  Əşi nə freska… Mən  əsasən plakat çəkərdim, bəzən də 

karikaturalar.  



Kamil:  İndi daha dava qurtarıb. Yenə başlayarsan freskanı 

çəkməyə. "Torpaq. Dəniz. Od".  



Sevda: Bir də "Səma". TTorpaqU. Dəniz. Od. Səma". Yaman 

səmanı çəkmək istəyirəm. Bilirsən bütün bu illər səmanı nə isə belə 

xüsusi cür duyurdum. Təyyarələr, bombalar, projektorlar. Bir yandan 

səmadan qorxurduq. Bəzən də  səma bizi dolandırırdı. Burda bir 

taygöz ovçu var. Hərdən görürsən quş vurub gətirirdi. Ağzımız bir 

dada gəlirdi. Amma bilirsən, bütün bu təyyarələrə, bombalara 

baxmaqdan, mən elə bil bu illər səmanı  təzədən gördüm, elə bil 

bütün bunları indiyəcən görməmişdim — buludları, quşları, 

ulduzları, ayı. Bir aya bax.  

Kamil: Hə. Bilirsən, orda cəbhədə hər şey tamam başqa cürdür. 

Torpağın iyi də başqadır… Dəniz də, çaylar da, daşlar da, hamısı 

başqadır. Bircə ay elə həmin aydır, adama qəribə gəlir.  

Sevda: Bilirsən mən də bu barədə fikirləşirdim. Bəzən elə 

gecələrdə oturub aya baxıb düşünürdüm: bəlkə indi sən də aya 

baxırsan. Mənə  qəribə  gəlirdi, mən hardayam, sən harda, aramızda 

bu qədər yol var, çöllər, çaylar, şəhərlər, dağlar, müharibə, amma bax 

bu dəqiqə biz ikimiz də eyni şeyə baxırıq, eyni şeyi görürük.  

Kamil: Hə.  

Dənizə addımlayırlar.  

…İşıqlı gün. Neft mədəni. Kamil başqa bir mühəndislə sahəni 



 49 

gəzir.  


Mühəndis: Bu hamısı  təzə buruqlardır, sən görməmisən. Bu, 

rayonun ən dərin quyularıdır.  



Kamil: Buruqlar da təzədir, adamlar da. Heç birini tanımıram.  

Mühəndis:  Bəli köhnə  işçilərdən kimisi cəbhədən qayıtmadı, 

kimisi keçdi başqa yerə. Mən elə bildim sən də şəhərdə qalacaqsan.  



Kamil:  Təklif elədilər. Amma özüm buranı xahiş elədim. Axı 

necə olsa bütün cavanlığım burda keçib. Həm də ki, necə olsa, baba 

yurdumdur.  

Mühəndis:  Əlbəttə, həm də bura çox perspektivli rayondur. 

Bizim geoloqlara hətta balaca bir təyyarə  də veriblər. Seysmik 

şəkillər çəkmək üçün. İstəsən bütün bunlara göydən də baxa bilərsən.  

Kamil: Pis olmaz. Bilirsən, desəm inanmarsan, mən ömrümdə 

hələ təyyarəyə minməmişəm.  



Mühəndis: Ola bilməz.  

Kamil: Öz canımçün.  

Mühəndis: Odur e, uçur. Bu saat düşəcək yerə. Bir azdan səni 

qaldırar.  



Kamil: Çox yaxşı.  

Kamil diqqətlə təyyarəni izləyir. Bu U-2 tipli iki yerlik təyyarədir. 

Kamil ona baxır və birdən diksinir, onun gözləri dəhşətlə böyüyür.  

Qürubun qızılı fonunda təyyarə sanki yanır. Eynilə "Od boyunun" 

finalında yanan təyyarə kimi. 

Ancaq bir an sonra Kamil başa düşür ki, təyyarə salamatdır. 

Yalnız qürubun işığında onun gözünə belə görünür. 

Təyyarə yerə enir. 



Mühəndis: Kamil, nə olub sənə, rəngin qaçır. 

Kamil: Heç… Mənə belə gəldi ki… yox, bir az başım gicəllənən 

kimi oldu… Bilirsən, indi mən uçmaq istəmirəm. Qalsın gələn 

səfərə.  

…Bahar yağışı. Leysan. Yaş torpaq, təmiz yuyulmuş yarpaqlar. 

Yağış qəfil başladığı kimi, qəfil də kəsir. Buludlar çəkilir, göyün üzü 

açılır. Ancaq üfüq tərəfdə böyük Tnənə qurşağıU görünür.  

Sevda eyvanda göy qurşağının şəklini çəkir.  

Kamil işdən qayıdır. Harasa tələsən Muradı görür, arxadan 

çağırır.  

—Murad, ay Murad, hara belə?  

Murad diksinib dayanır, pərt olur. 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə